GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Universitetlərdən marketlərə… – Məzunlar mağaza satıcısı olmaqda niyə “həvəsli”dirlər?

Universitetlərdən marketlərə… – Məzunlar mağaza satıcısı olmaqda niyə “həvəsli”dirlər?

Tarix: 22-07-2026, 11:16 Bölmə :Ölkə / Maraqlı Baxış: 72


market-satıcı

Azərbaycanda ali təhsil alan gənclərin əsas gözləntisi təbii olaraq universiteti bitirdikdən sonra ixtisasına uyğun iş tapmaqdır. Təəssüf ki, ali təhsil diplomu əldə etmək həmin gəncin asan şəkildə əmək bazarına daxil olacağı anlamına gəlmir. Bu gün minlərlə gənc məzun ya uzun müddət iş tapa bilmir, ya da ixtisasına uyğun olmayan sahələrdə çalışmağa məcbur qalır.

Rəsmi statistikaya görə, Azərbaycanda gənclər arasında işsizlik hələ də yüksək olaraq qalır. Son məlumata əsasən, 15-24 yaşlılar arasında işsizlik səviyyəsi 12,8% təşkil edir. Bu yaş qrupunda 79,8 min nəfər işsizdir ki, bu da ölkədə qeydə alınan bütün işsizlərin 28,2%-ni təşkil edir. Başqa sözlə, Azərbaycanda hər dörd işsizdən biri gəncdir ki, bura universitet məzunlarının əmək bazarına daxil olmaqda üzləşdiyi çətinliklər də təsir edir.

Elə Dövlət Məşğulluq Agentliyinin (DMA) 2018-2023-cü illəri əhatə edən “Məzunların Məşğulluq Reytinqi” bunun bariz nümunəsidir. Qurumun məlumatına görə, sözügedən dövrdə 138 min 962 nəfər ali təhsil müəssisəsini bitirsə də, onlardan 80 min 128 nəfəri işlə təmin olunub. Bu isə o deməkdir ki, məzunların 57,7 faizi əmək bazarına daxil ola bilib. Başqa sözlə, hər 10 məzundan təxminən 4-ü məzun olduqdan sonra rəsmi iş tapa bilməyib.

Lakin statistikada diqqət çəkən əsas məqam məzunların öz ixtisasından fərqli sahələrə, daha dəqiq desək pərakəndə ticarət şəbəkələrinə üz tutmasıdır. DMA-nın məlumatları göstərir ki, ali məktəb məzunlarını ən çox işə qəbul edən iqtisadi fəaliyyət növlərindən biri ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satış sektorudur. Bu sahədə 2 860 nəfər məzun işə qəbul olunub ki, bu göstərici təkcə Mərkəzi Bankın göstəricisindən geri qalır.

Daha aydın anlamaq qeyd olunan dövrdə məzunların işlə təmin olunduqları əsas sahələri təqdim edirik:

– Mərkəzi Bank – 3995 nəfər;

– Mağazalarda pərakəndə satış – 2 860 nəfər;

– Ümumi xarakterli dövlət idarəetməsi – 2 558 nəfər;

– Ümumi orta təhsil – 2 424 nəfər;

– Restoran fəaliyyəti – 2 251 nəfər;

– Topdansatış fəaliyyəti – 2 237 nəfər;

– Ali təhsil müəssisələri – 2 097 nəfər;

– Digər pərakəndə satış sahələri – 1 654 nəfər;

– Digər qruplara daxil edilməyən sahibkarlıq fəaliyyəti – 1 370 nəfər;

– Sosial proqramların idarə olunması – 1 037 nəfər.

Ən çox məzun işə götürən şirkətlər də elə supermarket şəbəkələridir

Ən çox məzun işə qəbul edən şirkət “Araz Supermarket” MMC olub. Şirkət araşdırılan dövrdə 1 304 məzunu işlə təmin edib.

İlk onluqda yer alan işəgötürənlər:

– Araz Supermarket – 1 304 nəfər;

– Bakı Şəhəri üzrə Təhsil İdarəsi – 1 143 nəfər;

– Kapital Bank – 1 042 nəfər;

– DOST İş Mərkəzi – 781 nəfər;

– ABC Telecom – 622 nəfər;

– McDonald’s Azərbaycan – 577 nəfər;

– Oba Market – 552 nəfər;

– Unibank – 549 nəfər;

– ANC Group – 533 nəfər;

– Azərbaycan Supermarket – 518 nəfər.

Maaşlara gəlincə, buradakı mənzərə də ürəkaçıcı deyil. Ən böyük qrup 400 manatadək əməkhaqqı alanlardan ibarətdir:

– 400 manat maaş alanlar – 50667 nəfər;

– 401-500 manat maaş alanlar– 12228 nəfər;

– 501-650 manat maaş alanlar – 8199 nəfər;

– 651-800 manat maaş alanlar– 4394;

– 951 – 1100 manat maaş alanlar – 976;

– 1251-1400 maaş alanlar – 346 nəfər;

– 1401-1550 maaş alanlar– 0;

– 1551 manatdan yuxarı – 666 nəfər.

İqtisadçı Xalid Kərimli şərhində bildirib ki, ali məktəb məzunlarının daha çox marketlərdə çalışmasının bir neçə səbəbi var.

Onun sözlərinə görə, ilk səbəb ticarət sektorunda işə qəbul üçün giriş baryerinin aşağı olmasıdır. Belə ki, digər sahələrdə işə qəbul zamanı namizədlərdən peşəkar bilik, ixtisas hazırlığı və iş təcrübəsi tələb olunduğu halda, supermarketlərdə bu tələblər daha azdır.

“Universiteti yeni bitirən və ya qiyabi təhsil alan tələbələrin işləməyə ehtiyacı olur. Gənclər ailədən asılı olmamaq üçün gəlir əldə etməyə çalışırlar. Marketlərdə isə işə qəbul üçün xüsusi iş təcrübəsi və ya dərin ixtisas biliyi tələb edilmir. Kompüterdən elementar istifadə bacarığın, hesab aparmaq bacarığın varsa, işə qəbul olunmaq mümkündür. Əmək bazarına yeni daxil olan gəncin digər sahələrdə tələb olunan yüksək peşə tələblərinə cavab verməsi isə çətindir”, – deyə iqtisadçı bildirib.

X. Kərimlinin sözlərinə görə, supermarket şəbəkələrinin sayının artması da bu sektorda işçi tələbatını yüksəldir: “Bakıda əhali artdıqca, insanların yaşayış səviyyəsi yüksəldikcə ənənəvi bazarlara maraq azalır. İnsanlar vaxt itirmədən evlərinə yaxın marketlərdən alış-veriş etməyə üstünlük verirlər. Supermarket şəbəkələri genişləndikcə yeni iş yerləri və vakansiyalar yaranır. Bu baxımdan tələbələrin və yeni məzunların daha çox marketlərdə, kuryer və digər xidmət sahələrində işləməsi təəccüblü deyil”.

İqtisadçı hesab edir ki, problemin digər mühüm səbəbi ali təhsil sistemi ilə əmək bazarı arasında mövcud olan uyğunsuzluqdur: “Universitet təhsilinin keyfiyyəti ilə bağlı məsələlər də var. Universitetlər tələbələri əmək bazarına kifayət qədər yaxşı hazırlamır. Diplom alan tələbə ya öz ixtisasını kifayət qədər yaxşı bilmir, ya da həmin ixtisasa uyğun iş tapa bilmir. Nəticədə mağazalarda və xidmət sektorunda işləməyə üstünlük verir. Bu, ali təhsil sistemi ilə əmək bazarı arasında olan problemləri ortaya qoyur”.

Onun fikrincə, qeyri-neft sektorunun zəif inkişadı, yeni iş yerlərinin kifayət qədər açılmaması da məzunların seçim imkanlarını məhdudlaşdırır: “Əgər ölkədə daha çox iş yeri açılsa, işəgötürənlər universiteti yeni bitirmiş gəncləri də işə qəbul edib təlim keçməyə maraqlı olarlar. Amma yeni iş yerləri az olduğu üçün işəgötürənlər daha təcrübəli namizədləri seçirlər. Yeni məzunlar isə həmin vakansiyalar uğrunda rəqabət aparmaqda çətinlik çəkir və nəticədə marketlərə, xidmət sektoruna yönəlirlər”.

X. Kərimli əlavə edib ki, ticarət sektorunda kadr dövriyyəsinin yüksək olması da marketlərdə vakansiyaların daim açıq qalmasına səbəb olur: “Mağazalarda, xidmət və ticarət sektorunda kadr dövriyyəsi yüksəkdir. İşə qəbul üçün giriş rahat, maaşlar isə çox yüksək olmadığına görə insanlar daha yaxşı maaşlı və ya ixtisaslarına uyğun iş tapan kimi iş yerlərini dəyişirlər. Tələbələr də bu işlərə daha çox müvəqqəti məşğulluq kimi baxırlar. Bu səbəbdən supermarketlərdə davamlı olaraq yeni vakansiyalar yaranır”.

Digər tərəfdən, Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, Azərbaycanda ümumən özəl sektorda çalışanların əsas hissəsi ticarət sahəsində cəmləşib.

2025-ci ilin ilk rübünün sonunda qeyri-dövlət sektorunda çalışan 928 min muzdlu işçinin 329,6 min nəfəri ticarət və nəqliyyat vasitələrinin təmiri, 238,1 min nəfəri isə birbaşa pərakəndə satış sahəsində fəaliyyət göstərib. Bu o deməkdir ki, özəl sektorda çalışan hər dörd nəfərdən biri marketlərdə və digər pərakəndə satış müəssisələrində işləyir./azpolitika.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi aşağı salınacaq

    Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi ...

    27-01-2015, 23:33

  • 
  • Yüz milyonlarla işsizlər ordusu

    Yüz milyonlarla işsizlər ordusu ...

    24-01-2013, 10:22

  • 
  • Azərbaycanda universitet bağlandı

    Azərbaycanda universitet bağlandı ...

    8-09-2015, 15:17

  • 
  • İşsizlərə sığorta pulu veriləcək

    İşsizlərə sığorta pulu veriləcək ...

    17-11-2015, 13:47

  • 
  • Azərbaycandan xaricə gedən bu şəxslər geri qaytarılır - DİQQƏT

    Azərbaycandan xaricə gedən bu şəxslər geri ...

    27-11-2019, 16:14


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu