GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Samirə Qasımlının məhkəməsi başladı

Samirə Qasımlının məhkəməsi başladı

Tarix: 24-04-2026, 21:03 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 99




Həbsdəki politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının da cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə aprelin 24-də məhkəmə prosesi başlanıb. Binəqədi rayon Məhkəməsində S.Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış şikayət üzrə hazırlıq iclası keçirilib.

Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə S.Qasımlının cəzalandırılmasını onun əri A.Qasımlının işində zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibov tələb edib. O, məhkəməyə ərizəsində iddia edir ki, S.Qasımlı Facebook hesabındakı paylaşımlarında onu hədələyib, böhtan atıb, həyatına təhlükə yaradıb.

Hazırlıq iclasında S.Qasımlının anket məlumatları dəqiqləşdirilib. Ardından vəkil Aqil Layıc bu işin Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb. Müdafiəçi vəsatəti əsaslandırarkən, S.Qasımlının gerçək yaşayış ünvanının Yasamal rayonunda olmasını vurğulayıb: "Burada söhbət Samirə Qasımlının əməlində cinayət tərkibi olub-olmamasından getmir. Məsələ burasındadır ki, Samirə Qasımlı ailə qurandan bəri Yasamal rayonunda yaşayır. Binəqədi rayonunda onun ata evidir. Paylaşımları da öz evindən edib. Ona görə işə də Yasamal Rayon Məhkəməsində baxılmalıdır".

Hakim Zamiq Bağırov bildirib ki, vəsatət yazılı şəkildə təqdim olunanda baxılıb qərar veriləcək. Beləcə, proses mayın 1-dək ertələnib.

Şikayətin əsaslandığı maddələrdə alternativ cəzalarla (cərimə, ictimai işlər və s.) yanaşı, 6 ayadək həbs cəzası da nəzərdə tutulub.

S.Qasımlı özünü təqsirli bilmir, bunun siyasi sifariş olduğunu düşünür. O, haqqındakı məhkəmə iddiasına və ölkədən çıxışına qadağa qoyulmasına şərh verərkən bu sözləri dilə gətirib: "Bu, həm Azər Qasımlı, həm də onun və digər siyasi məhbusların problemlərini qaldıran Samirə Qasımlıya qarşı olan işdir. Məqsəd həm də Samirə Qasımlının fəaliyyətini məhdudlaşdırmaqdır".

Q.Yusibov politoloq A.Qasımlı haqqında şikayətində atası və oğlunun oğurlanmasıyla hədələndiyini iddia etsə də, məhkəmə gedişində bunu sübuta yetirən fakt ortaya qoymayıb.

Xatırlatma

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Qurbanəli Yusibovun şikayəti əsasında həbs edilən politoloq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsiylə təqsirli bilinib.

A.Qasımlı ittihamı qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O vurğulayır ki, bu işdə yeganə zərərçəkmiş elə onun özüdür.

A.Qasımlı ilə Q.Yusibov arasında bir neçə il öncə "Binance" kriptovalyuta portalına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği "Binance" portalındakı hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən A.Qasımlı pulunu geri istəyib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxarılıb.

Mingəçevir şəhər Məhkəməsi Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və bunu belə əsaslandırıb ki, məsələyə kommersiya məhkəməsində baxılmalıdır.

A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azər Qasımlı ev dustaqlığına buraxılmadı

    Azər Qasımlı ev dustaqlığına buraxılmadı ...

    25-06-2025, 22:47

  • 
  • Müsavat Partiyası Azər Qasımlının azad olunmasını tələb edir

    Müsavat Partiyası Azər Qasımlının azad olunmasını ...

    9-12-2024, 23:16

  • 
  • “Misir Qasımlı və Sübhan Quliyev mayın sonundan azadlığa buraxılmalıydılar” - AÇIQLAMA

    “Misir Qasımlı və Sübhan Quliyev mayın sonundan ...

    28-09-2022, 15:35

  • 
  • Azər Qasımlıya 30 sutka həbs verildi

    Azər Qasımlıya 30 sutka həbs verildi ...

    30-05-2018, 09:00

  • 
  • Bakı məhkəməsi Azər Qasımlının həbs qətimkan tədbirini dəyişmədi

    Bakı məhkəməsi Azər Qasımlının həbs qətimkan ...

    22-01-2025, 00:09


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu