GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Politoloqdan BBC-yə ittiham – “Cavablarım maraqlarına cavab vermədiyi üçün…”

Politoloqdan BBC-yə ittiham – “Cavablarım maraqlarına cavab vermədiyi üçün…”

Tarix: 25-06-2026, 23:04 Bölmə :Ölkə / Müsahibə Baxış: 35
563e2d5b-c8c6-41fc-a3d1-38a5bb59adb7_740

Tanınmış politoloq Fərhad Məmmədov Böyük Britaniyanın BBC ictimai yayımçısının Azərbaycan bürosunu qeyri-peşəkarlıqda və qərəzli yanaşmada ittiham edib.

Ekspert ötən həftə BBC tərəfindən ondan alınan müsahibənin bəhanələrlə yayılmamasından yazıb.

Fərhad Məmmədov qeyd edib ki, iyunun 17-də BBC-nin Azərbaycan bürosunun əməkdaşı Ermənistandakı parlament seçkilərindən sonra Bakı və İrəvan arasındakı sülh gündəliyinə dair ondan müsahibə istəyib:

“Səfərdə olmağıma baxmayaraq, səhər saat 09:00-da müsahibə üçün vaxt ayırdım. Britaniya təbliğatının suallarını dinləmək və küləyin hara əsdiyini anlamaq həmişə maraqlıdır. Suallar Ermənistandakı referendum, onun keçirilməsinin qeyri-mümkünlüyü, Azərbaycanın mümkün addımları və Ermənistanın daxili siyasi vəziyyətinin mürəkkəbliyi ilə bağlı idi. Suallarda belə bir məqam var idi ki, guya Bakı referendum tələbi ilə Ermənistan hökumətini nəticə əldə etmək üçün inzibati resurslardan istifadə etməyə təhrik edir”.

Politoloq müsahibədə həmin suallara verdiyi cavabların detallarını da paylaşıb:

“Mən isə öz tərəfimdən bildirdim ki, Vaşinqton, London və Brüssel Ermənistandakı seçkiləri demokratiyanın qələbəsi kimi tanıyıb. Ermənistan Baş nazirinin seçkidən əvvəl və sonra etdiyi hər şey demokratik addım sayılır. Deməli, Baş nazir eyni qaydada, demokratik metodlarla referenduma nail ola bilər, xüsusən də bu, Ermənistanın daxili işidir.

Sonuncu sual isə Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılmaması üçün Türkiyəyə təzyiq göstərməyə davam edib-etməyəcəyi ilə bağlı idi. Cavab verdim ki, Türkiyə Prezidenti qərarları müstəqil qəbul edir, onun məsləhətə ehtiyacı yoxdur və ona təzyiq göstərmək qeyri-mümkündür. Azərbaycanın mövqeyi və Ermənistanla razılaşdırılmış sülh gündəliyi var, rəsmi Ankara da bu gündəliyi dəstəkləyir”.

Ekspert vurğulayıb ki, suallardan Londondan gələn əsas tezislər açıq-aydın hiss olunurdu. Lakin müsahibənin üzərindən günlər keçsə də, material BBC-nin “YouTube” kanalında işıq üzü görməyib:

“İki gün keçdi, jurnalistə yazdım, cavab verdi ki, mətn üzərində işləyirlər. Daha bir neçə gün keçdikdən sonra isə görüntüdə problem olduğunu dedilər. Zarafatla bildirdim ki, başım kadrdan çıxsa belə, incimərəm. Artıq məndə idman marağı yaranmışdı. Bir həftə keçdi… Son xatırlatmamda isə bildirdilər ki, sən demə, səs boğuq çıxıb”.

Fərhad Məmmədov dünyaşöhrətli medianın bu yanaşmasını kəskin tənqid edərək fikrini belə tamamlayıb:

“Adətən media operativ olmalıdır, amma bu, BBC-yə aid deyil. Dünyaşöhrətli media peşəkar olmalıdır, amma bu da BBC-yə aid deyil.

Belə qənaətə gəldim ki, mənim cavablarım BBC-nin maraqlarına cavab verməyib. Müsahibədən 3 və 5 gün sonra kadrın əyri, səsin isə boğuq olması barədə gətirilən arqumentlər heç bir tənqidə dözmür”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Roskomnadzor BBC-nin Rusiya qanunlarına uyğunluğu məsələsini araşdırır

    Roskomnadzor BBC-nin Rusiya qanunlarına uyğunluğu ...

    11-01-2019, 16:40

  • 
  • BBC: «Suriya erməniləri Dağlıq Qarabağa yerləşdirilir»

    BBC: «Suriya erməniləri Dağlıq Qarabağa ...

    27-04-2015, 21:13

  • 
  • BBC-nin erməni reportyoru Laçından videosüjet hazırladı - VİDEO

    BBC-nin erməni reportyoru Laçından videosüjet ...

    15-12-2019, 12:43

  • 
  • BBC Gəncədən reportaj hazırladı: Bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır

    BBC Gəncədən reportaj hazırladı: Bu, açıq-aşkar ...

    13-10-2020, 16:17

  • 
  • Məşhur BBC aparıcısı efirə alt paltarı geyinmədən çıxınca... - VİDEO

    Məşhur BBC aparıcısı efirə alt paltarı geyinmədən ...

    30-03-2015, 22:28


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu