GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kartlardan pul silinib, yoxsa oğurlanıb? – Prosessinq mərkəzində nə baş verib?

Kartlardan pul silinib, yoxsa oğurlanıb? – Prosessinq mərkəzində nə baş verib?

Tarix: 25-06-2026, 22:53 Bölmə :Ölkə / İqtisadiyyat Baxış: 3

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ötən gün bir neçə yerli bankın müştərilərinin kart hesablarından vəsaitlərin yoxa çıxması ilə bağlı yaranmış vəziyyəti şərh edib. Ekspert baş verənlərin səbəblərini və məsuliyyət daşıyan tərəfləri analiz edərək mühüm məqamlara toxunub.

Ekspertin şərhini təqdim edir:

“Ötən gün ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlərin yoxa çıxması ölkənin maliyyə-bank sektorunda ciddi müzakirələrə səbəb olub. Bu bankların əsas ortaq cəhəti odur ki, onların hamısı “Azericard” prosessinq mərkəzinə bağlıdır.

Məsələ ilə bağlı ABB problemi 3-cü tərəf provayderi ilə bağlı texniki nasazlıqla izah edib. “Azericard” isə baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin onlardan asılı olmadığını bildirib. Mərkəzi Bank (AMB) da öz növbəsində operativ açıqlama yayaraq, hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən baş verdiyini və ödəniş infrastrukturunda problem olmadığını bəyan edib.

Lakin bütün bu bəyanatlara rəğmən, problemin kökü və əsas məsuliyyət daşıyan tərəf indiyədək dəqiq açıqlanmayıb. Hansı ki, ictimai etimadın qorunması baxımından ən vacib məqam da elə budur.

Oğurluqdur, yoxsa sistem xətası?

Banklardan əldə olunan məlumatlar, müşahidələr və Mərkəzi Bankın rəsmi açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiberhücum deyil. Çünki hesablardan silinmələr təsadüfi xarakter daşımır, məhz real əməliyyatların təkrarıdır (dublikasiyasıdır). Digər tərəfdən, vəsaitlərin dərhal geri qaytarılması və balansların avtomatik bərpa olunması da oğurluq versiyasını zəiflədir. Bu, prosesin kənar müdaxilə ilə deyil, bankların öz informasiya sistemindəki təkrarlanma xətası ucbatından baş verdiyini sübut edir.

Zəncirin zəif bəndi: Günahkar kimdir?

Bir neçə müstəqil bankın eyni anda eyni tipli problemlə üzləşməsi yalnız ortaq bir halqanın varlığı ilə izah oluna bilər. Bu zəncirdə isə cəmi iki ortaq element var: Mərkəzi Bankın hesablaşma infrastrukturu və “Azericard” prosessinqi.

Mərkəzi Bank öz infrastrukturunda hər hansı problemin olmadığını birmənalı şəkildə açıqladığı üçün, məntiqlə geriyə yeganə ortaq element kimi “Azericard” qalır. Prosessinq mərkəzinin hadisə mənim ərazimdə olub, amma günah məndə deyil tipli dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz burada, məlumatların emalı zamanı yarandığına işarə edir.

Digər tərəfdən, hesablaşma zəncirində hər hansı bir anomaliya baş verirsə, sistem onu dərhal aşkarlayıb bloklamalı idi. Belə bir kritik qurumda anomaliyanın vaxtında tutulmaması və təkrar əməliyyatların eyni anda bir neçə banka zərər vurması, müvafiq təhlükəsizlik və nəzarət mexanizmlərinin ya olmadığını, ya da təkmil səviyyədə qurulmadığını göstərir.

Mərkəzi Bank daha sərt addımlar atmalıdır

Belə bir ciddi xətadan sonra Mərkəzi Bank tərəfindən daha sərt addımların atılması gözlənilir. Çünki problem ayrı-ayrılıqda ABB-də və ya digər banklarda deyil, birbaşa AMB-nin nəzarəti və lisenziyası altında fəaliyyət göstərən infrastruktur qurumunda  – “Azericard”-da yaranıb. Qeyd etmək yerinə düşər ki, əvvəllər də bu mərkəzdə oxşar problemli situasiyalar qeydə alınmışdı.

Ümid edirik ki, Mərkəzi Bank hadisəni dərindən araşdıracaq və sözügedən qurumda ciddi audit təşkil edəcək. Eyni zamanda, proses zamanı çətinliklə üzləşən və zərər çəkən müştərilərə qarşı bankların daha həssas yanaşma nümayiş etdirməsi vacibdir”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

    Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI ...

    15-10-2024, 22:27

  • 
  • "Rabitəbank" müştərilərinin kartından əlavə pul çıxır? - İDDİA

    "Rabitəbank" müştərilərinin kartından ...

    28-12-2019, 11:39

  • 
  • "Unibank"da kartlardan pul silinir - Səbəb

    "Unibank"da kartlardan pul silinir - ...

    7-01-2020, 14:55

  • 
  • "Rabitə Bank" müştərilərinin inamını itirib - RƏQƏMLƏR

    "Rabitə Bank" müştərilərinin inamını ...

    26-04-2019, 14:46

  • 
  • Vahid Əhmədov: Bank sistemi sağlamlaşdırılmalıdır

    Vahid Əhmədov: Bank sistemi sağlamlaşdırılmalıdır ...

    17-11-2017, 23:36


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu