Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi texnikanı ölkəsindən çıxarmaq üçün bir həftə vaxt qoydu.
Zelenski Belarusun bunu etmədiyi təqdirdə Kiyevin tədbir görəcəyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ilə həmsərhəd olan iki Belarus bölgəsində rus işğalçıları Ukrayna mülki əhalisinə hücumlar zamanı onlara istiqamət vermək üçün istifadə etdikləri ötürücü stansiyaları var.
"Lukaşenko qoy bu avadanlığı yığışdırsın, söndürsün. Düşünürəm ki, bunu etmək üçün bir həftə kifayət edəcək. Əgər etməsə, biz edəcəyik", - Zelenski qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?