GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət: “Övladıma səhv diaqnoz qoydu”

Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət: “Övladıma səhv diaqnoz qoydu”

Tarix: 21-04-2026, 22:41 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 7


2024-cü il noyabrın 5-də Leyla Medikal Klinikasında radioloq Samir Məmişovun yanında müayinədə olduq. Həkim bildirdi ki, övladım qüsurludur. Yəni onun anadangəlmə uşaqlığı yoxdur, bədəndə tam inkişaf getməyib. Eyni zamanda böyrəklərində və bağırsaqlarında problemin olduğunu və sidik kisəsinin altında törəmələrin olduğunu bildirdilər. Uzun sözün qısası uşağın bütün orqanlarının sıradan çıxdığını və pis vəziyyətdə olduğunu dedilər”.

Bunu “Yeni Sabah”a Leyla Medikal Klinikasında övladına qoyulan səhv diaqnozla bağlı danışan Nurlana Hüseynova deyib.


O, övladı Aylin Rüstəmovanın xəstəxanada başına gələnlərdən danışıb:


“Müayinədən sonra evə gəldim və həkimlə yenidən əlaqə saxladım ki, uşağı yenidən müayinə edək. Həkim də mənimlə çox kobud şəkildə danışaraq bildirdi ki, uşaq qüsurludur. Hər şey açıq-aydın görünür. Yenə də inana bilmədim. Səhəri günü uşağı götürüb Türkiyəyə apardım. Orada adi 4D ultrasəs müayinəsindən keçdik və məlum oldu ki, uşağın hər bir orqanı sağlam vəziyyətdədir. Bu diqanozu kim və nə üçün qoyub? Samir Məmişovun verdiyi diski də həkim orada yoxladı və bildirdi ki, bu diskdə heç bir problem yoxdur, uşağın bütün orqanları yerindədir. Yenidən Bakıya qayıtdıq və gələndən sonra həkimlə əlaqə saxladım. Bu dəfə mənə daha kobud şəkildə cavab verərək bildirdi ki, siz niyə qəbul etmirsiniz? Mən niyə sizin eşitmək istədiyiniz sözləri deməliyəm.


Bildirdim ki, sizi məhkəməyə verəcəm. O isə mənə dedi ki, gedin nə istəyirsiniz edin. Məhkəməyə də verdim, ekspertizadan da keçdik”.


Şikayətçi bildirib ki, məhkəmədə qarşı tərəfdən xərclədikləri 1888 manatı və 5 min manat təzminat tələb etsələr də, iddiaları əsassız qalıb:


“Bacım Türkiyədə yaşayır. Yenidən onlarla əlaqə saxladım. Düşündüm ki, sarsıntı keçirməyim deyə bəlkə mənə yalan danışıblar. Çünki mənim birinci övladım rəhmətə gedib. Ola bilsin ki, yenidən o şeyləri yaşamayım deyə nələrisə gizlədiblər. Həkim də bildirdi ki, hər şey yerindədir. Yenidən burada “Vita Med” klinikasında yoxlanışa getdim. Oradakı həkim də bildirdi ki, hər şey qaydasındadır. Ekspertizada da məlum oldu ki, uşağın heç bir problemi yoxdur.


Həkimin vəkili də hər dəfə məhkəmədə bildirirdi ki, Samir Məmişov iddiaları qəbul etmir. Bildirir ki, onun qoyduğu diaqnoz düzdür. Bizim həkimdə xərclədiyimiz çeklər məhkəməyə təqdim olunmuşdu. 1888 manat pul idi. Üstəgəl də 5 min manatlıq maddi mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmışdıq. Lakin qərar çıxdı ki, 1163 manat vəsait xərclənib. Maddi mənəvi dəyərlərə zərərlə bağlı isə heç bir sübut yoxdur. Verilən qərardan narazıyam. Yenidən Apelyasiya məhkəməsinə müraciət edəcəm”.

N.Hüseynova uşaqda hər şeyin qaydasında olduğunu və adi bir soyuqlamaya görə qoyulan diaqnozlarla bağlı yenidən məhkəməyə mürciət edəcəyini deyib:


“Hətta qarşı tərəf aparatlarında problem olduğunu iddia etdi, lakin onların verdiyi diskdə də görünür ki, hər şey qaydasındadır. Diski ekspertizaya göndərdik. Proses 3 ay davam etdi və məlum oldu ki, diskdə heç bir problem yoxdur. Sonuncu məhkəmə martın 10-da oldu və bizim əlehimizə qərar çıxarıldı. Uşaqda hər şey qaydasındadır”.


Səsləndirilən iddialarla bağlı Samir Məmişov “Yeni Sabah”a bildirib ki, şikayətçi Nurlana Hüseynovanın iddialarını qəbul etmir:


“Xanımın gedib Türkiyədə etdirdiyi müayinələrin heç biri Maqnit Rezonans Tomoqrafiya (MRT), nə də Komputer Tomoqrafiya (KT) deyil. Onun etdirdikləri sadə uzi müayinələridir. Mən uzi həkimi ilə də əlaqə saxladım və bildirdim ki, sən necə MRT-də görünməyən bir şeyin var olduğunu yazmısan?.


Azərbaycanda yenidən UZİ-yə saldığı həkimlə də əlaqə saxlasanız görərsiniz ki, o, özü də bu məsələdə tərəddüdlüdür. Həmin həkim də deyir ki, ailə ona təzyiq edərək bildirib ki, uşağın bütün orqanları yerindədir. Ona görə də götürüb yazıb ki, hər şey qaydasındadır. Yəni xanım üstün müayinə üsulundan sonra gedib aşağı müayinə üsullarına müraciət edib. Bu nə qədər doğru qərardır? Uzi müayinəsi subyektiv bir şeydir. Amma MRT müayinəsi obyektiv bir şeydir”.


Həkim-radioloq qeyd edib ki, bu, həkim olaraq onların qarşılaşdığı ilk haldır:


“Mən xanıma da bildirdim ki, siz bizdə çəkilən diski istənilən radioloqa oxudun. Əgər həmin radioloq bildirsə ki, o uşağın orqanları yerindədir, gəlin mən sizdən üzr də istəyəcəm, təzminatınızı da ödəyəcəm. Xanım deyir ki, siz bunu səhv çəkmisiniz. Bu necə ola bilər? Olan və ya olmayan orqanı necə dəyişdirib çəkə bilərəm? Bu, mümkünsüz bir şeydir. Bütün iddialar da əsassız və gülüncdür. Əlində diski var, istənilən yerdə yoxlada bilər. Həmin xanıma bildirin ki, bizim çəkdiyimiz diskə başqa həkimlərin bildirdikləri rəyləri paylaşsın. Biz xaricə təhsil almışıq. O xanıma qədər xeyli iş stajımız var. Bu bizim qarşılaşdığımız birinci haldır. Həmin xanım isə faktiki sübutları qəbul etmir, etmək də istəmir”.(Yeni Sabah)



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baku Medikal Plazada uşaq öldü, meyitini ailəsinə vermək üçün 10 min tələb edirlər – ŞOK İDDİA

    Baku Medikal Plazada uşaq öldü, meyitini ailəsinə ...

    28-06-2018, 16:01

  • 
  • Leyla Şıxlinskayanın Klinikasında ana doğuş zamanı öldü

    Leyla Şıxlinskayanın Klinikasında ana doğuş ...

    11-09-2017, 18:42

  • 
  • Leyla Şıxlinskayanın klinikasında soyğunçuluq

    Leyla Şıxlinskayanın klinikasında soyğunçuluq ...

    24-04-2014, 10:38

  • 
  • "Baku Medikal Plaza"da həkim səhlənkarlığı... - Vətəndaşın sağlamlığı təhlükə altında

    "Baku Medikal Plaza"da həkim ...

    3-04-2021, 14:54

  • 
  • Həkim səhvi üzündən 7 yaşlı uşağın barmağı kəsildi:“O, mənim adımdan saxta sənəd düzəldib, imza da atıb“

    Həkim səhvi üzündən 7 yaşlı uşağın barmağı ...

    7-12-2018, 15:50


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu