Gundemxeber.az » Ölkə » Amerikalı senator: "Bu, Putinin qələbə qazanmaq istədiyi qlobal müharibədir"
Respublikaçı senator Tom Tillis Ukrayna və Yaxın Şərqdəki müharibələrin bir-birindən ayrı olmadığını deyir.
AzadlıqRadiosuna müsahibəsində senator deyir ki, dünya Rusiya və İranın liderlik etdiyi “şər oxu” ilə üz-üzə qalıb. O, İranla Rusiyanın əməkdaşlığını taktiki tərəfdaşlıqdan uzağa getdiyini düşünür:
“Bu, tamamilə strateji ittifaq və eyni köhnə şər oxunun bir parçasıdır. Şər oxu hələ də sağdır və qaydasındadır...
Rusiya Yaxın Şərqdə regionu destabilizasiya etmək üçün nüvə qabiliyyətli ölkədən çox heç nə istəmir. Məncə Çin də eyni şeyi istəyir çünki onlar anlayırlar ki, ABŞ indi Yaxın Şərqi qarışdıran güc kimi görülür”.
Senatorun fikrincə, Rusiyanın İranı ABŞ-yə qarşı informasiya ilə təmini Putinin Yaxın Şərqdəki müharibəyə daxil olması anlamına gəlir. Onun sözlərinə görə, Putin çalışır ki, ABŞ-nin Avropa və Yaxın Şərqdəki təsirini zəiflətsin. Amma senator Putini İran Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaniyə bənzətməkdən də çəkinmir və amerikalıların ölümünə görə onun məsuliyyət daşıdığını deyir: 3
“Bu, demokratik dünya və totalitar dünya arasındakı döyüşdür. Bu həmişə olub və yəqin həmişə də olacaq. Biz İrandan uzağa getməliyik. Rusiyanın Afrikada xüsusilə də Şimali Afrikadakı aktivliyinə baxın. Baxın, onlar Ukraynada nə edirlər. Onların Moldova, Balkanlar, bütün Şərqi Avropada apardıqları hibrid müharibəyə baxın. Onlar indi müharibədə döyüşürlər və biz bunu saxlaya bilərik, amma bunu bitirməyi bacarmalıyıq... Əgər Putinə Ukraynada qələbəyə icazə versək, o, nifrətini və anti-demokratik prinsiplərini Şərqi Afrika və Afrika boyunca yayacaq. Bu onun vuruşmaq və qələbə qazanmaq istədiyi qlobal müharibədir”.
Gundemxeber.com
25-07-2013, 10:07
2-08-2017, 13:45
1-10-2015, 23:21
2-04-2018, 13:08
12-05-2013, 14:44
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?