GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmil Həsənlidən “Qoşa sağsağanlar"ın müəllifinə "tərs şapalaq" - “Ey türk milləti titrə, özünə dön!”

Cəmil Həsənlidən “Qoşa sağsağanlar"ın müəllifinə "tərs şapalaq" - “Ey türk milləti titrə, özünə dön!”

Tarix: 6-05-2026, 22:42 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 352


Bu günlərdə deputat Cavanşir Fayziyevin milyonlarla dollar dəyərində aktivlərinin siyahısının açıqlanmasından sonra vəziyyət dramatikləşdi. Milli Şuranın sədri, professor Cəmil Həsənli artıq bu məsələ ilə bağlı fikirlərini bölüşüb. Buna görə də Cəmil Həsənlinin Cavanşir Fayziyev haqqında tənqidi məqaləsini gundemxeber.com saytının çoxsaylı oxucularına təqdim edirik: "Bilirsiniz də, bir müddət əvvəl deputat Cavanşir Feyziyev “Qafqazinfo” saytında bizim (Əli Kərimli və mənim) haqqımızda “Qoşa sağsağanlar...” adlı məqaləsi dərc edilmişdi. Həmin vaxt bu məqaləni bir sıra ələbaxan saytlar və qəzetlər də təkrar dərc etmişdilər.  Halbuki dünya ədəbiyyatında sağsağan daha çox oğurluq rəmzi kimi ad çıxarıb. London Ədalət Məhkəməsinin bu günlərdə açıqlanan qərarı hüquqi cəhətdən də bunu təsdiq etdi. 


Təəssüf ki, indi də onun məhkəmə qərarında öz əksini tapan natəmiz əməllərinə bəraət qazandıran "jurnalist" və "qələm əhli" az deyil. 


 Lap bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti” Cavanşir Feyziyevin “elmi yaradıcılığı” barədə ard-arada iki nömrədə (24 aprel, 1 may 2026-cı ill) hər biri iki qoşa səhifə olmaqla Arzu Əsəd adlı müəllifin “Turan şifrəsi” adlı yazısını dərc etmişdi. Söhbət Feyziyevin heç bir elmi dəyəri olmayan “Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın türk modeli” adlı  “çoxcildliyi” haqqında yazdan gedir.  


Orada qeyd edilir ki, “Türk millətinin arzusu, məqsədi, idealı kimi türk tarixi və mədəniyyətinin içində saxlanan, nəsildən nəslə ötrülən Turan şifrəsi Cavanşir Feyziyevin qələmindən yeni kontekstdə, yeni fəlsəfi siyasi nalamda açılır. Bununla da, Cavanşir Feyziyevin bu kitabda “Türk birliyi ideyasının təkamülü” başlıqlı bölməsində təməli neçə minillik tarixə söykənən Orxan-Yeniseydaş kitabələrində Bilgə xaqananın “Ey türk milləti  titrə, özünə dön!” vəsiyyəti ilə qoyulan, məğzini kökünə, qüdrətinə dayandırmaq ideyası və türkçülük ruhu təşkil edən klassik türk abidələrinin müəllifləri Mahmud Kaşğari, Yusif Balasaqunlu, Seyid Əhməd Yəsəvi, Fəzlullah Rəşidəddin, Əlişir Nəvai, Əbülqazi Bahadır xan”a dayanır. 


Bu yazı Feyziyevin "coxclidliyi" haqqında yazılan birinci yazı deyil, yəqin sonuncu da olmayacaq. Əvvəllərdə çoxları yazıb. Hətta onun natəmiz əməllərinə bəraət qazandıran jurnalist və əli qələm tutanlar indi də az deyil. Qəribədir 46 yaşında namizədlik dissertasiya (PhD) “müdafiə” etmiş Cavanşir Feyziyev hara Bilgə xaqan hara, Orxan-Yenisey yazıları hara, Mahmud Kaşğarı, Fəzlullah Rəşidəddin hara. Bu Kaşğarı fondu, Azərbaycan Yazıçılar Birliyinin üzvülüyü Feyziyeva “ziyalı” arayışı vermək üçün idi. Çünki məhkəmə prosesində onun vəkili məsələ qaldırmışdı Cavanşir Feyziyev öz ölkəsində tanınmış ictimai-siyasi xadim, görkəmli ziyalıdır və sair. 


Amma qəzetdə “Turan şifrəsi” məqaələsi dərc edilən günlərdə London Ədalət Məhkəməsi bu şifrəni açdı və məlum oldu ki,  Məhkəmə Feyziyevlərin Londonda 50 milyon  funt sterlinq dəyərində qiymətləndirilən 22 mənzilinə və Lixtenşteyn  LGT Bankında saxlanılan milyonlarına həbs qoyub. Bu əmlakın alınmasına sərf edilmiş vəsaitin mənbəyin şübhəli hesab edib, onların əyri, gizli yollarla ölkədən çıxarıldığına dair faktlar ortaya qoyub. Azərbaycan qanunlarına görə Milli Məclis seçkilərində iştirak edən hər bir namizəd özünün və onunla birgə yaşayan həyat yoldaşının əmlakı haqqında seçki orqanlarına bəyənnamə təqdim etməlidir. Görən 2010-cu ildən sonra 4 dəfə deputat seçilən Feyziyev seçki orqanına təqdim etdiyi əmlak bəyannaməsində Milli Cinayət Agentliyinin aşkarladığı bahalı mülkləri göstəribmi?

  

 Məhkəmənin bu günlərdə açıqlanan qərarından görünür ki, Feyziyevlər məhkəmə prosesinin, dinləmənin stenoqramlarının və qərarın gizli  saxlanması üçün çox çalışıblar. Amma mümkün olmayıb. Məhkəmə 35 səhifəlik qərarı açıqlayıb. Mən də onu hissə-hissə tərcümə edib Azərbaycan ictimaiyyətinə təqdim edirəm. Feyziyevin birinci dəfə mülkləri aşkarlanda İlham Əliyev ona “Şöhrət ordeni” verdi. London Ədalət Məhkəməsinin yeni açıqlanan qərarından sonra yəqin ki, “İstiqlal ordeni” verər. 


Buyurun London Ədalət Məhkəməsinin qərarının giriş hissəsi ilə tanış olun.


ƏDALƏT ÜZRƏ ALİ MƏHKƏMƏDƏ

KRAL MƏHKƏMƏSİ BÖLMƏSİ

İNZİBATİ MƏHKƏMƏ


İş No: AC-2023-LON-001768


Tarix: 8 mart 2024


Milli Cinayət Agentliyi (İddiaçı)

və

(1) Cavanşir Feyziyev

(2) Pərvanə Feyziyeva

(3) WITHERS TRUST CORPORATION LIMITED

Cavabdehlər


Endryu Satkliff KC və Tom Reynsberi (Milli Cinayət Agentliyi (NCA) tərəfindən təlimatlandırılmış) – İddiaçı üçün


Kenneth Maklin KC, Devid Kaplan və Uilyam Heys (Kingsley Napley LLP tərəfindən təlimatlandırılmış) – Birinci və İkinci Cavabdehlər üçün


Dinləmə tarixləri: 21–22 fevral 2024


Təsdiqlənmiş qərar


Bu qərar 8 mart 2024-cü il saat 10:30-da tərəflərə və ya onların nümayəndələrinə elektron poçt vasitəsilə göndərilməklə və Milli Arxivə təqdim edilməklə email vasitəsi (distans) elan edilmişdir.

Hakim Pul:


Giriş


1. 23 iyun 2023-cü ildə xanım hakim Hizer Uilyams Milli Cinayət Agentliyinin (“NCA”) xəbərdarlıq edilmədən etdiyi müraciəti təmin edərək Əmlakın Dondurulması Qərarı (“PFO”) çıxarmışdır. Bu qərar cavabdehlərə Əmlakın Dondurulması Qərarında göstərilən əmlaklarla  hər hansı formada əməliyyat aparmağı qadağan edir. Milli Cinayət Agentliyi iddia edir ki, həmin əmlakların ümumi dəyəri təxminən 50 milyon funt sterlinqdir; buraya Londonda yerləşən 22 icarə hüquqlu əmlak (“London Əmlakları”), bu əmlaklardan əldə edilən icarə gəlirləri və Lixtenşteyndə LGT bankında olan hesabın qalığı (“Lixtenşteyn hesabı”) daxildir. Birinci (Cavanşir Feyziyev) və İkinci (Pərvanə Feyziyeva) Cavabdehlər 7 avqust 2023-cü ildə Əmlakın Dondurulması Qərarının (PFO) ləğvi üçün (“Ləğv ərizəsi”) və icraatın qapalı keçirilməsi, həmçinin qərarların və ya stenoqramların dərcinə məhdudiyyət qoyulması üçün (“Məxfilik ərizəsi”) müraciət etmişlər. 


2. Bu qərarda zəruri olduqda istinad edəcəyim ətraflı yazılı və şifahi təqdimatlardan, eləcə də geniş sənəd paketlərindən və şahid ifadələrindən faydalanmışam. 


3. Üçüncü (WITHERS TRUST CORPORATION LIMITED) Cavabdeh prosesdə fəal iştirak etmir və qənaət naminə Birinci (Cavanşir Feyziyev) və İkinci (Pərvanə Feyziyeva) Cavabdehləri birlikdə “Cavabdehlər” kimi qeyd edəcəyəm. Cavabdehlərin mövqeyi belədir ki, Əmlakın Dondurulması Qərarı verilməməli idi və hər halda indi ləğv edilməlidir, çünki:

(i) əmlakın yayındırılması ilə bağlı real risk yoxdur (və olmayıb);

(ii) xəbərdarlıq edilmədən keçirilmiş iclasda Milli Cinayət Agentliyinin tam və açıq məlumat vermək / ədalətli təqdimetmə öhdəliyini ciddi şəkildə və dəfələrlə pozması baş verib;

(iii) onlara qarşı əsaslandırılmış iddia mövcud deyil. 


4. Hizer Uilyams J xəbərdarlıq edilmədən edilən müraciəti qapalı iclasda dinləmişdir və öz qərarını dərc etməmişdir. 4 sentyabr 2023-cü ildə o, işin idarə olunması ilə bağlı göstərişlər verərək Ləğv və Məxfilik ərizələrinin birlikdə baxılmasını və “birləşmiş dinləmənin hansı həddə qapalı keçiriləcəyinin” iclas zamanı müəyyən olunmasını qərara almışdır. O, həmçinin Əmlakın Dondurulması Qərarının, öz qərarının və həmin iclasın stenoqramının dərcini qadağan edən müvəqqəti qərarlar çıxarmışdır; bu qadağalar birgə dinləmə keçirilənədək qüvvədə qalmalı idi. Birləşmiş dinləmə və məhkəmənin məlumat yayımı ilə bağlı məhdudiyyətləri nəzərdən keçirməsi barədə media qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Mediadan hər hansı müraciət daxil olmamışdır, lakin tərəflər Məxfilik ərizəsi üzrə məhkəmənin yanaşması barədə razılığa gələ bilməmişdir. 


Cavabdehlər bildirmişlər ki, Ləğv ərizəsi qapalı dinlənilməli və Hizer Uilyams J-in qərarı, həmçinin Ləğv ərizəsi üzrə veriləcək qərar, çıxarılmış qərarlar və iclas stenoqramları dərc edilməməlidir. İddiaçı isə bildirmişdir ki, Ləğv ərizəsi açıq iclasda dinlənilməli və açıq ədalət prinsipindən kənara çıxılmamalıdır. Mən 21 fevral tarixində Məxfilik ərizəsi üzrə ətraflı təqdimatları dinlədim və dərhal qərar verərək müəyyən etdim ki, Cavabdehlərin azyaşlı övladlarının adları, yaşayış ünvanları və məktəbləri, eləcə də sübutlarda qeyd olunan bank hesablarının nömrələri və rekvizitləri istisna olmaqla çox məhdud məhdudiyyətlərlə Ləğv ərizəsi açıq şəkildə dinlənilməli, bu barədə məlumat verilməli və qərarlar dərc olunmalıdır. Həmçinin qərar verdim ki, Cavabdehlər üçün anonimlik tətbiq edilmədən qərarlar və stenoqramlar dərc oluna bilər. 


Bununla belə, Hizer Uilyams J-in xəbərdarlıq edilmədən keçirilmiş iclas üzrə qərarının və stenoqramların yalnız bu Ləğv ərizəsi üzrə qərar dərc edildikdən sonra dərc olunmasına göstəriş vermişəm ki, onun özü tərəfindən də qeyd edilən mümkün ədalətsizliyin qarşısı alınsın; yəni onun ilkin nəticələrinin, mübahisəli dinləmədən sonra məhkəmənin yekun qərarı verilməmişdən əvvəl dərc olunması Cavabdehlər üçün ədalətsiz ola bilərdi. 


5. Bu, yalnız Ləğv ərizəsi üzrə mənim qərarımdır."


Ardı var

Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın xüsusi nümayəndəsi Uitkoff: "Putin müharibəni bitirmək istəyir, təklif masadadır"

    Trampın xüsusi nümayəndəsi Uitkoff: "Putin ...

    27-08-2025, 15:00

  • 
  • Tramp Vyetnam lideri ilə görüşdü

    Tramp Vyetnam lideri ilə görüşdü ...

    27-02-2019, 12:22

  • 
  • Əsrin görüşü baş tutdu — Tərəflər yekun sənəd imzaladı

    Əsrin görüşü baş tutdu — Tərəflər yekun sənəd ...

    12-06-2018, 12:42

  • 
  • Tramp: "Mən Putini sevmirəm"

    Tramp: "Mən Putini sevmirəm" ...

    6-10-2016, 11:33

  • 
  • ABŞ İsraillə İran arasında müharibənin başa çatdığını açıqladı

    ABŞ İsraillə İran arasında müharibənin başa ...

    25-06-2025, 12:53


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu