GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri

Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri

Tarix: 28-04-2026, 23:16 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 54
Ukraynanın 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının arıqlamış və taqətdən düşmüş hərbçilərinin fotoşəkilləri.
Ukraynanın 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının arıqlamış və taqətdən düşmüş hərbçilərinin fotoşəkilləri.

Ukraynalı əsgərlər aylarla Xarkov vilayətindəki Kupyansk şəhərini ələ keçirmək və qorumaq uğrunda döyüşüblər. Oskol çayının ikiyə böldüyü bu şəhərdə hazırda istifadəsiz dəmiryol xətti yerləşir.

Ukraynanın 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadası və digər bölmələr ötən ilin payızında Rusiya qoşunlarının qəfil hücumunu dəf edə biliblər. AzadlıqRadiosunun Ukrayna xidmətinin məlumatına görə, bu, 14-cü briqadaya ağır başa gəlib.

Ötən həftə briqadanın bəzi əsgərlərinin yaxınları narazılıqlarını ictimailəşdirərək bir dəri-bir sümük əsgərlərin şəkillərini yayıblar. Onlar bunu qida və su çatışmazlığı, həmçinin pis idarəetmə ilə əlaqələndiriblər.

Olqa bildirib ki, əri və briqadanın digər üzvləri günlərlə yeməksiz və susuz qalıb: "Mənə yazmışdı ki, "Sağam, amma acıq"… Doqquz gün idi ki, yemək yeməmişdilər".

Anastasiya adlı digər bir əsgər xanımı AzadlıqRadiosuna şikayətlənərək deyib: "Mədə quruyana qədər yeməksiz nə qədər yaşamaq olar? Əvvəl mədə işləməyi dayandırır. Sonra susuzlaşma başlayır. Su olmadığı üçün onların ayaqları ağrıyırdı".

Briqada komandiri vəzifəsindən azad edilib

Bu şəkillər və şikayətlər Ukrayna cəmiyyətində ciddi rezonans doğurub. Dörd ildən çoxdur davam edən müharibə onsuz da əhalini yorub. Məsələ ordu rəhbərliyinin də diqqətini çəkib. Aprelin 24-də general Oleksandr Sırski 14-cü briqadanın komandirini vəzifəsindən azad edib. Baş Qərargah səbəb kimi briqadanın ərzaq təminatında yaranmış ciddi problemləri göstərib.

2022-ci ilin fevralında Rusiya genişmiqyaslı işğala başlayandan bəri Ukrayna əzmkarlıq və qətiyyət, Qərb silahları və dron texnologiyaları sayəsində Rusiyanın qarşısında dura bilib. Bununla belə, orduya canlı qüvvənin cəlb edilməsi ciddi problem olaraq qalır. Prezident Volodimir Zelenski və deputatlar iki il ərzində səfərbərlik qanunvericiliyində islahatları razılaşdırsalar da, hərbi xidmətdən yayınma halları geniş vüsət alıb. Çağırış sisteminin mərkəzləşdirilməməsi korrupsiya və rüşvət iddialarına yol açıb.

Ukraynanın ən təcrübəli bölmələrindən olan 3-cü Əlahiddə Hücum Briqadası şəxsi heyətin say tərkibini əsasən lazımi səviyyədə saxlaya bilib. Digər hərbi hissələr isə həm şəxsi heyətin sayı, həm də yeni çağırışçıların təlim keyfiyyəti ilə bağlı çətinlik çəkir. Məsələn, Qərbdə təlim keçmiş və müasir texnika ilə təchiz olunmuş 155-ci Əlahiddə Mexanikləşdirilmiş Briqada fərarilik, qarşılıqlı ittihamlar və komandanlığın ünvanına kəskin ictimai tənqid dalğası ilə üzləşib. Briqada komandiri cəbhəyə yollanmağa bir neçə gün qalmış vəzifəsindən azad edilib.

Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında aylarla təminatdan məhrum qalan və taqətdən düşmüş Ukrayna hərbçisi.
Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında aylarla təminatdan məhrum qalan və taqətdən düşmüş Ukrayna hərbçisi.

"Tez-tez huşumuzu itiririk"

Kupyansk yaxınlığındakı 14-cü briqada üzvlərinin yaxınları AzadlıqRadiosunun Ukrayna xidmətinə deyiblər ki, bölmə yeddi ayadək ərzaq və təchizat çatışmazlığı ilə üzləşib. Keçən həftə digər bir əsgər xanımı Anastasiya Silçuk Facebook-da hərbçilərin fotolarını paylaşaraq onların bu sözlərini sitat gətirib: "Yeddi aydır ərzaq, su və yanacaq davamlı gecikir. Tez-tez huşumuzu itiririk, mövqelərimizi müdafiə etmək üçün fiziki gücümüz qalmır".

Komandirlər və ordu rəsmiləri təminat qıtlığını inkar etməyiblər; onlar mövcud vəziyyəti qismən döyüşlərin getdiyi Oskol çayı üzərindən yüklərin daşınmasının çətinliyi ilə əlaqələndiriblər. Rəsmilər məhdud miqdarda təchizatın dronlar vasitəsilə çatdırıldığını qeyd ediblər. Briqadanın sözçüsü Nadiya Zamrıqa isə AzadlıqRadiosuna açıqlamasında logistika ilə bağlı vəziyyətin artıq stabilləşdiyini bildirib.

Problemlər daha dərindir

Ukrayna ordusunun fəaliyyətinə nəzarət edən hüquq müdafiəçisi Olqa Reşetilovanın sözlərinə görə, logistika problemi təkcə 14-cü briqadaya məxsus deyil. O, qoşunların rotasiyası və tükənmiş bölmələrin cəbhə xəttindən geri çəkilməsi ilə bağlı daha genişmiqyaslı problemlərin mövcudluğuna diqqət çəkib.

İstefada olan polkovnik, 53-cü motoatıcı briqadanın sabiq komandiri Anatoli Kozyol isə bildirib ki, zabitlər tez-tez rəhbərliyə yanlış məlumatlar ötürürlər. O vurğulayıb ki, bu problem təkcə logistika ilə deyil, həm də cəbhədəki real vəziyyət və müdafiə mövqelərinin durumu ilə bağlıdır: "Cəbhədə elə mövqelər var ki, real taktiki vəziyyətə cavab vermir. Bəzi mövqelərdə hazırlıq səviyyəsi uzun müddət yarımçıq qalıb, rabitə yoxdur... Lakin briqada komandiri bunu yuxarı rəhbərliyə bildirməkdən sadəcə qorxur"


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qərb” qoşunlarının helikopterləri Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 14-cü mexanikləşdirilmiş briqadasına 12 zərbə endirib

    “Qərb” qoşunlarının helikopterləri Kupyansk ...

    17-07-2023, 11:18

  • 
  • Şiddətli döyüşlər zamanı Soledarın taleyi bəlli deyil - FOTO

    Şiddətli döyüşlər zamanı Soledarın taleyi bəlli ...

    11-01-2023, 14:59

  • 
  • Ukrayna ordusu tələyə salındı

    Ukrayna ordusu tələyə salındı ...

    13-06-2014, 12:43

  • 
  • Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO

    Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO ...

    18-02-2020, 11:33

  • 
  • Ukrayna ordusu rusiyalı briqada komandirini öldürdü: Çuquyevə nəzarəti geri qaytardı

    Ukrayna ordusu rusiyalı briqada komandirini ...

    7-03-2022, 11:05


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu