GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təhlükəli virusla bağlı SON DƏQİQƏ açıqlaması: 12 ölkədə AXTARILIR

Təhlükəli virusla bağlı SON DƏQİQƏ açıqlaması: 12 ölkədə AXTARILIR

Tarix: 7-05-2026, 23:12 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5


Atlantik okeanında lövbər salan “MV Hondius” kruiz gəmisində qeydə alınan hantavirus yayılması beynəlxalq narahatlıq yaradıb.

Gundemxeber.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin səhiyyə qurumları hazırda gəmidən düşən sərnişinlərin izinə düşməyə çalışır. Xarici mediada yayılan son məlumatlara görə, virus səbəbindən artıq üç nəfər – iki Niderland vətəndaşı və bir Almaniya vətəndaşı həyatını itirib. Daha bir neçə nəfərdə isə yoluxma şübhəsi var. Xüsusi narahatlıq yaradan məqam isə aşkarlanan “Andes” hantavirus ştamının nadir hallarda insandan insana keçə bilməsidir.

Məlumata görə, kruiz gəmisi Argentina sahillərindən hərəkət edib və sonradan Cape Verde yaxınlığında saxlanılıb. Virusun ilkin mənbəyinin Argentinanın cənub bölgələri olduğu ehtimal edilir. Bildirilir ki, ilk yoluxan şəxslərdən biri gəmi səyahətindən əvvəl Argentina və Çilidə təbiət turları və quş müşahidələri ilə məşğul olub.

Hazırda ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, İspaniya, Niderland, Danimarka və digər ölkələrdə gəmidə olmuş sərnişinlər izlənilir. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) Arizona, Corciya və Kaliforniyada bəzi şəxsləri müşahidə altına götürüb. İsveçrədə isə kruiz sərnişinində yoluxma təsdiqlənib və o, Sürixdə xəstəxanaya yerləşdirilib.

İspaniya hakimiyyəti gəminin Kanar adalarına qəbuluna xüsusi sanitar nəzarətlə icazə verib. Sərnişinlərin bir hissəsinin karantinə göndərilməsi, simptomu olmayan şəxslərin isə öz ölkələrinə qaytarılması planlaşdırılır.

Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin nəzarətdə olduğunu bildirsə də, virusun inkubasiya müddətinin 6 həftəyə qədər davam edə bilməsi səbəbindən beynəlxalq monitorinq gücləndirilib. Ekspertlər bildirirlər ki, hantavirus COVID-19 kimi sürətlə yayılmasa da, ölüm riski daha yüksək hesab olunur.

Hantavirus nədir?

Hantavirus əsasən gəmiricilər – xüsusilə siçan və siçovullar vasitəsilə yayılan təhlükəli virus infeksiyasıdır. İnsanlara daha çox yoluxmuş gəmiricilərin sidiyi, nəcis və tüpürcəyinin havaya qarışması nəticəsində keçir. Virus insandan-insana çox nadir hallarda ötürülür.

Həkimlərin sözlərinə görə, hantavirusun ilkin simptomları bir çox hallarda adi virus infeksiyasını xatırladır: yüksək hərarət, güclü halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma və qusma, qarın ağrısı, ishal, nəfəs darlığı, sinədə sıxılma hissi.

Ağır hallarda isə ağciyərlərdə maye toplanması və böyrək funksiyasının pozulması baş verə bilər.
Hazırda hantavirus üçün xüsusi antiviral müalicə tam təsdiqlənməyib. Həkimlər bildirirlər ki, erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir:xəstənin xəstəxanada müşahidəsi;maye və oksigen dəstəyi;ağır hallarda reanimasiya yardımı;böyrək problemlərində xüsusi terapiya.

Mütəxəssislər vurğulayır ki, gecikmiş müraciət ölüm riskini artırır. Səhiyyə qurumları hantavirusdan qorunmaq üçün bir sıra vacib qaydaları tövsiyə edir:gəmiricilərlə təmasdan uzaq durmaq; ev və anbarlarda siçan izləri aşkarlandıqda dezinfeksiya aparmaq; tozlu və qapalı məkanları maska ilə təmizləmək; gəmirici ifrazatını süpürgə ilə deyil, dezinfeksiyaedici məhlulla təmizləmək; qida məhsullarını bağlı qabda saxlamaq; əlləri tez-tez yumaq.

Azərbaycanda son günlər ishal, qusma, qızdırma kimi simptomlarla müşahidə edilən virusun yayılması insanlarda təşviş yaradıb. İnsanlar bunun hantavirus olması ilə bağlı narahatlıq keçirirlər. Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kruiz gəmisində hantavirusa yoluxanların sayı artıb - Üç nəfər ölüb

    Kruiz gəmisində hantavirusa yoluxanların sayı ...

    5-05-2026, 16:58

  • 
  • ÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA

    ÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus ...

    5-05-2026, 21:46

  • 
  • Dünya yeni pandemiyanın astanasındadır? – ÜST-dən açıqlama

    Dünya yeni pandemiyanın astanasındadır? – ÜST-dən ...

    7-05-2026, 23:39

  • 
  • Yeni virus daha üç adamın ölümünə səbəb olub

    Yeni virus daha üç adamın ölümünə səbəb olub ...

    1-06-2013, 03:13

  • 
  • Çindən yayılan və dünyanı qorxuya salan epidemiya - "2019-nCOV" virusu haqqında dəhşətli FAKTLAR

    Çindən yayılan və dünyanı qorxuya salan epidemiya ...

    23-01-2020, 15:41


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu