GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR

Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR

Tarix: 13-07-2026, 21:43 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 10


Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində baş verən qanunsuzluq və özbaşınalıq iddialarının rezonansı günü-gündən artır. Baş verən hadisələr fonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati sektorunun müdiri, eyni zamanda sertifikasiyada imtahan rəhbəri olan Fikrət Heybətov və bu işdə əlaqəli fəaliyyətdə olduğu iddia edilən bir neçə nəfər işdən azad edilsə də, narazılıq dalğası hələ də səngiməyib.

Əldə etdiyimiz məlumata görə, hazırda bu məsələ Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi tərəfindən araşdırılır.

Artıq müxtəlif faktlarla əlaqədar olaraq bir neçə şəxsin izahatının alındığı bildirilir.

Bu barədə 30 iyun tarixində təqdim etdiyimiz ilk video reportajdan sonra, məsələdə adı hallanan Quba rayonunun Zizik kənd tam orta məktəbinin laborantı Ayna Həmidova, həmin məktəbin yeni təyin edilmiş direktoru Vəfa Paşayeva, həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü Sahil Qocayev idarə müdiri Coşqun Əliyev tərəfindən işdən azad edilib. Ondan bir neçə gün sonra isə idarənin inzibati sektorunun müdiri və imtahan rəhbəri Fikrət Heybətov da vəzifəsindən kənarlaşdırılıb.

Araşdırmalarımız nəticəsində onlarla şəxsin bu imtahanlarda nəticələrinin öncədən razılaşdırılmış formada saxtalaşdırıldığı iddia olunur.

Belə şəxslərdən birinin də Quba rayonu Aşağı Xuc məktəbinin fiziki tərbiyə müəllimi Yunis Oruc oğlu Vəliyev olduğu bildirilir. O, imtahandan 42 bal toplayıb. İddialara əsasən, bu nəticə 5800 manat vəsait qarşılığında öncədən razılaşdırılıb və imtahan zamanı sualların bəzilərinin düzgün cavabları nəzarətçilər vasitəsilə ona ötürülüb. Faktla əlaqədar olaraq Yunis Vəliyev ilə əlaqə saxlayıb münasibətini öyrəndik. O,  açıqlamasında iddiaların əsassız olduğunu və hətta bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə izahat verdiyini bildirdi.
Qeyd edək ki, Yunis Vəliyev hazırda həmin məktəbin direktor səlahiyyətlərini icra edir.


Sertifikasiya imtahanında nəticələrinin öncədən razılaşdırıldığı iddia edilən növbəti şəxs isə Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor səlahiyyətlərini icra edən Xalidşah Qədəşovdur. Onun da imtahanda keçid balı ilə təmin edilməsinin eyni mexanizmlə baş tutduğu — yəni imtahanın gedişi zamanı bəzi sualların düzgün cavablarının nəzarətçilər tərəfindən ona ötürüldüyü iddia olunur.


Xaçmazda keçirilən sertifikasiya imtahanlarının nəticələrinin saxtalaşdırılması prosesində adı ən çox hallanan şəxslərdən birinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Emin Əlyarov olduğu bildirilir. İddialara görə, o, imtahanların başlamasından bir müddət əvvəl məktəb direktorlarına müraciət edərək, bu imtahanda kim keçid balı və yaxud uğurlu nəticə (51 baldan yuxarı) istəyirsə, köməklik göstərə biləcəyini təklif edib.

Məsələ ilə əlaqədar olaraq adı çəkilən Emin Əlyarovla əlaqə saxlayıb münasibətini öyrəndik. O, verdiyi açıqlamada bu iddiaların tamamilə əsassız olduğunu qeyd etdi.

Əlimizdə rəsmi video-görüntü və ya birbaşa maddi sübutlar olmasa da, apardığımız araşdırmalara və əldə etdiyimiz məlumatlara əsasən, Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində onlarla şəxsin keçid balı və 51 baldan yuxarı uğurlu nəticə alması üçün imtahan gedişatına kənar müdaxilələrin edildiyi güman edilir.

Əldə etdiyimiz məlumatlara görə bu imtahanda adı siyahıda olmayan bir neçə şəxs imtahana nəzarətçi kimi salınıb./7Times.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...

    Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR... ...

    3-07-2026, 10:53

  • 
  • Quba-Xaçmaz Regional Təhsil İdarəsinə bağlı məktəblərdə vakansiyaların gizlədildiyi iddia olunur

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinə bağlı ...

    2-02-2026, 21:53

  • 
  • Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?

    Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli ...

    19-02-2026, 22:46

  • 
  • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş - Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri ...

    22-02-2024, 11:07

  • 
  • Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var

    Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var ...

    13-02-2017, 14:20


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu