GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"

Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"

Tarix: 3-06-2026, 20:24 Bölmə :Ölkə / Müsahibə Baxış: 12

Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" -
"Mətbuatda Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” sözü ilə bağlı təşviş dolu açıqlamasını oxuyanda xeyli təəccübləndim. Gərək hörmətli deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”, onda bu qədər qınağa tuş gəlməzdi".

Gundemxeber.com xəbər verir ki,bu fikirləri Redaktor.az-a açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirdi. O, deputatın qaldırdığı məsələyə belə cavab verdi:

"Bildirmək istəyirəm ki, “qadın” ilə “arvad” sözləri sinonim-dublet deyil, yəni heç də hər zaman bir-birini əvəz etmir. Qadın ailədə həyat yoldaşının arvadıdır. Qalan vaxtlarda o, qadındır. Kişi də ailədə həyat yoldaşının əridir, qalan vaxtlarda kişidir. Bu, normal bir şeydir. Biz insanıq, vətəndaşıq, amma dükanlıq edəndə alıcı (müştəri), nəqliyyata minəndə sərnişin, müalicə üçün həkimə müraciət edəndə pasiyent oluruq. “Ər” və “arvad” sözləri də nikaha daxil olmuş şəxslərin ailə daxilindəki statuslarını bildirir. Amma “qadın” sözü daha çox gender identikliyini ifadə edir. Bəhruz Məhərrəmov iddia edir ki, “qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq”. Lakin əsas Qanunda – Konstitusiyada “qadın” və “arvad” sözlərinin mənası çox aydın şəkildə fərqləndirilib:

“ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI.

Maddə 25. Bərabərlik hüququ

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır”.

Yenə orada, 34-cü maddədə isə oxuyuruq:

“Nikah hüququ. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur”.

Eləcə də digər qanunlarda və qanunvericilik aktlarında bu sözlərin sərhədi dəqiq müəyyən edilib. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasinin Qanunu”nda “qadın” sözü 22, “kişi” sözü isə 21 dəfə işlədilib. Amma “ər” və “arvad” sözləri yoxdur. Yəni qanunvericilikdə bu anlayışlar fərqləndirilib və müvafiq terminlərlə ifadə edilib".

Dilçi qeyd edir ki, deputatın təşvişi əbəsdir.

"Deputatın təklifini Ailə Məcəlləsinə tətbiq etsək, belə bir mənzərə ilə üzləşərik: Ər-qadının və keçmiş ər-qadının aliment öhdəlikləri və ya ər-qadının bir-birini saxlamaq vəzifəsi və s. Göründüyü kimi, çox absurd vəziyyət yaranır. Deputatın “arvad” sözünün mənbə dildə verdiyi məna ilə bağlı arqumentinə gəlincə, bu mövzuda irad və təklifləri çox uğursuz, hətta zərərli hesab edirəm. “Bu söz filan dildə filan mənadadır, ona görə dəyişdirilməlidir” prinsipi ilə yanaşma ədəbi dilimizə böyük qəsd olardı. Söz səslərdən ibarət qəlibdir, əgər onun dilimizdə oturduğu mənada alçaldıcı bir şey yoxdursa, mənbə dildə etimologiyasını qurdalamaq qeyri-peşəkar yanaşma sayıla bilər. Bir zamanlar bizim bədii və publisistik üslublarda da işlənmiş, Türkiyədə isə indinin özündə ədəbi dildə geniş istifadə edilən bir söz var – “çocuq”. Bu sözün ilkin mənasının “donuz balası” olduğunu heç kəs inkar etmir. “Çocuq” “coşqa” və buna oxşar səs tərkibində bir çox türkdilli xalqların lüğətində indi də qalır, yalnız Türkiyədə uşaq mənasındadır. İndi həmin sözü ilkin mənasına görə derivativləri ilə birlikdə linç edək? Və ya "pedaqoq" sözünü götürək. Bu söz qədim yunanca "paidagogos" kökündən gəlir və hərfi mənada "uşaq bələdçisi", "uşaqötürən"dir. Qədim Yunanıstanda ağaların öz övladlarına nəzarət etməyi tapşırdığı köləyə paydaqoqos – pedaqoq deyilirdi. Həmin kölənin vəzifələri uşağı məktəbə (və ya idman sahəsinə) müşayiət etmək, yol boyu onu qorumaq və davranışını izləmək idi. Artıq bu söz ilkin mənadan uzaqlaşıb, pedaqoq köləyə yox, müəllimə deyilir. Pedaqogika isə kölələrin vəzifələri barədə təlimat yox, tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. İlkin mənasını əsas götürüb bu sözlərə qadağa qoymaq nə dərəcədə doğru olar? Bu sözlərin ilkin mənalarından cəmiyyətin böyük əksəriyyətinin xəbəri yoxdur, vaxtaşırı bu sözlərin ilkin mənasını xatırladıb, dilin təbii qatlarını utanılacaq şey kimi təqdim etmək yanlışdır, hətta təhlükəlidir", - deyə Vasif Sadıqlı yekunlaşdırdı.

Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda arvad ərini öldürdü

    Azərbaycanda arvad ərini öldürdü ...

    24-03-2015, 12:20

  • 
  • Ağsuda DƏHŞƏT: Arvad ərini baltalayaraq öldürdü

    Ağsuda DƏHŞƏT: Arvad ərini baltalayaraq öldürdü ...

    24-08-2017, 10:13

  • 
  • Arvad ərinin qulağını kəsdi

    Arvad ərinin qulağını kəsdi ...

    14-02-2014, 17:21

  • 
  • Keçmiş ər-arvad bir-birini bıçaqladı

    Keçmiş ər-arvad bir-birini bıçaqladı ...

    18-07-2018, 12:07

  • 
  • Zaqatalada ər-arvad zəhərləndilər

    Zaqatalada ər-arvad zəhərləndilər ...

    21-12-2015, 19:39


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu