Tanınmış YAP-çı jurnalist, Araz Media Qəzetinin və Xəbər Portalının rəhbəri Fariz Quliyev həmkarına dəstək ifadə edib. Gundemxeber.com bildirir ki, o, öz sosial şəbəkə hesabında Yeni Azərbaycan Partiyasının üzvlük sıralarından ayrılaraq, yeni yaradılacaq partiyada təmsil olunacağını bildirib:
"Əziz dostlar, bildirmək istəyirəm ki, uzun illərin dostu, həmkarım İsmayıl Nadirxanlının yeni partiya qurması üçün yaratdığı təşəbbüs qrupunda mən də iştirak etmək istədiyimi bildirdim. Təbii ki, o da bundan məmnunluq duyacağını ifadə etdi. Düşünürəm ki, siyasətdə gəncliyin, yeni nəfəsin gəlməsi vacib amildir. Bu səbəbdən, ölkənin ictimai-siyasi həyatına özünəməxsus rolu, dəsti xətti olan İsmayıl qardaşımın yanında dayanmaq istəyirəm. Əziz həmvətənlərim, Yeni Azərbaycan Partiyasından istefa verərək, yeni yaradılacaq partiyanın quruculuğunda iştirak etmək istəyim yanlış anlaşılmasın. Bizlər zatən dövlətimizə və dövlətçiliyimizə bağlı, sadiq adamlarıq. Məqsəd hər zaman olduğu kimi, dövlətimizə daha yaxından, daha çox töhvə vermək, dövlətçiliyimizin, milli kimliyimizin qorunmasında xidmət göstərməkdir! "
Qeyd edək ki, ötən gün tanınmış jurnalist, Mərkəz Tv -nin rəhbəri İsmayıl Nadirxanlı mətbuatda çıxış edərək, yeni partiyanın yaradılması istiqamətində təşəbbüs qrupunu formalaşdırdığını bəyan edib. Partiyanın məqsəd və məramından bəhs edən İ.Nadirxanlı hələ ki, partiyanın adını açıqlamayıb.
Bəzi mənbələrdən aldığımız məlumata görə, partiyada sürpriz isimlər təmsil olunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?