GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR

Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR

Tarix: 21-05-2026, 19:23 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5


7 ay, 7 gün  əvvəl Prezident Administrasiyasının keçmiş rəhbəri, uzun illər "boz kardinal" ünvanı hesab olunan Ramiz Mehdiyev istintaqa cəlb olundu. Bundan sonra illərlə onun və ətrafının – xüsusilə kürəkəni,  "vurub-yıxan əli" olan keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin adına bağlı çeşidli qanunsuzluqların araşdırılacağına böyük ümidlər vardı. Ramiz Mehdiyev hazırda evində dustaqdır.

Kürəkəni, ailə üzvləri nəinki kölgəyə çəkilmir, əksinə, milyonluq avtomobil kolleksiyaları ilə Bakı küçələrində əzələ-gövdə nümayiş etdirir, sanki hər kəsə meydan oxumaqla qürrələnirlər. Bu günlərdə sosial şəbəkələrdə yayılan İlham və oğlu Hikmət Əliyevlərin Bakı küçələrində hərəkət edən avtomobillərinin fotoları sadə bir həyat tərzinə ironiyadır, ağlasığmaz bir dəbdəbədən xəbər verir. Maraqlıdır ki, bu avtomobillərin demək olar ki, hamısı vahid bir seriya xəttinə - 040 nömrə nişanlarına bağlanıb.

Siyahı kifayət qədər zəngindir və hər birinin qiyməti yüz minlərlə manatla ölçülür:

Mercedes-Maybach S-Class (90-AA-040) - Dövlət seriyasına yaxınlığı ilə seçilən, status rəmzi olan lüks sedan.

Rolls-Royce Ghost/Phantom (10-YY-040) - Dünyanın ən bahalı lüks avtomobillərindən biri.

Mercedes-Maybach GLS (10-AY-040) - Son model ultra-lüks yolsuzluq avtomobili.

Mercedes-AMG G-Class (Gelandewagen) (10-AB-040 və 10-PP-040) - Qara və mat rənglərdə, xüsusi tyuninq olunmuş bir neçə "G-Class".

Bentley Bentayga (10-PP-040) - Eksklüziv idman-lüks krossoveri.

Təkcə bu qarajın ümumi bazar dəyəri milyonlarla manat təşkil edir. Keçmiş bir deputatın və onun gənc övladının bu dərəcədə nəhəng maliyyə resurslarına sahib olması hansı leqal biznesin nəticəsidir? Bu resurslar uzun illər boyu sahibkarlar və dövlətin büdcəsindən müxtəlif yollarla mənimsənilən vəsaitlərin kiçik bir təzahürü deyil?

Mətbuatda və ictimaiyyətdə ən çox rezonans doğuran məqam isə hüquq-mühafizə orqanlarının bu aşkar dəbdəbə qarşısındakı sükutudur. Ramiz Mehdiyevin adı dövlətə xəyanət dosyesində hallanarkən, onun ailəsinin toxunulmazlığı hansı qanunlarla qorunur?

Karantin dövründə xüsusi rejim qaydalarını nümayişkaranə şəkildə pozaraq toy edən və buna görə qısa müddətli həbs həyatı yaşayan kürəkəni üçün sanki qanunlar elə həmin xırda xətalarla bitir. Təkcə Şabran rayonunda sabibkar Mansur İbrahimova qarşı törədilən cinayət – onun 10 milyonlarla manat dəyərində olan biznesinin 5 min 600 manata rəsmiləşdirilərək əlindən alınması, bu cinayətin bu gün də araşdırılmamış qalması da anlaşılmaz suallar sırasındadır.  Mehdiyevin, onun kürəkəninin qeyri-qanuni varlanma faktları ortadadır. Ramiz Mehdiyevin kürəkəninin lüks həyatı və sərvəti hüquqi müstəvidə ciddi şəkildə araşdırılmalıdır.

Sadə bir hesablama aparmaqla xalqın, elə sahibkar Mansur İbrahimovun əlindən alınan biznesinin pulları hara gedir sualına cavab axtarmaqda fayda var. Fotoşəkillərdə görünən cəmi 6 avtomobilin ümumi dəyəri minimum 2.5 milyon - 3 milyon manat (təxminən 1.5 - 1.8 milyon dollar) arasındadır. İndi isə gəlin bu qarajın təkcə yanacaq (benzin) talanına baxaq.

Bir maşının günlük benzin xərci orta hesabla 50 manatdır. Bu halda 6 maşının ümumi günlük benzin xərci 300 manat, aylıq benzin xərci isə 9 min manat, illik təkcə benzin xərci 108 min manatdır. Bunun üzərinə avtomobillərin illik sığorta haqlarını, xaricdən gətirilən xüsusi ehtiyat hissələrini, lüks təkər dəstlərini və ayda bir neçə min manat maaş alan xüsusi mühafizəçi-sürücü heyətini də gəlsək, bu qarajın illik saxlanma xərci yüz minlərlə manat edir. Azərbaycanda minlərlə ailənin aylıq dolanışıq büdcəsi (minimum əməkhaqqı 400 manatdır) bu oliqarx övladlarının cəmi bir neçə günlük benzin puluna bərabərdir. Ramiz Mehdiyevin dövlət idarəçiliyində olduğu onilliklər ərzində formalaşan bu kölgə iqtisadiyyatının və qanunsuz varlanmanın bariz nümunəsi olan "040" kolleksiyası, sadə bir avtomobil sevdası deyil. Bu, xalqa və dövlətin apardığı antikorrupsiya siyasətinə qarşı açıq-aşkar bir çağırışdır./Musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?

    Keçmiş deputat İlham Əliyevin xalası oğlu və ...

    24-09-2020, 17:01

  • 
  • Ramiz Mehdiyev dövlətə meydan oxumaq istədi və CƏZASINI ALDI

    Ramiz Mehdiyev dövlətə meydan oxumaq istədi və ...

    22-08-2020, 14:52

  • 
  • Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı

    Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı ...

    23-10-2013, 16:42

  • 
  • Ramiz Mehdiyevin deputat kürəkəni: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!”

    Ramiz Mehdiyevin deputat kürəkəni: “Özbaşıma ...

    13-12-2019, 14:59

  • 
  • “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel Məhərrəmovun İZAHI

    “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel ...

    25-08-2020, 14:47


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu