GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 3 milyon dollar girov – Kiyev məhkəməsi Yermakın həbsinə qərar verdi

3 milyon dollar girov – Kiyev məhkəməsi Yermakın həbsinə qərar verdi

Tarix: 14-05-2026, 23:52 Bölmə :Ölkə / Dünya Baxış: 4
driy Yermak məhkəmədə

Ukrayna məhkəməsi prezident Volodimir Zelenskinin vaxtilə ən nüfuzlu müşavirlərindən olmuş Andriy Yermakın həbsinə qərar verib. Onun üçün 3.2 milyon dollar girov müəyyən edilib. Yermak dəbdəbəli daşınmaz əmlak qalmaqalı ilə bağlı ittiham olunur.

2020-2025-ci illərdə Zelenskinin administrasiya rəhbəri vəzifəsində çalışmış Yermakın girovu ödəyə biləcəyi hələlik məlum deyil. Kiyev məhkəməsi mayın 14-də bu qərarı çıxarıb.

"Sizə dedim ki, məndə bu qədər pul yoxdur", - Yermak məhkəmədə bildirib. O, vəkillərinin qərardan apellyasiya şikayəti verəcəyini əlavə edib.

Yermak Zelenskinin aktyor və komediyaçı olduğu dövrlərdən yaxın tərəfdaşıdır. O, ötən ilin noyabrında istefa verib. Həmin vaxt antikorrupsiya müstəntiqləri onun və ailə üzvlərinin hava hücumundan müdafiə sistemləri üçün ayrılmış vəsaitlərin mənimsənilməsi hesabına dəbdəbəli daşınmaz əmlak aldıqlarını iddia etmişdi.

Müstəntiqlərin məlumatına görə, Zelenskinin özü bu sxemdə iştirak etməyib. Lakin qalmaqal onun imicinə zərbə vurub və Ukraynada kök salmış korrupsiya ilə bağlı uzun illərdir mövcud olan şübhələri daha da gücləndirib. Zelenski isə hakimiyyət dövründə bu problemlə mübarizə apardığını bildirirdi.

Rusiyanın təcavüzkar müharibəsi 2022-ci ilin fevralında başlayıb və artıq beşinci ilini doldurub. Müharibədən yorulan Ukrayna cəmiyyətində Zelenskinin siyasi nüfuzu zəifləyib. O, ölkədə hərbi vəziyyətin qüvvədə olması səbəbindən yeni seçkilərin keçirilməsinə müqavimət göstərir. Bununla belə, siyasi müşahidəçilər seçki keçiriləcəyi təqdirdə Zelenskiyə qarşı çıxmağa hazır ola biləcək bir neçə potensial namizədin adını çəkirlər.

Veronika Fenşuy
Veronika Fenşuy

Astroloqla məsləhətləşmələr

A.Yermakın məhkəmə prosesində daha bir utandırıcı məqam üzə çıxıb. Məlum olub ki, o, mühüm kadr qərarları verməzdən əvvəl astroloqla məsləhətləşib.

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" layihəsinin məlumatına görə, sözügedən açıqlama mayın 12-13-də Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAPO) iddiaları əsasında keçirilən məhkəmə dinləmələri zamanı səsləndirilib.

Müstəntiqlər hal-hazırda Kiyev yaxınlığındakı dəbdəbəli tikinti layihələri vasitəsilə 460 milyon qrivnanın (10.5 milyon dollar) yuyulması iddiasını araşdırırlar. Yermaka mayın 11-də bu çirkli pulların yuyulması sxemi ilə bağlı şübhəli şəxs bildirişi təqdim olunub.

SAPO prokuroru Valentina Qrebenyukun sözlərinə görə, Yermak mühüm dövlət təyinatları ilə bağlı vaxtaşırı "Veronika Fenşuy" ləqəbi ilə tanınan şəxslə məsləhətləşib.

"Həmin şəxslər sonradan vəzifələrə təyin olunublar", – Qrebenyuk bildirib. Onun dediyinə görə, Zelenskinin keçmiş sağ əli təyinatdan əvvəl namizədlərin doğum tarixlərini həmin məsləhətçiyə göndərirmiş.

Qrebenyuk Veronika Fenşuyun əslində Veronika Anikiyeviç olduğunu açıqlayıb. Anikiyeviçin "Andriy 2025" adlı şəxsə yazdığı gizli mesajlarda keçmiş aparat rəhbərini onu tənqid edən siyasətçilərə və jurnalistlərə qarşı kəskin addımlar atmağa səslədiyi bildirilir.

"Onları dayandırmasan, hakimiyyəti ələ keçirəcəklər. Vəziyyət elədir ki, ya sən qalib gələcəksən, ya da onlar", – Qrebenyukun sözlərinə görə, Anikiyeviç belə yazıb.

Yermak isə məhkəmədə hər hansı falçı və ya "peyğəmbər" ilə əlaqə saxladığını inkar edib. Ondan Anikiyeviçi tanıyıb-tanımadığı soruşulanda isə deyib: "Bir neçə Veronika tanıyıram. Soyadlarını xatırlamıram".

Veronika Anikiyeviç kimdir

"Sxemı" Anikiyeviçin Kiyevdə yaşayan 51 yaşlı bir qadın olduğunu müəyyənləşdirib. Özünü astrologiya üzrə məsləhətçi kimi təqdim edən bu şəxs rəsmi olaraq "fərdi xidmətlər göstərən sahibkar" kimi qeydiyyatdan keçib. Jurnalistlər iş axtarışı saytlarından sızdırılmış məlumatlar bazasında onun CV-sini də aşkar ediblər. Həmin sənədə əsasən, Anikiyeviç "maliyyə analizi, nəzarət və idarəetmə" istiqaməti üzrə təhsilə malikdir

Açıq mənbələr əsasında aparılan araşdırma üzə çıxarıb ki, Anikiyeviçin telefon nömrəsi başqa şəxslərin kontakt siyahısında "Veronika Məsləhətçi A.B." və "Veronika Anikiyeviç/Yermakın falçısı" kimi qeyd edilib. Bu, onun Yermakla əlaqəsini təsdiqləyən daha bir detal kimi təqdim olunur.

Yermaka şübhəli şəxs bildirişinin verilməsinə münasibət bildirən Anikiyeviç NABU və SAPO əməkdaşlarını "alçaqlar" adlandırıb və bunu "Ukraynanın kapitulyasiyasına yönəlmiş xüsusi əməliyyat" kimi qiymətləndirib.

"Sxemı" Anikiyeviçlə əlaqə saxlamağa çalışsa da, jurnalist özünü təqdim edən kimi astroloq dərhal dəstəyi asıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanınmış müğənni həbs olundu - 17 bıçaq zərbəsinə görə

    Tanınmış müğənni həbs olundu - 17 bıçaq zərbəsinə ...

    2-09-2017, 13:43

  • 
  • Türkiyə məhkəməsi Yunanıstana qaçmış hərbçilərin həbsinə dair order verib

    Türkiyə məhkəməsi Yunanıstana qaçmış hərbçilərin ...

    26-01-2017, 23:00

  • 
  • Zelenskinin ofisinin rəhbəri İstanbulda Rusiya ilə danışıqlara münasibət bildirdi

    Zelenskinin ofisinin rəhbəri İstanbulda Rusiya ...

    16-05-2025, 23:30

  • 
  • Azərbaycandan olan iki milyarder əmlak kralı oldu

    Azərbaycandan olan iki milyarder əmlak kralı oldu ...

    3-02-2014, 20:43

  • 
  • Kiyev Putin və Zelenski görüşü üçün daha iki ölkə adı çəkdi

    Kiyev Putin və Zelenski görüşü üçün daha iki ölkə ...

    21-08-2025, 22:39


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu