GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Restoran menyusunda qumar uduşları: “Nasha Dacha”nın “Loto gecələri” şousu qanunidirmi?

Restoran menyusunda qumar uduşları: “Nasha Dacha”nın “Loto gecələri” şousu qanunidirmi?

Tarix: 21-05-2026, 20:10 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5

Bakının Ağ Şəhər ərazisində yerləşən "Nasha Dacha" restoranı qumar oyunları təşkili edir.

Gundemxeber.com AFN.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən iaşə obyektinin sosial şəbəkə hesablarında yayımladığı rəsmi reklam materiallarında əksini tapıb. Paylaşımlardan görünən odur ki, restoranda hər həftənin ikinci günü uduşlu loto oyunları təşkil olunur və müştərilərə "bol hədiyyələr" vəd edilir. Obyektin "Bol hədiyyə qazanmaq istəyən "Nasha Dacha"ya gəlsin!", "Hər həftənin 2-ci günü restoranımızda keçirilən loto gecəsinə gəlin, yeyin, için, dincəlin və bol-bol şanslardan, hədiyyələrdən faydalanın!", "Gəlin, əylənin, loto oynayın və hədiyyələr qazanın" kimi reklam şüarları prosesin sırf asudə vaxtın təşkili və ya əyləncə xarakterli olmadığını, ortada maddi maraq və şans elementlərinə əsaslanan bir uduş fondunun mövcudluğunu sübut edir. Görünən odur ki, bu təşkilatçılıqdan birbaşa bilet satışı ilə olmasa da, dolayısı ilə qazanc götürülür.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Xüsusilə virtual və ya real mühitdə bu kimi təsadüfə əsaslanan mərc və uduş oyunlarında iştirak etmək inzibati xəta hesab olunur.

Bu baxımdan "Nasha Dacha" restoranının bu addımı qanunvericiliyin bir neçə ciddi norması ilə birbaşa ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar qumar kateqoriyasına aid edilir. Həmin maddənin 401.1 və 401.3-cü bəndlərinə görə, qumar oyunlarında iştirak üçün imkanların yaradılması, uduşların və mükafatların verilməsi, habelə bunun təşkili fəaliyyətinə görə hüquqi şəxslər qırx min manat, vəzifəli şəxslər isə yeddi min manat məbləğində cərimə edilir. Bundan əlavə, Məcəllənin 428.9-cu maddəsi keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş lotereyaların və qumar oyunlarının reklamına görə hüquqi şəxslərə eyni qaydada qırx min manat məbləğində cərimə tətbiq olunmasını nəzərdə tutur.
Hüquqi məsuliyyət təkcə inzibati tənbehlə məhdudlaşmır. Belə ki, 1 yanvar 2022-ci ildən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla bu sahədəki sanksiyalar daha da sərtləşdirilib. Sözügedən dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin rəsmi fəaliyyət dairəsi genişləndirilərək əvvəlki “Qumarxana təşkil etmə və ya saxlama” adlı 244-1-ci maddəsinin adı dəyişdirilib, “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılaraq tamamilə yeni redaksiyada verilib. Bu yeni redaksiyaya görə, qumar oyunlarının təşkili, keçirilməsi və ya bu məqsədlə yer təşkil edilməsi beş min manatdan on min manatadək cərimə, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cinayət cəzasına səbəb olur. Həmin əməllər internet və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə maddənin sanksiyası on min manatdan on beş min manatadək cərimə və iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə rejimini aktivləşdirir. Həmçinin prosesdə iştirak edən müştərilər üçün də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə uduşlar müsadirə olunmaqla üç min manat cərimə müəyyən edilib.

"Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ölkə ərazisində tirajlı və şansa dayalı bu növ oyunların keçirilməsi hüququ yalnız dövlətin müəyyən etdiyi müstəsna operatora məxsusdur və hər hansı fərdi sahibkarın və ya iaşə obyektinin loto oyunları üçün lisenziya alması hüquqi baxımdan qeyri-mümkündür. Paytaxtın mərkəzi ərazilərindən birində fəaliyyət göstərən "Nasha Dacha" restoranının qanunvericiliyin bu tələblərini kənara qoyaraq sistematik şəkildə "loto gecələri" təşkil etməsi və bunu kütləvi şəkildə işıqlandırması hüquq-mühafizə orqanlarının və nəzarətedici dövlət qurumlarının dərhal müdaxilə etməsini zəruri edən ciddi hüquqi əsaslar formalaşdırır.
Qeyd edək ki, məsələ ilə bağlı "Nasha Dacha" rəhbərliyinin mövqeyini almaq istəsək də, cəhdimiz boşa çıxdı. Belə ki, restoranın telefonuna cavab verən işçi rəhbərliyin yerində olmadığını bildirdi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yaşayış obyektində qumarxana (VİDEO)

    Bakıda yaşayış obyektində qumarxana (VİDEO) ...

    22-08-2015, 23:02

  • 
  • “Bol-bol seks məni formada saxlayır…”

    “Bol-bol seks məni formada saxlayır…” ...

    14-07-2016, 23:35

  • 
  • Yasamalda qanunsuz loto"xana" aşkarlandı - İcra başçısının bundan xəbəri varmı? - VİDEO

    Yasamalda qanunsuz loto"xana" ...

    16-06-2015, 08:43

  • 
  • Bakının mərkəzindəki qumarxanadan reportaj: “37 - repressiya”, “85 - Muxtar Respublika”... - FOTO/VİDEO

    Bakının mərkəzindəki qumarxanadan reportaj: “37 - ...

    2-03-2016, 20:38

  • 
  • LOTEREYA BAZARINDA BÖYÜK NÜFUZ SAVAŞI - Udan oliqarx məmurlar, uduzan sadə vətəndaşlardır

    LOTEREYA BAZARINDA BÖYÜK NÜFUZ SAVAŞI - Udan ...

    19-04-2022, 14:41


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu