GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı

QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı

Tarix: 14-05-2026, 18:20 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5



QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqəsinin nəticələri martın 12-də elan olundu. Adətən nəticələrin açıqlanmasından sonra təşkilatlar müqavilə prosedurlarını tamamlayır, bildirişlərini əldə edir və layihələrin icrasına başlayırlar. Lakin bu dəfə vəziyyət fərqlidir. Üzərindən iki ay keçməsinə baxmayaraq, çoxsaylı QHT-lər hələ də qrant bildirişlərini ala bilmirlər.

Ən ciddi problem isə odur ki, layihələrin icra müddəti artıq faktiki olaraq başlayıb. Bir çox təşkilatlar fəaliyyət planlarını aprel ayına uyğun qurub. Təlimlər, seminarlar, tələbə və şagirdlərlə bağlı tədbirlər məhz yaz-yay aylarına hesablanmışdı. Amma mayın ortalarında belə vəsaitdən istifadə etmək mümkün deyil. Nəticədə QHT-lər ya layihələri kağız üzərində saxlamalı, ya da sonradan qısa müddətə sıxışdırılmış şəkildə həyata keçirməlidirlər.

Məsələ ilə bağlı QHT- lərə Dövlət Dəstəyi Agentliyinə müraciət edən təşkilatlara bildirilib ki, müqavilələr və zəruri sənədlər artıq hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub. Hətta qeyd olunur ki, bildirişlərin verilməsinə nazirlikdə Güney adlı şəxs cavabdehdir və müraciətlər ona yönləndirilməlidir. Bu isə sualları daha da artırır.

Dövlətin özü tərəfindən ayrılmış qrantlarla bağlı bildirişin verilməsi niyə iki ay çəkir? Hazır sənədlərin hərəkəti niyə bu qədər ləngiyir?

Mövzu ilə bağlı "Yenixeberorg"a danışan ekspert bildirir ki, "ortaya çıxan mənzərə ondan ibarətdir ki, QHT- lərə Dövlət Dəstəyi Agentliyi məsuliyyəti öz üzərindən ataraq prosesi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə yönəldir. Nazirlik tərəfindən isə indiyədək ictimaiyyətə hər hansı əsaslandırılmış açıqlama verilməyib. Dövlət qurumları arasında koordinasiya problemi isə nəticədə vətəndaş cəmiyyətinin fəaliyyətinə zərbə vurur".

Əslində burada söhbət yalnız texniki gecikmədən getmir. Problem həm də planlaşdırmanın və idarəetmənin keyfiyyəti ilə bağlıdır. Bir aydan sonra məktəblər bağlanacaq, tələbə və şagird auditoriyası yay tətilinə çıxacaq. QHT-lər isə fəaliyyətləri ya təxirə salmalı, ya da 10-15 gün ərzində formal şəkildə keçirməyə məcbur qalacaqlar. Belə vəziyyətdə layihələrin keyfiyyətli icrasından danışmaq çətindir.

Digər tərəfdən, təşkilatlar sentyabr ayına tədbir saxlamaq istəmirlər. Çünki yeni qrant müsabiqəsi elan olunanda əvvəlki layihələrin başa çatdırılması tələb olunur. Beləliklə, dövlət qurumlarının yaratdığı bürokratik gecikmə QHT-ləri faktiki olaraq çıxılmaz vəziyyətə salır: ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı.

Material hazırlanarkən QHT- lərə Dövlət Dəstəyi Agentliyindəki mənbədən əldə etdiyimiz məlumata görə, bu gün Ədliyyə Nazirliyi tərəfindən xeyli sayda bildiriş təqdim olunub. Bu, müəyyən irəliləyiş sayıla bilər. Amma problemin tam həll edilmədiyi də etiraf olunur. Deməli, xeyli sayda təşkilat üçün qeyri-müəyyənlik hələ də davam edir.(Yenixeberorg.com)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • “Sorosdan 41 milyon qrant alan QHT-lərimiz haradadır?” - Erməni fəal

    “Sorosdan 41 milyon qrant alan QHT-lərimiz ...

    24-04-2021, 10:56

  • 
  • Şuranın 2-ci müsabiqəsinin nəticələri

    Şuranın 2-ci müsabiqəsinin nəticələri ...

    9-06-2016, 19:50

  • 
  • QHT-lər üçün vacib xəbər

    QHT-lər üçün vacib xəbər ...

    21-01-2016, 19:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu