GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Siqaret qaçaqmalçıları hakim qarşısında – 5 milyon 400 min manatlıq CİNAYƏT DOSYESİ

Siqaret qaçaqmalçıları hakim qarşısında – 5 milyon 400 min manatlıq CİNAYƏT DOSYESİ

Tarix: 1-07-2026, 22:46 Bölmə :Ölkə / Kirminal Baxış: 3

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq işi üzrə məhkəmə araşdırmalarına start verilib. Söhbət Baş Prokurorluğun ötən ilin sonunda ifşa etdiyini açıqladığı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı vasitəsilə milyonlarla manatlıq aksizsiz tütün məmulatlarının ölkəyə gətirilməsindən gedir.

Gundemxeber.com xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, gömrük inspektorları Heydər Eyvazlı və Tamerlan Axundzadə, eləcə də Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov və Rövşən Tarverdiyev təqsirləndirilən şəxs qismində iştirak ediblər.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri müxtəlif vəsatətlərlə çıxış ediblər. Zaur Haşımovun vəkili bildirib ki, müvəkkili yalnız vəzifə təlimatına uyğun fəaliyyət göstərib: “Yüklərin limana daxil olması Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin möhürləri əsasında həyata keçirilib. Zaur Haşımov da mövcud prosedurlara uyğun hərəkət edib. Onun istintaqdan yayınmaq və ya araşdırmaya təsir göstərmək niyyəti yoxdur”.

Vəkili Zaur Haşımov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Oxşar vəsatətlərlə Amil Cəbrayılovun, Fərrux Haqverdiyevin, Fərid Usubovun və Tamerlan Axundzadənin vəkilləri də çıxış ediblər.

Tamerlan Axundzadənin vəkili çıxışı zamanı onun uzun illər gömrük orqanlarında çalışdığını, 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunu, dövlət təltifləri aldığını və müsbət xarakterizə edildiyini vurğulayaraq bu halların nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən Tamerlan Axundzadə isə məhkəmədə özünü təqsirli bilmədiyini deyərək heç bir cinayət əməli törətmədiyini bildirib.

Heydər Eyvazlının müdafiəçisi isə müvəkkili barəsində cinayət təqibinə xitam verilməsini və işin əlavə araşdırma aparılması üçün prokurorluğa qaytarılmasını istəyib.

Dövlət ittihamçısı müdafiə tərəfinin qaldırdığı vəsatətlərin əsassız olduğunu bildirərək onların təmin edilməməsini və işin mahiyyəti üzrə baxışa verilməsini istəyib.

Hakimlər müşavirədən sonra bütün vəsatətləri rədd edərək cinayət işini məhkəmə baxışına təyin ediblər.

Baş Prokurorluğun açıqladığı materiallara görə, istintaq zamanı müəyyən edilib ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəhbər şəxsləri, gömrük əməkdaşları və digər şəxslər mütəşəkkil cinayətkar qrup yaradaraq Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumi dəyəri 5,4 milyon manatdan artıq olan aksiz markası ilə markalanmalı tütün məmulatlarını qanunsuz şəkildə ölkəyə keçiriblər.

İddialara əsasən, məhsullar liman vasitəsilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib və satış məqsədilə saxlanılıb.

İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü – mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq; 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü – aksiz markası ilə markalanmalı malların belə marka olmadan satış məqsədilə saxlanılması; 308.2-ci – ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham elan olunub.

Bu maddələr üzrə təqsir sübuta yetiriləcəyi halda, təqsirləndirilən şəxsləri uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. İş üzrə "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov əvvəlcə həbs olunsa da, sonradan səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Onun barəsində aparılan ibtidai istintaq ayrıca icraatda davam etdirilir.

Bundan əvvəl həmin cinayət işi çərçivəsində Fariz Məhərrəmovun işi ayrıca icraata ayrılıb və bu ilin 5 iyun tarixində onun məhkəmə prosesi keçirilib. Eyni zamanda, bu cinayət işi ilə əlaqəli hesab olunan digər şəxslər – Zaur Gülməmmədov, Vüsal Sadıqov, Samir Qəhramanbəyli, Elşən Əhmədov, Elçin Əsgərov, Amid Saidov, Emin Nəzərov və Şahin Heydərov barəsindəki cinayət işinə isə Bakı Hərbi Məhkəməsində baxılır. 

Növbəti məhkəmə prosesi 15 iyul tarixinə təyin olunub. /musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Liman rəisi ilə birgə 6 nəfər həbs edildi – İkisi sabiq məmur oğludur

    Liman rəisi ilə birgə 6 nəfər həbs edildi – İkisi ...

    11-12-2025, 23:47

  • 
  • Rəsmi Bakı çətinliklə üzləşən türk sürücüləri ilə maraqlandı

    Rəsmi Bakı çətinliklə üzləşən türk sürücüləri ilə ...

    25-12-2015, 00:51

  • 
  • Gömrükdə səs-küylü həbslər – İrana qaçan vəzifəli görün, kimin oğlu imiş – FOTOLAR

    Gömrükdə səs-küylü həbslər – İrana qaçan vəzifəli ...

    12-12-2025, 21:19

  • 
  • Bəylər Eyyubovun 5 milyonluq qaçaqmalçılıqda ittiham olunan qardaşı oğlu ev dustaqlığına buraxılıb

    Bəylər Eyyubovun 5 milyonluq qaçaqmalçılıqda ...

    5-06-2026, 18:44

  • 
  • Prezident Bakı Limanının açılışında iştirak edib

    Prezident Bakı Limanının açılışında iştirak edib ...

    14-05-2018, 11:53


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu