GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudovun oğlunun mənzil işi Ali Məhkəmədə

Eldar Mahmudovun oğlunun mənzil işi Ali Məhkəmədə

Tarix: 23-06-2026, 20:53 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 3


Bakıda 7 ildir yaşadıqları mənzillərdən çıxarılmaq təhlükəsi ilə üzləşən 3 ailənin taleyi hazırda Ali Məhkəmənin verəcəyi qərardan asılıdır. İş üzrə kassasiya şikayəti hakim Eldar Şamayevin icraatına verilib və tərəflər son instansiyanın qərarını gözləyirlər. Gundemxeber.com xəbər verir ki, mübahisənin mərkəzində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddiası dayanır.

Ailələr bildirirlər ki, mənzilləri 2021-ci ildə qanuni qaydada əldə ediblər. Onların sözlərinə görə, bütün alqı-satqı əməliyyatları rəsmi qaydada aparılıb, dövlət qeydiyyatı həyata keçirilib və 2025-ci ildə mənzillərə çıxarış (kupça) verilib. Lakin elə həmin il onlar məhkəməyə verilib.

Sakinlərdən biri olan Şövkət Əliyeva deyir ki, birinci instansiya məhkəməsi onları vicdanlı alıcı kimi tanıyıb: “Mənzili 2021-ci ildə almışıq. 2025-ci ildə kupça almışıq. Elə həmin il də Eldar Mahmudovun oğlu Anar Mahmudov tərəfindən məhkəməyə verildik. Səbail Rayon Məhkəməsi bizi vicdanlı alıcı hesab etdi. Dövlətin xəbərdar olmadığı məsələdən mən vətəndaşın necə xəbəri ola bilərdi?”

Birinci instansiyada ailələrin mövqeyi əsaslı hesab olunsa da, sonradan Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov həmin qərarı ləğv edib. Sakinlər deyirlər ki, apellyasiya instansiyası qərarında əvvəlki məhkəmə araşdırmalarında müəyyən edilmiş faktlara toxunmayıb, hər hansı bir əsaslandırma aparmadan qərarı ləğv edib. Hakim Məmməd Məmmədovun qərarı Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadənin yaşadıqları mənzillərlə bağlı hüquqi vəziyyəti kökündən dəyişib. Vicdanlı alıcılar hakim Məmməd Məmmədovun çıxardığı qərarın həm iş materiallarına, həm də əvvəlki məhkəmə aktlarına zidd olduğunu bildirirlər. Ailələrin sözlərinə görə, onlar mənzilləri tam qanuni yolla və qaydada əldə ediblər. Alqı-satqı müqavilələri mövcuddur, əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb, çıxarışlar təqdim olunub və bütün rəsmiləşdirmələr dövlət qurumu olan ASAN Xidmət vasitəsilə həyata keçirilib. Sakinlər bildirirlər ki, hakim Məmməd Məmmədovun sədrliyi ilə Fuad Talışinski və Günel Abbasovadan ibarət hakim kollegiyasının çıxardığı son qərar onlar üçün gözlənilməz olub:
“7 ildir yaşadığımız evdir. Bütün sənədlərimiz qaydasındadır. İndiyədək baxılan məhkəmə instansiyalarında da bizim mövqeyimiz əsaslı hesab olunub. İndi isə Anar Mahmudov həmin evlərin ona məxsus olduğunu iddia edir. Bu qərar bizim üçün şok oldu. Azyaşlı uşaqlarımız var. Evlər əlimizdən alınarsa, ailələrimiz faktiki olaraq küçədə qalacaq”.

Ailələrin diqqət çəkdiyi əsas məqamlardan biri də Anar Mahmudovun təqdim etdiyi sənədlərlə bağlıdır. Onların iddiasına görə, Mahmudov tərəfinin istinad etdiyi müqavilələr üzrə mənzillərin alınmasına dair hər hansı ödənişi təsdiqləyən maliyyə sənədləri mövcud deyil. Sakinlər hesab edirlər ki, bu hal sözügedən əmlakların əldə edilməsinin qanuniliyi ilə bağlı ciddi suallar yaradır.

Mübahisənin ən diqqətçəkən tərəflərindən biri isə mənzillərin fiziki mövcudluğu məsələsidir. İş materiallarında yer alan əvvəlki ekspertiza rəylərində və araşdırmalarda Anar Mahmudovun iddia etdiyi parametrlərə malik mənzillərin həmin binada mövcud olmadığı göstərilib.

Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin rəyi də bu mövqeni təsdiqləyib. Həmin rəyə əsasən, Mahmudovun tələb etdiyi 453 kvadratmetrlik yaşayış sahəsi binada mövcud deyil. Bundan başqa, müxtəlif məhkəmə instansiyalarında qəbul edilmiş qərarlarda da qeyd olunub ki, sözügedən mərtəbədə Anar Mahmudovun iddia etdiyi mənzillər yoxdur və həmin sahələrdə hazırda başqa ailələr yaşayır.

Məhz bu səbəbdən sakinlər Bakı Apellyasiya Məhkəməsinin son qərarının hansı əsaslarla qəbul edildiyinə dair sualların cavabsız qaldığını bildirirlər.

Mübahisəli mənzillərin tarixinə nəzər saldıqda məlum olur ki, söhbət 2021-ci ildə “Dolçasaray” şirkətindən alınmış mənzillərdən gedir. Ailələr mənzilləri təmirsiz vəziyyətdə əldə edib, sonradan şəxsi vəsaitləri hesabına təmir etdirərək yaşayış üçün yararlı vəziyyətə gətiriblər.

Maraqlıdır ki, mənzilləri satan “Dolçasaray” şirkəti də uzun illərdir Anar Mahmudovun iddiasını əsassız hesab edir. Şirkət rəhbərliyi müxtəlif məhkəmə instansiyalarında bildirib ki, Mahmudov tərəfinin istinad etdiyi müqavilələr üzrə heç vaxt ödəniş həyata keçirilməyib və həmin müqavilələr sonradan ləğv olunub.
Beləliklə, bir tərəfdə dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədlərinə malik və illərdir həmin mənzillərdə yaşayan ailələr, digər tərəfdə isə mənzillərə dair əvvəlki müqavilələrə istinad edən Anar Mahmudov dayanır.

Hazırda azyaşlı uşaqların da yaşadığı 3 ailənin taleyi Ali Məhkəmənin verəcəyi qərardan asılıdır. Sakinlər yüksək instansiyadan işə açıq məhkəmə iclasında baxılmasını, bütün tərəflərin üzbəüz dinlənilməsini və mübahisəyə obyektiv hüquqi qiymət verilməsini istəyirlər./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”

    Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA ...

    10-11-2018, 17:00

  • 
  • Eldar Mahmudovun oğlunun ticarət mərkəzi tam yandı

    Eldar Mahmudovun oğlunun ticarət mərkəzi tam yandı ...

    27-03-2019, 15:03

  • 
  • Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb

    Eldar Mahmudovun oğlu Londandakı şirkətini ...

    21-01-2021, 19:58

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb, ona qarşı yeni ittihamlar irəli sürülüb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    27-09-2018, 12:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu