GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub -Fotolar

Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub -Fotolar

Tarix: 8-07-2026, 13:47 Bölmə :Ölkə / Mədəniyyət Baxış: 8


İyulun 7-də AMEA Mərkəzi Elmi Kitabxanasında vətənpərvər ziyalı, əmək veteranı, xeyriyyəçi Hacı Cavad Əliyevin ideya rəhbərliyi və sponsorluğu ilə ərsəyə gəlmiş, “İmza” Nəşrlər Evində nəfis tərtibatla çap olunmuş “Heydər Əliyev həyat yolu” (müəllif Sabir Hüseynov) və “Qalib xalqın ruhnaməsi” (müəllif Pünhan Şükür) kitablarının təqdimat mərasimi keçirilmişdir.


Azərbaycanın dövlət himni səsləndirildikdən və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin moderatoru, hər iki kitabın redaktoru, tarixçi, tədqiqatçı Nazim Tapdıqoğlu giriş sözü ilə çıxış edərək, tədbir iştirakçılarına kitablar və müəllifləri haqqında məlumat verdi: “Təqdim olunan “Heydər Əliyev həyat yolu” kitabında fenomenal şəxsiyyət, böyük siyasətçi Heydər Əlirza oğlu Əliyevin zəngin və mənalı ömür yolundan söhbət açılır, bəzi tanınmış ziyalıların onun haqqında xatirələri əks olunur... “Qalib xalqın ruhnaməsi” kitabında isə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Vətən müharibəsində Böyük Zəfərin qazanılmasına verdiyi mənəvi töhfələrdən bəhs edilir. Özəlliyi də ondan ibarətdir ki, bu kitab, özünün əhatə etdiyi mövzuya ölkəmizin suverenliyinin tam bərpasından sonrakı, yeni reallıq prizmasından yanaşmanı ortaya qoyur...”


Tədbirin aparıcısı daha sonra kitabların ideya rəhbəri və nəşrinin sponsoru Hacı Cavad Əliyev barəsində danışdı: “Doğma Neftçala rayonunda el ağsaqqalı kimi tanınan, ölkənin dini ictimaiyyəti arasında nüfuza malik Hacı Cavad Mirzağa oğlu uzun müddət Qafqaz Müsəlmanları İdarəsinin vacib strukturlarından birində məsul vəzifədə işləmiş, 1990-cı ilin 20 Yanvar hadisələrində, azadlıq mücadiləsi aparan xalqımızın hüznlü günlərində Şeyx Hacı Allahşükür Paşazadə və digər vətənpərvər ziyalılarla çiyin-çiyinə olmuşdur. O, həm də Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhid olmuş, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda" medalı ilə təltif olunmuş rəhmətlik leytenant Mirzağa Məmmədbağır oğlu Əliyevin əmisidir...”


Sonra söz müəlliflərə verildi.


Sabir Hüseynov öz nitqində vurğuladı ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana həm birinci, həm də ikinci dəfə rəhbərlik etdiyi illər Azərbaycan tarixinin şərəfli səhifələrini təşkil edir və ulu öndərin irsinə və həyat yoluna həsr olunmuş nəşrlər indiki və gələcək nəsillər üçün dövlətçilik tariximizin, dahi rəhbərin uğurla müəyyənləşdirdiyi siyasi prioritetlərimizin öyrənilməsi və dəyərləndirilməsi baxımından həmişə əhəmiyyətli sayılacaq.


Pünhan Şükür çıxışında qeyd etdi ki, əhalisinin say tərkibində müsəlmanların dominant çoxluq təşkil etdiyi Azərbaycan cəmiyyətində dinlərarası və konfessiyalararası tolerant mühitin formalaşmasına, azad və müstəqil konfesional baxış və düşüncələrə Qafqaz Müsəlmanları İdarəsi əhəmiyyətli töhfə vermişdir: “Vətən müharibəsində Şanlı Qələbənin əldə edilməsində xalqla dövlətin birliyi, inamı nə qədər vacib idisə, iman da o qədər vacib idi. Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlıların qəlbindəki iman işığının öləziməməsi, onun daim parlaması üçün mümkün olan hər şeyi etmişdir...”


Çıxış üçün söz verilən tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının professoru, Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev Azərbaycanda Hacı Zeynalabdin Tağıyev xeyriyyəçilik ənənələrinin Hacı Cavad Əliyev kimi alicənab insanlar tərəfindən davam etdirilməsini, xüsusən maarifçilik müstəvisində görülən xeyirxah işləri alqışladı. Xatırlatdı ki, qanlı 20 Yanvar hadisəsinə ilk olaraq öz münasibətini bildirən şəxslər ümummilli lider Heydər Əliyev və Şeyx Hacı Allahşükür Paşazadə olmuşlar: “Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. 1990-cı ilin 20 yanvar qırğını Azərbaycanda prosesləri dəyişdirən məhək daşı oldu. Mixail Qorbaçov ordunun şəhərə girməsinin rəsmi səbəbini Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən “islam fundamentalistləri” ilə mübarizə kimi göstərdi. O, sovet xalqına müraciətində utanmadan bildirdi ki, “Azərbaycanda islam üsul-idarəsinin bərqərar olunmasına cəhd edilib”. Məhz bu zaman Allahşükür Paşazadə Kremli, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etdi. Şeyx SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi. Bu bəyanat bütün dünyada böyük rezonans doğurdu. Odur ki, bu gün təqdim olunan kitablarda həmin hadisələrə bir daha işıq tutulması təqdirəlayiq addımdır...”


Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri namizədi Əhməd Əhmədov çıxışında əbədiyaşar lider Heydər Əliyev haqqında yazdığı məqaləyə “Heydər Əliyev həyat yolu” kitabında yer ayırdıqlarına görə sponsora və müəllifə təşəkkürünü bildirdi. Qeyd etdi ki, dahi şəxsiyyətin siyasi müdrikliyi, məqsədyönlü siyasi strategiyası dövlətimizin və xalqımızın gələcək intibahı üçün əsl bünövrə olmuşdur...


AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Memarlar ittifaqının üzvü, memarlıq namizədi Rizvan Qarabağlı öz çıxışında yada saldı ki, Heydər Əliyev gənc yaşlarından memarlıq sənətinin vurğunu olmuş, SSRİ xalqlarını simasızlaşdırmaq məqsədi daşıyan sovet mərkəzi hakimiyyətinin tələblərinin ziddinə olaraq, memarlarımızın qarşısına müasirliklə bərabər milli xüsusiyyətləri əks etdirən əsərlər ortaya qoymalarını istəmişdir. Rizvan Qarabağlı xüsusi vurğuladı ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisindəki erkən orta əsr alban məbəd və kilsələrində ermənilərin məkrlə əlavə etdikləri nişanələrin aşkarlanması, düşmənin pozub saxtalaşdırdığı alban yazıları və simvollarının bərpası işi səliqəli şəkildə həyata keçirilməli, qədim memarlıq abidələrinin adları, inşa tarixləri, koordinatları yenidən sənədləşdirilərkən səhvlərə yol verilməməlidir.


Sonra tədbirin ən ahıl iştirakçısı, nəğməkar şairə Şərafət Dağıstanlı toplantının ruhuna uyğun şeirlərini söylədi.


Təqdim olunan yeni publisistik nəşrlərin yaradıcı heyət üzvlərindən jurnalistlər Xuraman Quliyeva, Rizvan Əhmədli çıxışlarında bildirdilər ki, texniki və bədii tərtibatı üzərində çalışdıqları kitablarda ehtiva olunan mövzuların əhəmiyyəti onların işinin məsuliyyətini və şövqünü daha da artırmışdır.


Hacı Cavad Əliyev yekun nitqi söyləyərək, dəvəti qəbul edib təqdimat mərasiminə gələn iştirakçılara – elmi ictimaiyyət və media nümayəndələrinə, tədbirin təşkilinə göstərdiyi köməkliyə görə AMEA MEK kollektivinə minnətdarlığını bildirdi. Söz verdi ki, bundan sonra da imkanı yetəcək qədər vətənin, xalqın və dövlətin mənafeyinə xidmət edən yeni nəşrlərin, istedadlı yazarların əsərlərinin işıq üzü görməsinə köməkliyini əsirgəməyəcək.


Sonda tədbir iştirakçılarına müəlliflərin imzaları ilə kitab nüsxələri bağışlanıldı və xatirə şəkilləri çəkildi.



Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pünhan Şükürün yeni kitabının “imza günü” keçirilib - VİDEO REPORTAJ

    Pünhan Şükürün yeni kitabının “imza günü” ...

    22-04-2025, 14:12

  • 
  • Heydər Əliyev Sabir Rüstəmxanlıya neçə yol açdı – “Məni çağırıb dedi ki..."

    Heydər Əliyev Sabir Rüstəmxanlıya neçə yol açdı – ...

    11-05-2014, 16:16

  • 
  • Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər

    Prezident və Birinci vitse-prezident Heydər ...

    10-05-2021, 10:11

  • 
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • Professor Vaqif Abdullayevin "İDEA-dan başladı" kitabının təqdimat mərasimi keçirilib - VİDEO

    Professor Vaqif Abdullayevin "İDEA-dan ...

    1-07-2025, 15:52


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu