GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ

Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ

Tarix: 8-05-2026, 21:30 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 4

"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib ki, təhsil sahəsində ən azı 5 il işləyən və elmi araşdırmaları, məqalələri dərc olunan adamlar təhsil eksperti adı qazana bilər. Onun sözlərinə görə, bu məsələdə ekspertin təcrübəsi əsas olmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur:

"Çünki Dövlət İmtahan Mərkəzi hər hansı bir ekspertin təhsil eksperti kimi formalaşmasında qiymətləndirmə meyarı kimi bir qurum deyil. Yəni DİM-in işi imtahan keçirməkdir. DİM-in belə bir səlahiyyəti yoxdur ki, təhsil ekspertləri ilə bağlı hər hansı kriteriyalar qoysun və yaxud bu kriteriyalara uyğun olanlar təhsil eksperti ola bilər, uyğun olmayanlar ola bilməz şəklində ifadələr desin. Hesab edirəm ki, bunun heç bir hüquqi əsası yoxdur. Sadəcə, Məleykə xanımın təklifi ola bilər. Əlbəttə, əgər təklif edibsə, bu istiqamətdə düşünürəm ki, haqlı təklifdir. Ekspertin təhsil sahəsində 5 ildən də çox işləməsi mütləqdir. Ekspertin təhsil ictimaiyyəti tərəfindən qəbul olunması mütləqdir. Beynəlxalq məqalələrin yazılması təhsil eksperti üçün hər hansı bir meyar deyil. Çünki beynəlxalq məqalələr alimlik dərəcəsində və yaxud da ali təhsil müəssisələrində işləyən professor-müəllim heyətinə aiddir. Təhsil eksperti nə kimi məqalə yazacaq? Təhsil eksperti hər hansı bir hadisəni, təhsillə bağlı hər hansı bir mövzunu, gündəmi analiz etmə qabiliyyətinə malik olmalıdır. Məqalə yazarsa, nə yaxşı, amma belə bir məcburiyyət də yoxdur. Bəli, elmi araşdırmalarla məşğul olmalıdır, mütəmadi olaraq təhsildə gedən bütün proseslərlə məşğul olmalıdır. Sadəcə elmi araşdırma deyil, təhsilə aid olan bütün proseslərlə, istər beynəlxalq təhsil olsun, istər yerli təhsil olsun, fərq etməz, məşğul olmaq lazımdır".

Həmsöhbətimiz vurğuladı ki, ekspert bütün proseslər barədə məlumatlı olmalı, bütün prosesləri analiz etmə qabiliyyətinə malik olmalıdır:

"Yəni təhsil eksperti elmlər namizədi və yaxud elm adamı, alim, universitetdə dərs deyən hər hansı bir professor deyil. Təhsil eksperti təhsili analiz edən bir mütəxəssisdir. Məleykə xanıma bu istiqamətdə haqq verirəm ki, hal-hazırda həqiqətən də müəyyən biznes xarakterli sosial platformalarda çıxan təhsil ekspertləri var. Yəni bunların bəlkə də təhsildən ümumi olaraq anlayışı yoxdur, amma təhsillə bağlı, universitetlərə qəbul ilə bağlı fikirlər bildirirlər. Əlbəttə ki, bu, Məleykə xanımı narahat etdiyi kimi, bizi də narahat edir. Çünki təhsillə bağlı məlumatı olmayan birisi çıxıb təhsillə bağlı fikirlər söyləyir və yaxud da sosial platformalarda izləyici sayı çoxdursa, artıq müəyyən bir nüfuz əldə etməyə çalışır.

Amma həqiqi təhsil eksperti odur ki, təhsillə bağlı hər hansı bir mövzu olduğu təqdirdə həmin mövzu istiqamətində müəyyən analiz etmə qabiliyyətinə malik olsun. Analiz edə bilsin, təhlil edə bilsin, problemlə bağlı çıxış yollarını təklif etsin və yaxud problemə həll yolu göstərsin. Yəni təhsil eksperti təhsil ictimaiyyəti, mətbuat tərəfindən tanınmalıdır, mətbuat tərəfindən mütəmadi olaraq təhsillə bağlı məlumatların təqdim olunmasında fikir bildirməlidir. Beynəlxalq təcrübəyə baxdıqda, təhsil ekspertlərinin fikirləri, münasibətləri dövlət qurumları tərəfindən müsbət qarşılanır. Yəni dövlət qurumları təhsil ekspertləri ilə görüşlər keçirir, fikirlərini alır, təkliflərini alır. Amma çox təəssüf olsun ki, bizdə hal-hazırda DİM-in hər hansı bir layihəsi ilə və yaxud da qəbul imtahanı ilə bağlı müəyyən təklifləri və yaxud da fikir mübadiləsi, müzakirələri təhsil ekspertləri ilə aparılmır".

R.Nurəliyev qardaş ölkə Türkiyədən də nümunələr verdi.

"Hər hansı bir məsələ gündəmə gəldiyi təqdirdə təhsil ekspertləri ilə dövlət qurumları arasında əməkdaşlıq həyata keçirilir, görüşlər keçirilir, fikir mübadiləsi aparılır, müzakirələr həyata keçirilir və müvafiq olaraq sağlam qərar verilir. Çünki sən bunu dinləməlisən. Sən bir qurumsan, imtahan keçirirsən. Bu keçirdiyin imtahanda hər hansı bir nöqsan var və yaxud hər hansı bir problem varsa, o problemi dilə gətirirlər. Yəni bu problemi dilə gətirdikləri təqdirdə demək ki, hər hansı bir problem var, dilə gətirirlər. Yaxud da bu problem olmaması üçün öncədən sən təhsil mütəxəssisləri ilə görüş həyata keçirməlisən. Təhsil adamları ilə görüşlər keçirilsə, daha yaxşı olar. Çünki onlardan yaxşı qəbul prosesini analiz edə biləcək şəxslər yoxdur, azdır. Hesab edirəm ki, bu istiqamətdə DİM də təhsil ekspertlərinin təkliflərinə, fikirlərinə, iradlarına, tənqidlərinə qulaq asmalıdır, fikir verməlidir. Tənqid nəyi ortaya çıxarır? Düzgün və problemsiz sistemi", - deyə o yekunlaşdırdı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi

    Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi ...

    18-07-2020, 11:51

  • 
  • Nazirdən qəbul imtahanlarının pullu olmasına - Reaksiya

    Nazirdən qəbul imtahanlarının pullu olmasına - ...

    14-07-2016, 22:42

  • 
  • Məleykə Abbaszadə: "Bizə bu yolla heç kim təsir göstərə bilməz"

    Məleykə Abbaszadə: "Bizə bu yolla heç kim ...

    13-03-2017, 10:42

  • 
  • Məleykə Abbaszadə: Ali təhsil müəssisələrində təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır

    Məleykə Abbaszadə: Ali təhsil müəssisələrində ...

    25-01-2019, 10:35

  • 
  • Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı

    Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə ...

    10-05-2016, 12:11


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu