GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti

“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti

Tarix: 19-06-2026, 08:17 Bölmə :Ölkə / Siyasət Baxış: 3


ABŞ Konqresində təqdim olunmuş və Azərbaycanla bağlı məhdudiyyətləri nəzərdə tutan Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvini hədəfləyən qanun layihəsinin həmmüəlliflərindən biri, respublikaçı konqresmen Abraham Hamade Bakıdadır. Qanun layihəsi ilk dəfə konqresmen Anna Paulina Luna tərəfindən təqdim edilib və onun məqsədi 1992-ci ildən qüvvədə olan 907-ci maddəni tamamilə ləğv etməkdir. Son aylarda bir sıra digər respublikaçı qanunvericilərin də təşəbbüsə qoşulması Konqresdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə marağın artdığını göstərən siqnal kimi qiymətləndirilir.

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto | Axar.Az

Bildirilib ki, bu addım qanun layihəsinə Konqres daxilində əlavə siyasi dəstək qazandırmaqla yanaşı, təşəbbüsün müzakirə perspektivlərini də gücləndirir. Ekspertlərin fikrincə, Abraham Hamadənin həmmüəllif olması xüsusilə vacibdir, çünki bu, məsələnin yalnız bir neçə konqresmenin təşəbbüsü deyil, Respublikaçılar Partiyası daxilində daha geniş dəstək qazandığını nümayiş etdirir. Bu isə gələcəkdə qanun layihəsinin aidiyyəti komitələrdə və Konqresin plenar müzakirələrində irəliləməsi üçün əlavə siyasi imkanlar yarada bilər.

“907-ci düzəliş” 1992-ci ildə Azərbaycan hökumətinə birbaşa ABŞ yardımını məhdudlaşdırmaq məqsədi ilə tətbiq olunub. Rəsmi səbəb kimi Qarabağ münaqişəsi fonunda humanitar narahatlıqlar göstərilsə də, reallıqda bu qərar regiondakı siyasi balansı birtərəfli şəkildə təsir altına salıb. “907-ci düzəliş” post-sovet xaosunun və münaqişənin ən qızğın dövründə qəbul edilib. Lakin aradan keçən onilliklərə baxmayaraq, regiondakı vəziyyət dəyişsə də, hüquqi məhdudiyyətin özü qalır.
Vaşinqton bir tərəfdən Azərbaycanı strateji tərəfdaş kimi təqdim edir (enerji, təhlükəsizlik, terrorla mübarizə sahələrində), digər tərəfdən isə bu kimi məhdudiyyətləri saxlayır. Bu isə siyasi etimadı zədələyir. Maraqlıdır ki, 2001-ci ildən sonra ABŞ prezidentləri hər il bu düzəlişi müvəqqəti dayandırır. Yəni faktiki olaraq yardım mümkündür. Amma düzəlişin qalması siyasi mesaj olaraq mənfi təsir yaradır.

CROSSMEDIA - 907-ci düzəlişlə bağlı proses ABŞ-Azərbaycan münasibətlərinə  necə təsir edəcək?

Regiondakı yeni reallıqlarla ziddiyyət 2020-ci ildən sonra Cənubi Qafqazda vəziyyət köklü şəkildə dəyişib. Buna baxmayaraq, köhnə hüquqi mexanizmlərin qüvvədə qalması artıq aktual deyil. “907-ci düzəliş”in əsas “dərdi” onun hüquqi mətnindən çox, siyasi simvol kimi qalmasındadır. Bu düzəliş faktiki olaraq çoxdan funksional əhəmiyyətini itirsə də, ABŞ-Azərbaycan münasibətlərində psixoloji və diplomatik maneə olaraq qalır. Bu səbəbdən də son dövrlərdə ABŞ Konqresində onun tam ləğvi ilə bağlı təşəbbüslərin artması təsadüfi sayılmır – bu, həm yeni geosiyasi reallıqlara uyğunlaşma, həm də münasibətləri “köhnə yükdən” azad etmək cəhdidir. Yəni bu məsələ diplomatik maneə olaraq qalır.

Bu səbəbdən də son dövrlərdə ABŞ Konqresində onun tam ləğvi ilə bağlı təşəbbüslərin artması təsadüfi sayılmır – bu, həm yeni geosiyasi reallıqlara uyğunlaşma, həm də münasibətləri “köhnə yükdən” azad etmək cəhdidir. “907-ci düzəliş”in bircə dərdi var və onu birdəfəlik ləğv etmək lazımdır. Konqresin nə vaxt toplanacağı bəlli deyil. Ümumiyyətlə ABŞ Konqresinin Nümayəndələr Palatası (435 yer) və ABŞ Senatına seçkilər Hakimiyyətdə olan respublikaçılar üçün mübarizənin ağır keçəcəyi proqnozlaşdırılır. Ona görə böyük ehtimalla “907”ci düzəlişin ləğvi də yeni Konqresin dönəminə qaldı.

Professor Elxan Mirzəyev aralıq seçkilərə qədər ciddi dəyişiklik gözləmir. Onun sözlərinə görə, sözügedən qanun o halda ləğv oluna bilər ki, Konqresdə böyük səs çoxluğu qazansın: “Buna isə Tramp kimi imicə malik prezidentin dövründə müvəffəq olmaq inandırıcı görünmür. Çünki Konqresdə ABŞ rəhbərliyinə münasibət birmənalı deyil, hətta son hadisələr fonunda kəskinləşib. Üstəgəl, bizim üçün vacib olan bu qanuna okeanın o tayından baxmaq lazımdır. Belə desək, kiçik, amma Cənubi Qafqaza münasibət baxımdan mühüm görünür. Açıq ifadə etsək, maksimum nəticə aktın icrasının dayandırılmasını uzatmaq ola bilər".

Vaşinqton MESAJ VERDİ: “Bakı-İrəvan anlaşması Cənubi Qafqazı…” | KONKRET

Professor bölgədə vəziyyətin gərginləşməsini istisna etmir: "Konqresdə olan anti-Azərbaycan qüvvələr ümid edir ki, gedişat dəyişə, münaqişə başlana bilər. O zaman Ermənistana dəstək, Azərbaycanə yardımsız qoymaq lazım gələcək. Həmin şəraitdə "907-ci akt" da lazım ola bilər. Sadəcə, yaxın dövrdə bunu istisna edirəm. Azərbaycan suverenliyini bərpa edib və bu, Böyük Britaniya başda olmaqla, Qərbi maraqlandıran məsələ idi. Odur ki, yeni eskalasiya və "907-ci düzəliş" əhəmiyyətini itirib. Gəl ki, buna Konqresdə hamı inanmır... "

Müsahibimiz əlavə edib ki, Tramp dövründə bu aktın ləğvi üçün respublikaçıların böyük üstünlüyü olmalıdır: “Amma aralıq seçkilərinə az qalmış belə bir məsələnin gündəliyə çıxarılması gözlənilmir. Hər halda, Azərbaycanın gözləntisi var və ümid edirik ki, Vaşinqton Bakı ilə münasibətlərin daha da inkişaf etməsini nəzərə alaraq, bu əlaqələrə kölgə salan bədnam qərarı tamamilə ləğv edəcək”.
Xatırladaq ki, bu düzəliş 1992-ci ildə qəbul olunub, Azərbaycanın maraqlarına zidd və ölkəmizə ABŞ hökumətinin birbaşa yardımını qadağan edən ədalətsiz qanun idi./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-dan Azərbaycana hərbi dəstək

    ABŞ-dan Azərbaycana hərbi dəstək ...

    13-08-2014, 00:34

  • 
  • “Elektrik Enerjisi Bazarı haqqında” qanun layihəsi müzakirə edilib

    “Elektrik Enerjisi Bazarı haqqında” qanun ...

    25-01-2018, 10:48

  • 
  • ŞOK! ABŞ Konqresindən Gürcüstana MEGOBARI mesajı – Çin, Rusiya və İrana yaxınlaşanlara sanksiya gəlir

    ŞOK! ABŞ Konqresindən Gürcüstana MEGOBARI mesajı ...

    6-05-2025, 12:32

  • 
  • Dumada əks-sanksiya qanunu qəbul edilib

    Dumada əks-sanksiya qanunu qəbul edilib ...

    23-05-2018, 13:38

  • 
  • ABŞ rəsmi Bakının enerji taktikasından narahatdır

    ABŞ rəsmi Bakının enerji taktikasından narahatdır ...

    30-12-2012, 11:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu