GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Erməni idmançılar Bakıya gəlməkdən NİYƏ qorxdular? – İLGİNC SƏBƏB

Erməni idmançılar Bakıya gəlməkdən NİYƏ qorxdular? – İLGİNC SƏBƏB

Tarix: 13-07-2026, 16:35 Bölmə :Ölkə / İdman Baxış: 3


Ermənistan milli komandası 27 iyul-2 avqust tarixlərində Bakıda keçiriləcək 17 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak etməyəcək. Ermənistan mediasının məlumatına görə, turnirdə digər ölkələri təmsil edən iki erməni əsilli idmançı mübarizə aparacaq. Sergey Karmryan 60 kq çəki dərəcəsində sərbəst güləş yarışında Rusiya milli komandasını, Ruslana Karapetyants isə 53 kq çəki dərəcəsində qadın güləşi yarışında Moldovanı təmsil edəcək.

Daha əvvəl bildirilmişdi ki, erməni əsilli amerikalı güləşçi Qalust Qreqori Torosyan da Bakıda keçiriləcək dünya çempionatından imtina edib.

Məlumdur ki, Bakı və İrəvan arasında sülhü prosesi davam edir. Bu proses çərçivəsində və qarşılıqlı etimad mühitinin yaradılması üçün Azərbaycan və erməni QHT-çiləri artıq iki dəfə qarşılıqlı səfərlər həyata keçiriblər. Həmçinin ölkəmizin bir sıra yüksək çinli rəsmiləri qonşu ölkədə olublar. Üstəgəl, Bakı neçə vaxtdır Ermənistana neft və digər məhsullar göndərir. Belə olan surətdə erməni idmançıların Bakıya gəlməkdən imtinası nə ilə izah edilə bilər?

Asif Nərimanlı xəbərləri - Globalinfo.az - Azərbaycan və Dünya xəbərləri.

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Musavat.com-a danışıb.

O, qeyd edib ki, Ermənistan güləşçilərinin Azərbaycana gəlməməsi qəribə görünür və bunun konkret şəkildə izah edilməməsi də maraq doğurur: “Adətən bu cür qərarlar veriləndə hər hansı səbəblə əsaslandırılır. Amma bu dəfə heç bir izah verilmədən bundan imtina edilməsi, təbii ki, suallar yaradır.

Bir qayda olaraq, idmançılarla bağlı bu cür addımlar təhlükəsizlik amilləri ilə izah olunur. Halbuki bu dəfə səbəbin məhz təhlükəsizlik olması inandırıcı görünmür. Çünki hələ Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə belə, Ermənistanı təmsil etməsələr də, müxtəlif ölkələrin heyətində çıxış edən erməni idmançılar mütəmadi olaraq Azərbaycanda keçirilən yarışlarda iştirak edirdilər və onların təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb. Hətta hər hansı xırda bir narahatlıq belə qeydə alınmayıb. Avropa Oyunları zamanı da biz bunun şahidi olmuşuq. Ondan əvvəl də müxtəlif idman növləri üzrə erməni idmançıların iştirakı ilə yarışlar baş tutub.

Digər tərəfdən, Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən biridir və bu, hər zaman belə olub. Bu kontekstdən yanaşdıqda, Ermənistan idmançılarının Azərbaycanda hər hansı təhlükəsizlik problemi ilə üzləşməyəcəyi əvvəldən bəlli idi. Başqa yandan, artıq Qarabağ məsələsi başa çatıb və iki ölkə arasında sülh danışıqları, sülh prosesi kifayət qədər irəliləyib. Yəni, hazırda Azərbaycan və Ermənistan arasında həm rəsmi, həm də ictimai səviyyədə kifayət qədər böyük etimad mühitinin formalaşdığını görürük. Bu baxımdan, təbii ki, suallar yaranır və qərarın izah edilməməsi bu şübhələri daha da artırır”.

Asif Nərimanlının fikrincə, əslində burada söhbət məhz siyasi məsələdən gedir:

“Faktiki olaraq Ermənistan idmançılarının Azərbaycana gəlməkdən imtina etməsi bu məsələnin siyasiləşdirilməsi, daha dəqiq desək, idmanın siyasiləşdirilməsidir. Yəni, bunu bir növ Azərbaycan-Ermənistan münasibətlərindəki düşmənçilik müstəvisinə bağlamağa çalışırlar. Rəsmi şəkildə açıqlanmasa da, belə bir rəy formalaşdırmağa cəhd göstərilir. Düşünürəm ki, məsələyə siyasi prizmadan baxdıqda iki mümkün səbəb ola bilər.

Birincisi, ümumiyyətlə Ermənistan, o cümlədən erməni diasporu və lobbisi üçün idman mövzusu hər zaman Azərbaycana qarşı siyasi kampaniyanın aparılmasında əsas vasitələrdən biri olub. Bunu vaxtilə Henrix Mxitaryanın "Arsenal"ın heyətində Bakıda keçirilən Avropa Liqasının final oyununa gəlməməsi ilə bağlı beynəlxalq miqyasda aparılan kampaniyada da gördük. Bir futbolçunun Bakıya gəlməkdən imtina etməsi ətrafında qlobal müstəvidə geniş siyasi kampaniya təşkil edilmişdi. Dediyim kimi, istisna edilməməlidir ki, idman məsələsindən Azərbaycana qarşı siyasi kampaniyalarda vasitə kimi istifadə edilməsi hələ də davam edir və ya ən azı bununla bağlı niyyətlər mövcuddur”.

Siyasi şərhçi daha sonra Ermənistanın indiki hakimiyyətinin, yəni Paşinyan hakimiyyətinin son vaxtlar, xüsusilə seçkilərdən sonrakı mövqeyində bəzi diqqətçəkən məqamlara toxunub: “Bilirik ki, Paşinyan hakimiyyəti seçkiyə qədər sülhün əldə olunması ilə bağlı kifayət qədər müsbət addımlar atıb, pozitiv açıqlamalar verib. Onun seçki kampaniyası əsasən sülh gündəliyi üzərində qurulmuşdu. Seçkilərdən sonra da ritorik müstəvidə bu istiqamətdə bəyanatlar səsləndirilsə də, praktiki müstəvidə müəyyən addımlar var ki, onlar artıq müəyyən şübhələr formalaşdırır.

Məsələn, bunun əsas nümunələrindən biri təxminən iyun ayının sonunda Ermənistan Müdafiə Nazirliyinin erməni jurnalistlər üçün müharibə şəraitində təlim keçirməsi oldu. Həmin təlimlər məhz Azərbaycanla sərhəddə təşkil edildi və burada sanki yenidən müharibənin başlanması ssenarisi simulyasiya olundu. Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi, qarşılıqlı etimadın formalaşdığı bir şəraitdə belə təlimlərin keçirilməsi, üstəlik bunun seçkilərdən sonra baş verməsi kifayət qədər qəribə görünürdü və müəyyən şübhələr yaratdı.

Belə təəssürat yaranır ki, Paşinyan indiyədək sülh mövzusundan seçki məqsədləri üçün istifadə edib və artıq seçkini qazandıqdan sonra sülh danışıqları ilə bağlı müəyyən geri addımlar ata və ya bu məsələdə gözlənilməz, mövcud gündəliyə uyğun olmayan mövqe nümayiş etdirə bilər”.

Beləliklə, Asif Nərimanlı istisna etmir ki, Ermənistan idmançılarının Bakıya gəlməsinə icazə verilməməsi ilə rəsmi İrəvan bir növ Azərbaycan və Ermənistan arasında sülh prosesinin hələ də lazımi səviyyədə olmadığını nümayiş etdirməyə çalışır və yaxud beynəlxalq ictimai rəydə bununla bağlı müəyyən fikir formalaşdırmaq istəyir: “Bunlar, əlbəttə ki, yalnız ehtimallardır və biz bu ehtimalları əsasən hadisələrin hazırkı inkişafı fonunda irəli sürə bilərik. Bu məsələnin əsl səbəbinin nə olduğu, o cümlədən bu ehtimalın nə dərəcədə doğru olduğu hadisələrin sonrakı inkişafı ilə daha aydın görünəcək.

Əgər Paşinyan hakimiyyəti bundan sonrakı dövrdə idman da daxil olmaqla, sülh gündəliyinə qarşı müxtəlif rıçaq və vasitələrdən istifadə etməyə davam edərsə, bu, Ermənistan hakimiyyətinin regiondakı sülh gündəliyinə münasibətdə yeni planının formalaşdığını söyləməyə əsas verə bilər. Amma dediyim kimi, bunu hadisələrin sonrakı inkişafında görəcəyik. Bununla belə, sərhəddə keçirilən təlimlərin ardınca Ermənistan güləşçilərinin Azərbaycana gəlməkdən imtina etməsi bu ehtimalları və şübhələri bir az da ön plana çıxarır”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni idmançılar Bakıda

    Erməni idmançılar Bakıda ...

    24-05-2019, 14:03

  • 
  • Erməni boksçular Bakıya gəlməkdən imtina etdi

    Erməni boksçular Bakıya gəlməkdən imtina etdi ...

    3-06-2016, 16:08

  • 
  • Bakıya erməni idmançılar gəlir

    Bakıya erməni idmançılar gəlir ...

    12-05-2015, 21:44

  • 
  • Azərbaycanlı idmançı ermənini diz çökdürdü

    Azərbaycanlı idmançı ermənini diz çökdürdü ...

    13-12-2012, 13:20

  • 
  • Güləşçimiz erməni idmançıya qalib gəldi

    Güləşçimiz erməni idmançıya qalib gəldi ...

    22-08-2017, 16:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu