GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Sən götür, mən qaytaracağam" yalanının qurbanları artır — Mesajların skrinşotu qalıbsa...

"Sən götür, mən qaytaracağam" yalanının qurbanları artır — Mesajların skrinşotu qalıbsa...

Tarix: 12-06-2026, 23:54 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5

"Sən götür, mən qaytaracağam" yalanının qurbanları artır —
Azərbaycanda yaxın qohum, dost və ya tanışın xahişi ilə öz adına kredit götürən şəxslərin sonradan ciddi hüquqi və maliyyə problemləri ilə üzləşməsi halları az deyil. Əksər hallarda tərəflər arasında qarşılıqlı etimada əsaslanan razılaşma əldə olunur və krediti faktiki istifadə edən şəxs aylıq ödənişləri öz üzərinə götürəcəyini bildirir. Lakin müəyyən müddətdən sonra ödənişlərin dayandırılması, borcun qaytarılmaması və məsuliyyətin kredit müqaviləsində adı olan şəxsin üzərində qalması mübahisələrə səbəb olur.

Belə vəziyyətlərdə vətəndaşlarda tez-tez sual yaranır ki, kreditdən faktiki olaraq başqa şəxs istifadə edib və ödənişləri də əvvəlcə o həyata keçiribsə, sonradan yaranan borca görə hüquqi məsuliyyət kimə aid olur? Tərəflər arasında aparılmış yazışmalar, səs mesajları, pul köçürmələri və digər sübutlar məhkəmədə nə dərəcədə nəzərə alınır?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bir şəxsin digərinin xahişi ilə öz adına kredit götürməsi və əldə edilən vəsaitin faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunması
hallarında əsas hüquqi məsuliyyət bank qarşısında krediti rəsmiləşdirən şəxsin üzərində qalır:

“Bankla bağlanmış kredit müqaviləsinin tərəfi həmin şəxs olduğundan, kredit öhdəliyinin icrasına görə ilk növbədə o cavabdeh hesab edilir. Lakin bu hal kredit vəsaitindən istifadə edən şəxsin məsuliyyətdən azad olunması demək deyil. Əgər tərəflər arasında kredit vəsaitinin digər şəxs tərəfindən istifadə ediləcəyi və aylıq ödənişlərin onun tərəfindən həyata keçiriləcəyi barədə razılaşma mövcud olubsa, həmin razılaşmanı təsdiq edən yazışmalar, bank köçürmələri, səs yazıları, şahid ifadələri və digər sübutlar hüquqi əhəmiyyət daşıya bilər. Belə vəziyyətdə zərərçəkən şəxs ilk növbədə kredit vəsaitindən istifadə edən şəxsə qarşı mülki qaydada iddia qaldıraraq ödədiyi məbləğlərin, faizlərin və dəymiş zərərin əvəzinin tutulmasını tələb edə bilər. Məhkəmə tərəflər arasındakı faktiki münasibətləri və təqdim olunmuş sübutları qiymətləndirərək məsuliyyət məsələsini həll edir. Polisə müraciət edilməsi də mümkündür. Lakin hüquq-mühafizə orqanları ilk növbədə hadisədə cinayət tərkibinin olub-olmadığını araşdıracaqlar. Əgər müəyyən edilərsə ki, kredit vəsaitini alan şəxs əvvəlcədən aldatma niyyəti ilə hərəkət edib, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyəti olmadan krediti əldə edib və qarşı tərəfə maddi zərər vurub, həmin əməldə dələduzluq əlamətləri məsələsi araşdırıla bilər”.

O bildirib ki, öhdəliyin sadəcə yerinə yetirilməməsi hər zaman cinayət məsuliyyəti yaratmır:

“Bir çox hallarda belə mübahisələr mülki-hüquqi xarakterli hesab edilir və məhkəmə qaydasında həll olunur. Buna görə də polisə müraciət edilməsi zərərçəkənin hüququ olsa da, məsələnin cinayət işi kimi qiymətləndirilməsi təqdim olunan sübutlardan və konkret hallardan asılıdır. Yazışmalar, elektron mesajlar, pul köçürmələrinə dair sənədlər, kredit vəsaitinin faktiki olaraq kim tərəfindən istifadə edildiyini göstərən məlumatlar və digər sübutlar həm mülki, həm də mümkün cinayət-prosessual araşdırmada mühüm sübut kimi qiymətləndirilə bilər. Praktiki baxımdan belə işlərdə ən vacib məsələ həmin şəxsin krediti özünün istifadə etdiyini və ödəmə öhdəliyini üzərinə götürdüyünü sübut etməkdir. Əgər yazışmalarda "krediti mən istifadə etmişəm", "ödənişləri mən edəcəyəm", "borcu qaytaracağam" kimi açıq ifadələr varsa, bu, zərərçəkən şəxsin mövqeyini xeyli gücləndirir”


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Banka borcu olan şəxslərin DİQQƏTİNƏ: Bu halda məbləğ silinəcək

    Banka borcu olan şəxslərin DİQQƏTİNƏ: Bu halda ...

    8-09-2025, 15:37

  • 
  • Rəsmi işi olmayanlar necə kredit ala bilər?

    Rəsmi işi olmayanlar necə kredit ala bilər? ...

    12-06-2026, 08:20

  • 
  • Banklardan bəzi müştərilərə arayışsız kredit imkanı – Ayrı-seçkilik

    Banklardan bəzi müştərilərə arayışsız kredit ...

    30-01-2014, 18:41

  • 
  • Borclu vətəndaşların banklardan GÖZLƏNTİSİ: - “Ödənişin olmaması gecikmə sayılmamalıdır”

    Borclu vətəndaşların banklardan GÖZLƏNTİSİ: - ...

    16-04-2020, 20:35

  • 
  • Bəzi banklardakı "QOÇU DƏSTƏLƏR" - İnsanları niyə hədələyir?

    Bəzi banklardakı "QOÇU DƏSTƏLƏR" - ...

    28-06-2018, 20:44


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu