GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gəncədə fəaliyyət göstərən məlumat mərkəzi ilə bağlı səsləndirilən iddialar dövlət qurumları tərəfindən araşdırılmalıdır - ŞOK FAKTLAR

Gəncədə fəaliyyət göstərən məlumat mərkəzi ilə bağlı səsləndirilən iddialar dövlət qurumları tərəfindən araşdırılmalıdır - ŞOK FAKTLAR

Tarix: 7-07-2026, 08:11 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 332

Gəncə şəhərində fəaliyyət göstərdiyi bildirilən bir məlumat mərkəzi ilə bağlı redaksiyamıza daxil olan müraciətdə səhiyyə, əmək və vergi qanunvericiliyinin pozulmasına dair ciddi iddialar irəli sürülür. Müraciətdə qeyd olunan məlumatlar təsdiqini tapacağı təqdirdə, söhbət təkcə istehlakçı hüquqlarının deyil, həm də ictimai sağlamlıq və əmək münasibətlərinin qorunması sahəsində mühüm qanun pozuntularından gedə bilər.

Şikayət müəllifinin gundemxeber.com-a bildirdiyinə görə, Gəncə şəhəri, Əziz Əliyev küçəsi 123A ünvanında fəaliyyət göstərdiyi iddia edilən “Tiens” məlumat mərkəzində tibbi təhsili olmayan şəxsin özünü həkim kimi təqdim etdiyi, “Akulife” adlı cihaz vasitəsilə vətəndaşlara müayinə apardığı, onların sağlamlıq vəziyyəti barədə rəy verdiyi və bunun əsasında müxtəlif qida əlavələrinin satışı ilə məşğul olduğu bildirilir.

Müraciətdə qeyd olunur ki, müştərilərdən müayinə adı altında ödəniş alınır, onların şəxsi məlumatları qeyd olunur və cihaz vasitəsilə müxtəlif orqanların vəziyyətinin qiymətləndirildiyi iddia edilir. Daha sonra isə vətəndaşlara qida əlavələri müalicə vasitəsi kimi təqdim olunaraq satılır.

Bu iddialar təsdiqlənərsə, ilk növbədə “tibbi fəaliyyətin kimlər tərəfindən həyata keçirilə biləcəyi”, “diaqnoz qoymaq səlahiyyəti”, eləcə də tibbi cihazların və metodların qanunvericiliyə uyğunluğu ilə bağlı ciddi suallar yaranır. Bu məsələlərin qiymətləndirilməsi aidiyyəti dövlət qurumlarının səlahiyyətinə daxildir.

Müraciətdə yalnız səhiyyə sahəsi ilə bağlı deyil, əmək münasibətləri ilə əlaqədar da ciddi iddialar yer alır. Bildirilir ki, ofisdə 20-dən çox əməkdaş çalışmasına baxmayaraq, onların əksəriyyəti ilə əmək müqaviləsi bağlanmayıb. Əməkhaqlarının qeyri-rəsmi qaydada ödənildiyi, satışdan faiz sistemi tətbiq olunduğu və əmək münasibətlərinin rəsmi uçota alınmadığı iddia olunur.

Bundan başqa, müraciətdə vergi öhdəliklərindən yayınma ehtimalı ilə bağlı da iddialar səsləndirilir. Şikayət müəllifinin sözlərinə görə, satışlardan əldə olunan gəlirlər və əməkdaşlara edilən ödənişlər tam şəkildə rəsmiləşdirilmir. Bu isə araşdırılacağı halda vergi qanunvericiliyi baxımından da hüquqi qiymətləndirmə tələb edə bilər.

Araşdırılması vacib olan digər məsələ isə istifadə olunduğu iddia edilən “Akulife” cihazının hüquqi statusudur. Bu cihazın ölkədə tibbi məqsədlərlə istifadəsinə icazənin olub-olmaması, onun tibbi cihaz kimi dövlət qeydiyyatından keçib-keçməməsi və belə müayinələrin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığı aidiyyəti qurumlar tərəfindən aydınlaşdırılmalıdır.

Qeyd olunan iddialar təsdiqini tapacağı halda, məsələ yalnız bir müəssisənin fəaliyyəti ilə məhdudlaşmaya bilər. Səhiyyə xidmətlərinin qanunsuz göstərilməsi, istehlakçıların aldadılması, əmək hüquqlarının pozulması və mümkün vergi pozuntuları ictimai maraq doğuran məsələlərdir və hərtərəfli araşdırılmalıdır.

Yazıda qeyd olunan bütün məlumatlar redaksiyaya daxil olmuş müraciətə əsaslanır və hələlik rəsmi qurumlar tərəfindən araşdırılmayıb. Gundemxeber.com redaksiyası olaraq, adı çəkilən müəssisənin və haqqında iddialar səsləndirilən şəxsin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk. İddiaların obyektiv araşdırılması və hüquqi qiymət verilməsi isə aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.

Araşdırmalarımız davam edir. Bizi izləyin.


Fəqan Hüseynov

Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə Dövlət Universiteti ilə bağlı ciddi iddialar: İdarəetmə, kadr siyasəti və tədrisin keyfiyyəti sual altındadır

    Gəncə Dövlət Universiteti ilə bağlı ciddi ...

    2-07-2026, 15:16

  • 
  • Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

    Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan ...

    12-12-2019, 11:31

  • 
  • Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb - FOTO

    Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi ...

    1-06-2020, 14:17

  • 
  • Səhiyyə sektorunda kadr dəyişiklikləri ilə bağlı ŞOK İDDİALAR

    Səhiyyə sektorunda kadr dəyişiklikləri ilə bağlı ...

    30-03-2026, 10:05

  • 
  • Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib - Diqqət!

    Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət ...

    7-01-2019, 13:42


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu