GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?

Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?

Tarix: 12-05-2026, 22:01 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 241


Hərə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Avropa Universal Döyüş Federasiyasının prezidenti, əczaçılıq elmləri namizədi, ehtiyatda olan hərbi zabit, general-mayor Natiq Əliyevi bir cür təqdim edir. Bu, ictimaiyyətin diqqəti yenidən “Tərtər hadisələri”nə yönələrkən, həmin işdə adları keçən generallar arasında onun adı olarkən də belə oldu.

Gundemxeber.com bildirir  ki, arazpress.com bir media vasitəsi olaraq bu yazısıyla, 1964-cü ilin avqust ayının 26-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olan bu şəxsi elin fəxri, tanınmış həkim kimi təqdim edənlərə qarşı da deyil. Yaxşı bilirik ki, 1970-ci ildə ilk təhsilinə başlayan, 1982-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsidə təhsil alan Natiq Əliyev sonradan ona etibar edilmiş rəis vəzifəsi ilə yanaşı, digər işlərin öhdəsindən gələ bilib və buna görə ölkə başçısı tərəfindən təltif olunub. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə təltif etdiyi şəxslər arasında general-mayor Natiq Əliyev də olub. Dövlət başçısının sərəncamına əsasən, o, “Əməkdar həkim” fəxri adına layiq görülüb.

Bizə maraqlı gələn odur ki, nüfuz sahibi belə bir general nədən onun adından sui-istifadə edən cinayətkar bir şəbəkə üzvlərinə qarşı indiyədək qətiyyət sərgiləməyib — nə olsun ki, onların başçıları qarışıq, bəzilərinin onunla qohumluq əlaqəsi var. Buna görədir ki, bu təhlükəli “klan” ətrafında birləşənlərin hər biri “ağına-bozuna baxmadan” törətdiyi istədiyi oyundan asan çıxa, öncədən planlaşdırdığı ağlagəlməz bəd əməlini hər güncdə, hər bucaqda çəkinmədən həyata keçirə bilir. Bunun nə demək olduğunu, bu mövzuda dərc olunan son yazımızı oxumağınız bəs edər: link – https://arazpress.com/?p=16168

Bəli, bu barədə çox yazılarımız olub. Hörmət əlaməti olaraq, həmin yazılarda generalın adını açıq şəkildə qeyd etməmişik. Ayrı-ayrı epizodlarda ötəri olaraq “əslən Qubanın Digah kəndindən olan Rusiya vətəndaşı Alibek Kurbanovun nəzarətindəki bu cinayətkar şəbəkə, başçısının qohumuluq əlaqələri yaratdığı nüfuzlu bir generalın adından sui-istifadə edir” yazmaqla kifayətlənmişik. La­kin etibarımızı qazanan məlumatlı mənbə tərəfindən redaksiyamıza bu general barəsində şok yaradan yeni bir məlumat ünvanlanıb. Məcburiyyət tələbi bu yazını verməyimizin əsas səbəbi kimi ortaya çıxıb. Çünki bu dəfə məsələ təkcə hərbi cinayətlər deyil, həm də generalın illərdir gizli saxladığı və “ssenarisi” təəssüf hissi doğuran “ailə dramını” yaradan şəxsi həyatıdır.

Məlum “Tərtər işi”ndə general Natiq Əliyevin rolunun “tibbi örtük” kimi qələmə verildiyini çoxları bilir. O, bu qanlı hadisələr zamanı işgəncə ilə öldürülən hərbçilərin ölüm faktlarını gizlətməkdə, saxta tibbi rəylər (məsələn, “ürək çatışmazlığı”) təşkil etməkdə ittiham edilib. Onda zərərçəkənlər israrla onun həbsini tələb etsələr də, general azadlıqda qalıb. Lakin ortaya çıxan yeni faktlar göstərir ki, onun “saxtakarlıq bacarığı” təkcə hərbi sənədlərlə məhdudlaşmayıb. Hətta iki qadın da, bu generalın “xəyanət zəncirində” olmazın əzab çəkib. Yəni, Natiq Əliyev iki qadını eyni anda aldadaraq, uzun zamandır paralel həyat yaşayıb. İndi də elə. Bir tərəfdə rəsmi nikahda olduğu və hələ də sevgi etirafları etdiyi qanuni həyat yoldaşı, digər tərəfdə isə qeyri-rəsmi nikahda yaşadığı Könül Hacıyeva.

Ən şok məqam isə 2024-cü ildə baş verib. Məlum olub ki, Natiq Əliyev qanuni həyat yoldaşının xəbəri olmadan ondan boşanıb və dərhal Könül Hacıyeva ilə rəsmi nikaha girib. Həyat yoldaşı isə elə bilib ki, onlar evlidirlər və general ona sadiqlik nümayiş etdirir. Generalın tələsik şəkildə nikah masasına oturmasının arxasında isə ciddi bir mənfəət marağı dayanıb.

Məlumata görə, Könül Hacıyevanın qızı Nuranın Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun oğlu İsgəndərlə ailə qurması üçün, bu “ailə görüntüsü” hava və su kimi lazım olub. Qarşı tərəfə Nuranın “general qızı” olduğu təqdim edilib və bu nüfuzu qorumaq üçün Natiq Əliyev rəsmi sənədlərdə “nümunəvi ailə başçısı” rolunu oynamaq məcburiyyətində qalıb.

Hüquqi və mənəvi məsuliyyət çərçivəsində indi bir sual ortaya çıxır: Dövlət əhəmiyyətli hərbi cinayətlərdə – yüzlərlə hərbçinin qanına bais olan bir hadisədə adı hallanan şəxs, eyni zamanda, öz ailəsini və yaxınlarını belə saxta nikahlar və yalanlarla aldada bilirsə, onun verdiyi tibbi rəylərə ölkəmiz üçün çox həssas keçən o dövrdə necə inanmaq olardı?

Tərtər qurbanlarının ailələri bildirirlər ki, həm hərbi, həm də mənəvi baxımdan aşınmış bu cür şəxslərin qanun qarşısında cavab vermə vaxtı çoxdan çatıb. Çünki, generalın həm “Tərtər işin”dəki “tibbi manipulyasiyaları”, həm də şəxsi həyatındakı “nikah oyunları” artıq istintaqın və ictimaiyyətin ciddi nəzarəti altına keçir…

…Keçək, son yazımızda barəsində məlumat verdiyimiz Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Leyla Medical Center”də aparılan yoxlamaya. Yoxlama zamanı klinikada ciddi nöqsanların aşkar edildiyi məlum olub. Klinikada həkim adı altında fəaliyyət göstərən Sevda Kurbanova (Ağazadə) Alibekovna əslində, stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilsə də, cari olaraq praktik tibb fəaliyyəti ilə məşğul olub.

Buna görə də, rəsmi adı “Dünya Estetik Azərbaycan” olan şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələnib. Sevda Kurbanova barəsində isə İXM-nin 215.1-ci maddəsi üzrə protokol tərtib edilib. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olan Sevda Kurbanova sertifikasiya şəhadətnaməsi olmadan pasiyentlərə tibbi xidmət göstərib.

Qeyd edək ki, aşkarlanan bu cür ciddi nöqsanlara baxmayaraq, “Dünya Estetik Azərbaycan”ın, yəni kosmetik adı “Leyla Medical” olan şirkətin rəhbərliyi heç nəyi vecinə almır. Heç Sevda Alibekovnanın kefinə dəyən də yoxdur. Özünün dediyi kimi, öz işində, öz gücündədir. Məlum maddələrin tələbləri, 6000 manat cərimə də onu narahat etmir. Çünki onun möhkəm güvənc yeri var və Natiq Əliyev kimi nüfuz sahibi bir general arxasında dağ kimi dayanıb.

Ümumiyyətlə, adını çəkdiyimiz cinayətkar şəbəkənin başçısı Alibek Kurbanovun ətrafına topladığı əlaltıları ilə birgə qorxub-çəkinmədən müxtəlif qanunsuz əməllər törətməsi də, əsas günahkar olaraq, birbaşa generalın çiyninə yazılır. Araşdırmalarımız zamanı əldə etdiyimiz son məlumatlar da, yazılarda göstərilən faktların həqiqət olmasına şübhə yeri qalmadığını bir daha təsdiq edir.

Mövzu ictimai əhəmiyyət kəsb etdiyi və hansısa dövlət məmurunun nüfuzunun qorunması məqsədi daşıdığı üçün, bu yazının dərc olunmasını vacib bildik. Çünki istefada olan generalın nüfuzu ilə “reket” oyunu, onların general Natiq Əliyevin adını hər addımda bir təzyiq vasitəsi kimi hallandıraraq, məhkəmə icraçılarını, sadə vətəndaşları və dövlət məmurlarını qorxutmağa çalışması qəbuledilməzdir. General adını ləkələyən bu cinayətkar şəbəkənin bəd əməlləri mütləq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Natiq Əliyevi isə onlara qarşı qətiyyətli olmağa çağırırıq.

Yazının davamı olacaq. Bizi izləyin.


gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyevanın ad günüdür

    Mehriban Əliyevanın ad günüdür ...

    26-08-2013, 10:56

  • 
  • İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

    İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin ...

    1-12-2016, 19:06

  • 
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ...

    26-08-2019, 10:00

  • 
  • Keçmiş MTN generallarının məhkəməsi təxirə salınıb

    Keçmiş MTN generallarının məhkəməsi təxirə salınıb ...

    20-06-2019, 12:41

  • 
  • Zakir Həsənovla rektor arasında qalmaqal

    Zakir Həsənovla rektor arasında qalmaqal ...

    4-03-2014, 10:29


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu