GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əraqçi İslamabada gedir – Böyük razılaşma, yoxsa növbəti fiasko? ŞOK DETALLAR

Əraqçi İslamabada gedir – Böyük razılaşma, yoxsa növbəti fiasko? ŞOK DETALLAR

Tarix: 24-04-2026, 23:59 Bölmə :Ölkə / Dünya Baxış: 96


İranın xarici işlər naziri Abbas Əraqçinın İslamabada planlaşdırılan səfəri regionda diqqət mərkəzinə çevrilib. Məlumata görə, o, cümə günü axşam saatlarında kiçik müşavir heyəti ilə Pakistan paytaxtına yola düşəcək. Səfərin ən diqqətçəkən məqamı isə ABŞ ilə mümkün sülh danışıqlarının gündəmdə olmasıdır. Pakistan hökumətindəki mənbələr bildirir ki, görüşün təşkili istiqamətində artıq konkret addımlar atılıb və ABŞ-nin logistika və təhlükəsizlik üzrə mütəxəssislərindən ibarət qrup İslamabadda yerləşdirilərək hazırlıq prosesinə başlayıb. Bu isə göstərir ki, proses təkcə diplomatik niyyət səviyyəsində deyil, real danışıqlara keçid mərhələsinə yaxınlaşa bilər.

Bu görüş İran–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi? Danışıqlar baş tutarsa, İran üzərinə hansı öhdəliklər götürə bilər? ABŞ tərəfi bu görüşdən nə əldə etməyə çalışır?

Gundemxeber.com bildirir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, bu məsələdə tərəddüd edən hələ ki, İran tərəfidir:

“Çünki ABŞ ikinci görüşə razılıq vermişdi, hətta ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İslamabada gəlməsi də gündəmdə idi. Bunun üçün bir şərt irəli sürülmüşdü ki, əvvəlki görüşdə olduğu kimi, İran tərəfindən parlament sədri Qalibaf iştirak etsin. Lakin son anda Qalibaf görüşdən imtina etdi, digər nümayəndələr də geri çəkildi və nəticədə görüş baş tutmadı. Bu isə bölgədə gərginliyin daha da artmasına səbəb oldu. İran tərəfi bunu belə əsaslandırdı ki, ABŞ Hörmüz boğazının çıxışında tətbiq olunan mühasirəni dayandırmayıb. ABŞ isə hələlik bu təzyiq vasitəsindən istifadə etməyi düşünür. Donald Trampın yanaşmasına görə, bu yolla İrana təzyiq göstərmək mümkündür. Eyni zamanda ABŞ tərəfinin tam zəmanəti yoxdur ki, mühasirəni dayandıracağı təqdirdə İran da qarşılıqlı olaraq boğazda sərbəst hərəkəti təmin edəcək, tanker gediş-gəlişinə əlavə rüsumlar tətbiq etməyəcək və yoxlamaları sərtləşdirməyəcək. Bu qeyri-müəyyənlik səbəbindən mühasirə davam etdirilir. Trampın mövqeyi ondan ibarətdir ki, Hörmüz boğazı mühasirədə qaldığı halda belə danışıqlar davam edə bilər və bu məsələ danışıqların əsas predmetinə çevrilə bilər. Abbas Əraqçinin İslamabada səfəri də bu kontekstdə qiymətləndirilir”.

Elxan Şahinoğlunun sözlərinə əsasən, Əraqçi müstəqil qərar verən fiqur deyil və onun arxasında SEPAH generalları dayanır. Əgər Abbas Əraqçi hər hansı razılaşmaya gəlsə belə, sonradan SEPAH rəhbərliyi bu razılaşmanı qəbul etməyə bilər və proses yenidən sıfırdan başlaya bilər:

“Daha əvvəl də oxşar hallar yaşanıb: bir tərəfdən İran rəsmiləri müəyyən yumşaq mesajlar verib, hətta prezident Pezeşkian körfəz ölkələrindən üzr istəyib, lakin qısa müddət sonra həmin ölkələrə qarşı dron və raket hücumları həyata keçirilib. Bu da göstərir ki, İran daxilində vahid mövqe formalaşmayıb. Hazırda da İranın bəzi rəsmiləri və hərbi dairələri körfəz ölkələrini açıq şəkildə hədələyirlər ki, əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, həmin ölkələr yenidən hədəfə çevrilə bilər”.

Politoloqun sözlərinə görə, Pakistan bu danışıqların baş tutmasında maraqlıdır. Çin də vəziyyətin sabitləşməsini istəyən əsas aktorlardan biridir:

“Pekin İran rejiminin tam güclənməsində maraqlı olmasa da, Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasını vacib hesab edir. Çünki Çin enerji təhlükəsizliyi baxımından çətinliklərlə üzləşə bilər. Daha əvvəl Venesueladan müəyyən üstünlüklərlə neft əldə edən Çin əgər İranı da itirərsə, ucuz enerji mənbələrindən məhrum ola bilər və yalnız Rusiya və bəzi Afrika ölkələri ilə kifayətlənmək məcburiyyətində qala bilər. Məhz buna görə də Çin üçün Vaşinqton və Tehran arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunması strateji əhəmiyyət daşıyır. Lakin əgər İslamabad görüşü baş tutmasa və tərəflər ortaq məxrəcə gələ bilməsə, bölgədə gərginliyin davam edəcəyi və hətta daha da dərinləşəcəyi ehtimalı yüksək olaraq qalır”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-İran danışıqlarında KRİTİK MƏQAM

    ABŞ-İran danışıqlarında KRİTİK MƏQAM ...

    23-04-2026, 18:45

  • 
  • ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə danışıqları - FOTOLAR

    ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə ...

    15-01-2015, 16:47

  • 
  • İslamabadda danışıqlara hazırlıq: Təhlükəsizlik tədbirləri gücləndirilib

    İslamabadda danışıqlara hazırlıq: Təhlükəsizlik ...

    21-04-2026, 17:38

  • 
  • Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək

    Əraqçi: İran uranın zənginləşdirilməsi ...

    22-07-2025, 12:47

  • 
  • İran yeni danışıqlardan əvvəl ABŞ-dan nüvə sazişinə əməl etməsini istəyir

    İran yeni danışıqlardan əvvəl ABŞ-dan nüvə ...

    30-08-2019, 15:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu