GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Həzi Aslanovu kim öldürdü ? - gizli faktlar... Həzi Aslanovun ölümünün böyük sirri

Həzi Aslanovu kim öldürdü ? - gizli faktlar... Həzi Aslanovun ölümünün böyük sirri

Tarix: 30-06-2026, 22:50 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 8

Həzi Aslanovu kim öldürdü ? - gizli faktlar... Həzi Aslanovun ölümünün böyük sirri (VİDEO)
“Məni zorla Həzi Aslanovun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Daha sonra ona həkim çağırırlar. Bu, ermənilərin fırldağı idi. Onda süni ürək çatışmazlığı yaradırlar. Halbuki, Həzi Aslanov öləsi deyildi, onun qabırğaları sınmışdı...”
Azərbaycanın igid oğlu, general-mayor Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olub. Azərbaycanlı general-mayordur. 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929–cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi igidliyə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Stalinqrad Cəbhəsi Veteranlar Şurasının fəxri üzvü, Respublika Veteranlar şurasının üzvü, SSRİ Jurnalistlər İttifaqı və Kinomatoqrafçılar İttifaqının üzvü, professor, əməkdar İncəsənət xadimin Musa Bağırov ömrünün 25 ilini Həzi Aslanovun həyat və fəaliyyətinin tətqiqinə həsr edib, filmlər çəkib, kitablar yazıb. Məhz onun zəhmətinin nəticəsi olaraq, H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

🔼 Musa Bağırov jurnalist Hafiz Əhmədovla müsahibəsində xalqımızın igid oğlunun ölümünün sirli qalan tərəfləri ilə bağlı maraqlı faktlar açıqlayıb:
- Mən çox maraqlanırdım ki, Həzi Aslanov niyə belə gənc yaşında dünyasını dəyişib? Özü də çox müəmmalı şəkildə ölüb. Mənə dedilər ki, Həzini qətlə yetiriblər. 1967-ci ildə onun haqqında çəkdiyim filmin təqdimatından sonra balaca banket oldu. Orada polkovnik Filimenko mənə təklikdə dedi ki, Baqramyanın sağlığında heç kim Həzi Aslanovun necə ölməsi barədə həqiqəti danışmırdı. Əli ilə bir sxem çəkdi. Həmin sxem indi də məndə durur. Dedi ki, Həzi Aslanov başından balaca yaralanmışdı, xəstəxanada yatırdı. 1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranırdı. O cümlədən də, Azərbaycanda. Mircəfər Bağırov deyib ki, Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin edək. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib və Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır. Həzini xəstəxanadan qulluq etdiyi hərbi hissəyə çağırırlar. Baqramyan ona deyir ki, “Həzi, mən səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”.
Bu planlaşdırma – rekoqnisirovka vaxtı bütün komandirlər orada iştirak edirlər. Təxminən 18-20 nəfər adam olur. Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cihanda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Onu görən şahid Kulkov deyir ki, Həzi Aslanovın ayağında milli qaydada toxunmuş corab var idi. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.
– O atəşi kim aça bilərdi?
– Minamyot bizim sahədə olub. Yalnız sovet ordusunun nümayəndələri ondan atəş aça bilərdilər. Ona görə, Klemenko mənə xəlvətcə dedi ki, Həzi Aslanov ölməyib, onu qətlə yetiriblər. Bu hadisə məndə çox maraq oyatdı: 34 yaşında general, Sovet İttifaqı Qəhrəmanı necə qətlə yetirilib? Mən maraqlanmağa başladım ki, niyə Həzi Aslanov ikinci Ulduzunu almayıb? Axı İyunun 23-dən 30-na qədər Həzi Aslanovun apardığı əməliyyatlara görə cəbhə komandanı Çernyayovski onu ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edib. Aradan 15 gün keçir, Həzi Aslanovun qulluq etdiyi bütün korpus Birinci Pribaltika cəbhəsinin sərəncamına verilir. Orada da komandir Baqramyan idi. Həzi ilə bağlı təqdimatın əslini mən çox axtarsam da, tapa bilmədim. Onu məhv edib, təhrif edilmiş təqdimat yazıblar, buna görə də ona qəhrəman adı verilməyib.
– Bunu kim edə bilərdi?
– Burada 100 faiz ermənilərin rolu olub. Köhnə təqdimatı gizlədənlər də, məhv edənlər də, təzə təqdimatı yazanlar da İ.Baqramyanın rəhbərliyi alıtında ermənilər olublar. Bir müddət sonra mən əsas, yəni köhnə təqdimatı da tapdım və SSRİ Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Marşal Arximeyevin yanına apardım. O, təqdimata baxıb dedi ki, Həzi Aslanova ikinci dəfə də qəhrəman adı düşür. Yazılı şəkildə bildirlər ki, xahiş edirik, bu təqdimat əsasında Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilsin.Amma bundan sonra həmin məsələni həll etməli olan Georgi Şahnazarov bizə xeyli əngəl törətdi. O, Qorbaçovun birinci köməkçisi idi. Dəfələrlə yanına getdik, işi xeyli süründürdü. Məsələ – yəni, Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının təqdim olunması iyun ayının 21-nə qədər həll olunmalı idi. Çünki müharibənin 50 illiyinə həsr olunacaqdı. Əks halda, daha sonra bu işə qayıtmayacaqdılar. İyunun 19-da Şahnazarov məni kabinetinə çağırdı. Dedi ki, nə istəyirsən? Mən də dedim, istəyirəm ki, siz sənədlərə baxıb, Qorbaçova təqdim edəsiniz, çünki bu adam qəhrəman adına layiqdir. Şahnazarov qalxıb, mənim yaxamdan tutub, dedi ki, burada xuliqanlıq eləmə! Mənim köynəyimdəki düymə qopdu. Mən də onu itələdim, divana əyləşdi. Sən demə, qabacaqdan hazırlıq işləri görübmüş. Zəngi vurdu, iki nəfər içəri daxil oldu. Dedi ki, “bunu aparın buradan!”
Məni həmin iki nəfər milis şöbəsinə apardılar. Məqsədləri bu idi ki, məni bir saxlasınlar və ad verilməsi işini qaldıran olmasın. Amma milis işçiləri elə bilirdilər, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov mənəm və ikinci dəfə ad tələb edirəm. Buna görə mənə çox yaxşı münasibət göstərdilər. Oradakı bir polkovnik dedi ki, sizə necə kömək edə bilərik? Cavab verdim ki, icazə verin, mən Marşal Belova zəng edim. Telefon nömrəsini verdim, özləri zəng etdilər. Dedilər ki, burada bir nəfər sizinlə danışmaq istəyir. Məsələni Belova izah etdim.Aradan yarım saat keçdi. Marşal Belov, Andrey İvanoviç və Tank Qoşunları Akademiyasının rəis müavini, general Orlov ora gəldilər. Nəsə söhbət etdilər, sonra məni milis şöbəsindən çıxarıb, özlərilə apardılar. Yolda onlara hər şeyi danışdım. Dedilər ki, rahat ol, hər şey yaxşı olacaq.
Gecə saat 12-də yoldaşım Bakıdan mənə zəng etdi. Dedi ki, səni təbrik edirəm, 20 illik zəhmətin bəhrəsini verdi, gecə televiziya bütün verilişləri dayandırdı və Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsini elan etdilər. Mən 3 dəfə yoldaşımdan xahiş etdim ki, həmin sözləri bir də təkrar etsin. Təsəvvür edin, mən arxivlərdə 20 il çalışmışam, Belorusiyada, Stalinqradda, Moskva, Ukraynada gecə-gündüz əziyyət çəkmişəm. Bu, mənim əziyyətimin bəhrəsi idi. Özümü saxlaya bilmədim, ağladım. Həmin vaxt oteldə mənimlə yanaşı şair Cabir Novruz da qalırdı. O, mənim səsimi eşidib otağa gəldi. Dedi ki, ay Musa, nə olub, niyə ağlayırsan? Ona hər şeyi danışdım. Dedi ki, ay kişi, ağlamaq yox, biz bunu qeyd etməliyik! Gecə saat 1-də biz bu qələbəni qeyd etdik.Əslində Qorbaçov o sərəncama qol çəkməyə məcbur olmuşdu. Çünki o da ermənilər kimi istəmirdi ki, Həzi Aslanova ikinci dəfə Qəhrəman adı verilsin.
Mən medalı və ordeni götürüb, Bakıya gəldim. Həmin vaxt prezident olan Əbülfəz Əliyevin yanına getdim, məsələni danışdım. Qayıdıb dedi ki, Musa müəllim, bunun bizə dəxli yoxdur, Həzi Aslanov ruslar üçün vuruşub, onun bizə aidiyyatı yoxdur. Medalı, ordeni qəbul etmədi. Dedim ki, Əbülfəz müəllim, Azərbaycandan 700 min insan müharibəyə gedib, 350 mini həlak olub. Bu, Azərbaycanın hərb tarixidir, şərəfi, şöhrətidir. Xahiş edirəm, bunu qəbul edin. O isə götürmədi. Həmin Qızıl Ulduz Ordenini və Medalı evə gətirdim. Onlar düz iki il bizim evdə qaldılar. Hara verə bilərdim? Heç kim qəbul etmirdi… Heydər Əliyev hakimiyyətə gələndən sonra bir müşavirə keçirilirdi. Mən də orada çıxış elədim. Sonda isə ona yaxınlaşıb dedim ki, həmin orden və medal iki ildir məndədir, heç kim qəbul etmir. O isə “Nə danışırsan?! Haradadır!? Tez onları mənə gətir!”,- dedi.
Səhərisi gün saat on bir tamamda ordeni də, medalı da götürüb Mərkəzi Komitəyə getdim. Heydər Əliyev çox mehribanlıqla məni qucaqladı, ordeni-medalı məndən təhvil aldı. Bir gün sonra Azərbaycanda bununla bağlı fərman çıxdı. Heydər Əliyev özü məni təbrik elədi. Həzi Aslanovla birlikdə vuruşan generallar Heydər Əliyevin vaxtında tez-tez Azərbaycana gəlirdilər. İndi onların çoxu dünyasını dəyişib. Həzi Aslanov çox yaxşı komandir olub. Onun əməliyyatları ilə bağlı birinci kitabımı rus dilində yazmışdım. O kitabdan Zirehli Tank Qoşunları Akademiyasında dərslik kimi istifadə edirlər. Mən 20 il əziyyət çəkmişəm, gecə-gündüz arxivlərdə olmuşam. Səhər saat doqquzda arxivə daxil olurdum, saat dörddə-beşdə görürdüm ki, acından başım gicəllənir. Çox çətinliklə o təqdimatları, gündəlikləri tapmışam. İndi bəzi tarixçilər, jurnalistlər mənim kitablarımı qarşılarına qoyub, üzünü köçürürlər. Heç biri də demir ki, bütün bunları Musa Bağırov yazıb.
‼️– Həzi Aslanovun cəbhə yoldaşları onun ölümünün səbəbkarı olaraq kimi görürdülər? Onun vertalyotla xəstəxanaya aparılmasına kimlər mane olub?
– Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olub. Mən Həzi Aslanovun oğlu ilə birlikdə 1980-ci ildə Tiflisdə onun evinə getdim. O, dedi ki, Həzi Aslanovun yarası ölümcül deyildi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Daha sonra Həzi Aslanova həkim çağırırlar. Bu, ermənilərin fırıldağı idi. Onda süni ürək çatışmazlığı yaradırlar. Halbuki, Həzi Aslanov öləsi deyildi, onun qabırğaları sınmışdı.
– Cəbhə yoldaşları Həzi Aslanovla bağlı hansı xatirələri bölüşürdülər?
– Bunu mənə elmlər doktoru, professsor Paqadayka bu yaxınlarda danışıb. Deyir ki, Həzi Aslanov 1942-ci ildə Tulada maşınla keçəndə görür ki, camaat bir evin qarşısına toplaşıb. İki balaca uşaq isə ağlayır. Həzi Aslanov tez maşını geriyə verib, düşür və soruşur ki, bu uşaqlar niyə ağlayırlar? Yerli camaat deyir ki, bu iki uşağa nənələri baxırdı, ataları müharibədə həlak olub, anaları da dünyasını dəyişib. Nənələri də indi rəhmətə getdi. Bu iki uşaq ortada qalıb. Həzi Aslanov soruşub ki, bəs bunları niyə uşaq evinə aparmırsınız? Deyirlər ki, uşaq evinə aparmışdıq, amma yer yox idi. Həzi Aslanov bütün iş-gücünü bir kənara qoyub, uşaqları maşına mindirib, uşaq evinə gəlib. Direktorun otağına daxil olub. Direktor da görüb ki, bu şəxs Sovet İttifaqı Qəhrəmanıdır. Həzi Aslanov hər iki uşağı ora qəbul etdirib. Daha sonra yenə də gedib, həmin uşaqları yoxlayıb. Qız uşağının səkkiz, oğlanın isə 6 yaşı olub. Qız Həzi Aslanovu görən kimi onu qucaqlayıb, ağlayıb. Həzi Aslanov soruşub ki, bəs qardaşın haradadır? Qız deyib ki, qardaşımı elektrik vurdu, öldü, mən tək qalmışam. Həzi Aslanov tapşırıq verib ki, bu qıza baxın, məktəbi bitirsin, universitetə daxil olsun. Həmin qız indi Almaniyada yaşayır, akademikdir. Onun Həzi Aslanov haqqında çoxlu xatirələri var: “Bizim həyatımızda onun böyük rolu var. Biz yad uşaqlar idik, o, bizə kömək etməyə də bilərdi. Ondan başqa heç kəs bizim əlimizdən tutmadı. Onu heç vaxt unutmarıq”.
Həzi Aslanov hər şeydən öncə xeyirxah insan olub. Təsəvvür edin ki, müharibə başlayan vaxt Həzi Aslanov mayor idi. Olduğu Lvovda zabitlərin ailələrini vaqonlara mindirib, axta cəbhəyə göndərəndə həyat yoldaşı Xavər xanım, oğulları Tofiq və Arif də orada olublar. O, qətiyyən ailəsinə xüsusi yer ayırmayıb, hamı kimi onları da ümumi vaqona mindirib, uşaqların üzündən öpüb, ayrılıb. Öz ailəsi ilə başqaları arasında heç bir fərq qoymayıb.
– Həzi Aslanovun oğlu ilə yaxın münasibətiniz olub. Onlar atları barədə nə danışırdılar?
– Həzi Aslanovun həyat yoldaşı Xavər xanım həmişə deyirdi ki, mənim iki yox, üç oğlum var. Tofiq və Arifdən başqa Musa, yəni məni də oğlu bilirdi. Xavər xanım Həzi Aslanovunun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almasına çox az qalmış rəhmətə getdi. Mənə dünyasını dəyişməmişdən öncə demişdi ki, Musa, çalış, başladığın işi sona çatdır, Həzi Aslanov qəhrəman adını alsın. Həzi Aslanov ikinci dəfə layiq olduğu qəhrəman adını alandan sonra mən Bakıya qayıdanda öncə qəbirstanlığa gedib, Xavər xanımın məzarını ziyarət etdim. Dedim ki, Ana, mən sənin tapşırığını yerinə yetirmişəm, Allah sənə rəhmət eləsin və rahat yat!
Mən bu işləri görərkən 7 nəfər marşalla görüşmüşəm. Təəccüb edirdim ki, o cür yaşlı generallar, marşallar mənim yanıma düşüb, hər yerə gedirdilər. Deyirdilər ki, biz bunların hamısını Həzi Aslanovun xətrinə edirik. Görün, ona nə qədər hörmət var idi ki, 80 yaşında qoca Marşal mənim yanıma düşüb, arxivə gedirdi!
– Həzi Aslanov hansı əməliyyatına görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuşdu?
– Almanlar Berejina çayının üzərindəki körpünü bombalayıb, dağıtmışdılar. Cəbhə komandanı Çernyavski deyir ki, kim bu çayı birinci keçsə, qəhrəman olacaq. Həzi Aslanov iki tankı suda batırır, qalan maşınlar o tankların üzərindən o biri sahilə adlayırlar və hücum davam edir.

Həzi Aslanov çox ağıllı insan olub. O, sağ qalsa, mütləq Marşal olacaqdı. Mən Baqramyanla bir neçə dəfə görüşmüşəm. Bir dəfə ona dedim ki, Həzi Aslanov barədə iki-üç kəlmə fikirlərini bölüş. Gülərək, qayıtdı ki, heç müsəlmandan da zabit olar? Mən cavab verdim ki, niyə olmur? O, təmiz Azərbaycan dilində mənə qayıtdı ki, atalar məsəli var, müsəlmandan yaxşı bostançı olar. Mən də ona cavab verdim ki, İvan Kritoviç, başqa misal da var: müsəlmandan yaxşı bostançı olur, ermənidən də yaxşı zurnaçı. Baqramyan yaman hirsləndi. Mənə dedi ki, sən nə danışırsan? Siz axı kimsiniz? Ermənilər iki dəfə azərbaycanlılardan azdırlar, görün, bizdə nə qədər general, marşal var? Sizdə kim var? Bizim bir Həzimiz ermənilərin bütün generallarına dəyərdi! Akademik Samsonov deyirdi ki, başqaları tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirdi. O, özünü Allahın saxladığı insan kimi hiss edirdi, ölümdən qorxmurdu. Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz. Ölməyib də!
/hafiztimes.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Həzi Aslanovun anım günüdür

    Bu gün Həzi Aslanovun anım günüdür ...

    24-01-2024, 16:26

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

    İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun ...

    9-05-2020, 12:30

  • 
  • Seymur Həzi ilə Nigar Yaqublu evləndi

    Seymur Həzi ilə Nigar Yaqublu evləndi ...

    2-08-2016, 17:15

  • 
  • Prezident İlham Əliyev və xanımı 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı 9 May - Qələbə ...

    9-05-2017, 11:08

  • 
  • Jurnalist Seymur Həzi azadlıqda

    Jurnalist Seymur Həzi azadlıqda ...

    30-08-2019, 14:57


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu