GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

Tarix: 13-05-2026, 23:24 Bölmə :Ölkə / Bölgə Baxış: 12


Qobustan rayonun Qaracüzlü kənd sakinlərindən Kamal Kamilov və digərləri tərəfindən dövlət başçısına və aidiyyatı qurum rəhbərlərinə, bir nüsxəsi də redaksiyamıza göndərilmiş 08 may tarixli müraciətində dövlət əhəmiyyətli məsələ qeyd edilmişdir. Müraciət müəllifləri qeyd edirlər ki, yaşadıqları kənd ərazisində ümumi sahəsi 1000 ha olan aqrar park yaradılmasına hələ 2017-ci ildən qərar verilmişdir.  Bu Aqroparkda taxılçılıq, 100 ha üzüm bağı salınması, həmçinin 100 başlıq cins heyavandarlıq kompleksiinin, mini süd emalı zavodunun inşası nəzərdə tutulmuşdur.  Aqroparkın su təchizatı üçün layihələndirmə işləri aparılır. Bu iş üçün Qaracüzlü kəndindən 14 km məsafədən su xətti çəkilməsi və bu ərazidə tikiləcək dəryaçaya suyun axıdılması nəzərdə tutulur. Sakinlər eyni zamanda məlumat üçün bildirirlər ki, aqroparkın salınması üçün nəzərdə tutulan işlərin heç biri görülməmişdir. Ayrılmış 1000 ha sahədə yalnız dəmyə arpa səpini işləri aparılmışdır. Vəssəlam.

 Nəzərdə tutulan işlərin görülməməsi bizdə böyük narahatçılıq yaradır. Ona görə bu işlərin görülməməsinin araşdırılması zərurəti yaranmışdır. Yəni Qaracüzlü kənd aqroparkına vəsait ayrılıb, amma aidiyyatı üzrə xərclənməyib.

Xahiş edirik ki, şikayət ərizəmiz xüsusi nəzarətə götürəsiniz və hansı səbəbdən Qaracüzlü kənd Aqroparkında nəzərdə tutulan işlərin görülmədiyinin səbəblərini müəyyən edəsiniz.”  

 Bəli, apardığımız araşdırma və yerli sakinlərlə müzakirə zamanı məlum olmuşdur ki, 2017-ci ildən bəri ümidlə gözləyən kənd sakinləri sadəcə xəyal qırıqlığına uğradıqlarının fərqindədirlər. Belə ki, kənddə taxılçılığın, üzümçülüyün, heyvandarlığın  inkişafı üçün nəzərdə tutulan və eləcə də süd emalı zavodunun yaradılması fonunda yerli sakinlərin də işlə təmin olunacaqlarına bəslənən ümidləri puça çıxmışdır. Sakinlər bu ilin mayın əvvəlində Qobustan rayon İcra Hakimiyyətində cənab başçı Adil Məmmədovun da bu məslə ilə bağlı qəbullarında olduqlarını qeyd edirlər. A. Məmmədov nəzərdə tutulan işlərin görülməməsindən sadəcə xəbərsiz olduğunu qey etmişdir. Qəbuldan sonra vətəndaşlar dövlət başçısına müraciət etmişlər.

      BƏS REALLIQ  NECƏDİR?

https://azertag.az/xeber/qobustanda_1000_hektar_sahede_aqropark_yaradilacaq-1039901

Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacaq.Bunu 01 mart 2017-ci il tarixində Qobustan rayon İcra Hakimiyyətindən AzərTAC-a rəsmi olaraq bildirmişlər: Rayon icra hakimiyyətindən bildirilib ki, “aqroparkda əsasən taxıl və yem bitkiləri əkiləcək. Burada, habelə 100 hektarda üzüm bağı da salınacaq. Həmçinin 100 başlıq cins heyvandarlıq kompleksinin, mini süd emalı zavodunun inşası da nəzərdə tutulur. Qeyd edilib ki, aqroparkın su təchizatı üçün layihələndirmə işləri aparılıb. Layihəyə əsasən, Qozluçaydan 14 kilometr məsafədən su xətti çəkiləcək və su ərazidə tikiləcək dəryaçaya axıdılacaq. Buradan isə nasoslarla sahələrə vurulacaq.”

Bəli, verilən rəsmi məlumat da bir daha təsdiq edir ki, Qobustan rayonun Qaracüzlü kənd ərazisində Aqroparkın salınması nəzərdə tutulmuşdur. Apardığımız digər araşdırmalardan isə məlum olmuşdur ki, kəndə gedən yolun təmir olunması üçün vaxtilə kənd bələdiyyəsinin sədri işləmiş Musayev Əlikram adlı şəxs özünə məxsus olan 72 baş iribuynuzlu mal qarasını sataraq 2,5 km məsafəyə qədər yol çəkilməsi üçün mişar daşı qırıqlarının səpilməsi və üzərindən frezlənmiş asphalt materiallarının daşınaraq yol halına salınmasına çalışmışdır. O 2024-cü ildə işi başa çatdırmamış və vəfat etmişdir. Ona yol çəkilməsini kimin tapşırdığı isə hələlik bizlərə məlum deyildir. Lakin bizə o da məlum olmuşdur ki, 2017-ci ildən 2025-ci ilə qədər Qaracüzlü kənd ərazisində müasir tipli Aqroparkın salınması üçün dövlət büdcəsindən mərhələ mərhələ 58 milyon manat vəsait ayrılaraq layihənin “HƏYATA” keçməsi üçün xərclənmişdir. Sakinlərin verdikləri məlumatdan isə aydın olur ki, kəndin  girəcəyində sol tərəfdə yalnız köhnədən qalma bir soyuducu anbar vardır. Qalan işlərin faktiki görülməsinin isə hələlik şahidi olmamışıq.

Bəli, “görünən kəndə bələdçi lazım olmadığı kimi”,  kağız üzərində görülən işə  və mənimsənilən milyonlara da bir işıq salmaq lazımdır ki, onlar reallıqda görünsünlər.

Ümid edirik ki, dövlətin hüquq-mühafizə orqanları Qaracüzlü kənd sakinlərinin qaldırdıqları məslənin ciddiliyini, yəni dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq dərhal araşdırmaya başlayacaq və baş vermiş külli-miqdarda mənimsəmə faktına tezliklə hüquqi qiymətini verəcəkdir.

Qeyd edək ki,  06 Fevral 2025-ci ildə mediaya açıqlamasında  İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki,  2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb, 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.

Onun sözlərinə görə, hazırda 22 rayon üzrə 66,3 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. “23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.
Bununla yanaşı indiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib”.

Göründüyü kimi aqroparkın yaradılması istiqamətində dövlət tərəfindən işlər görülür, milyonlarla manat vəsaitlər ayrılır. Amma 2017-ci ildə Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacağı barədə məlumat yayılsa da heç bir iş görülməmişdir. Kənd sakinlərinin narazılığına səbəb olan da budur. Onlar iddia edirlər ki, aqroparkın yaradılmasına ayrılan milyonlar talan edilmişdir. Qobustan rayon İcra hakimiyyətinin başçısı isə sakinlərə bu işlərdən xəbərsiz olduğunu bildirmişdir.

Qeyd edək ki, Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədovdur. O, 26.04.2011-ci il tarixdən sözügedən vəzifənin başındadır. Adil Məmmədov 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı,  25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı,  26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı olmuşdur.

Göründüyü kimi Adil Məmmədov müxtəlif rayonda olmaqla düz 32 ildir ki, İcra başçısı vəzifəsində çalışır. Artıq 15 ildir başçısı olduğu Qobustan rayon sakinlərinin Adil Məmmədovla bağlı sosial şəbəkələrdə və elektron mediada kifayət qədər şikayətləri yayılıb./aktualinfo.org


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bank of Baku"dan ŞİKAYƏT VAR: məhkəmə yolu ilə vətəndaşı müflis edir...

    "Bank of Baku"dan ŞİKAYƏT VAR: məhkəmə ...

    31-07-2018, 16:19

  • 
  • Qobustanda fermerləri incidən kimdir? - GİLEY

    Qobustanda fermerləri incidən kimdir? - GİLEY ...

    22-06-2020, 12:00

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Qubada icra başçısına qarşı aksiya olacaq

    Qubada icra başçısına qarşı aksiya olacaq ...

    10-04-2013, 10:16

  • 
  • İcra başçısına müraciət etsələr də... - GİLEY

    İcra başçısına müraciət etsələr də... - GİLEY ...

    23-01-2021, 14:09


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu