Gundemxeber.az » Ölkə » Narek Karapetyanın Ermənistandan çıxışına qadağa qoyuldu
"Güclü Ermənistan" Partiyasının liderlərindən biri - Narek Karapetyanın ölkəni tərk etməsinə məhdudiyyət tətbiq olunub.
Bu barədə siyasətçi özünün sosial şəbəkəsində yayımladığı video müraciətdə məlumat verib.
O qeyd edib ki, qadağa barədə Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars məntəqəsinə getmək istəyərkən öyrənib.
Karapetyan çəkiliş qrupu ilə birlikdə Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyəti araşdırmağı planlaşdırdığını vurğulayıb:
"Lakin Ermənistanın sərhəd xidməti mənə həmin əraziyə səfərimin qadağan edildiyini bildirdi və çıxışıma məhdudiyyət qoydu".
Qeyd edək ki, Narek Karapetyan "Güclü Ermənistan" Partiyasının rəhbəri, sahibkar Samvel Karapetyanın qardaşı oğludur./Oxu
8-07-2025, 10:44
20-05-2026, 13:48
18-06-2025, 13:53
17-07-2018, 20:38
10-04-2019, 14:48
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?