GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

Tarix: 16-07-2026, 21:12 Bölmə :Ölkə / Bölgə Baxış: 4

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 09.07.2026-cı ildə dövlət satınalmalarının portalında keçirilmədən 3 satınalma müqaviləsi bağlayıb.

İnşaat materiallarının satınalması üzrə 102.578,58 manat dəyərində müqavilə “TEXNOPARK AS” MMC ilə bağlanılıb. (tərəflər arasında İnşaat materiallarının satınalınması ilə əlaqədar 05.09.2025-ci il tarixdə dərc edilmiş açıq tender prosedurunda qalib olmuş “Texnopark AS” MMC (VÖEN 1306544151) ilə 01.12.2025-ci il tarixdə 102.578,58 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır. Burada qiymətlərin qəpiyinə qədər eyni olması suallar yaradır)

Qaraməmədli-1 nasos stansiyasında nasos stansiya binasının əsaslı təmiri üzrə 158.488,18 manat dəyərində müqavilə “AZMEK-LTK” MMC ilə bağlanılıb.  (tərəflər arasında “Qaraməmmədli-1 nasos stansiyasında nasos stansiya və gözətçi binasının, təzyiqli plastik boru xəttinin (D=250 mm; L= 1200 p/m) əsaslı təmiri işləri”nin satın alınması üzrə 158.488,18 manat dəyərində bir müqavilə də 24.06.2024-cü ildə bağlanılıb. Burada 2024-cü ildə bağlanan müqavilə ilə 2026-cı ildə bağlanan müqavilənin qiymətinin qəpiyinə qədər eyni olması şübhə doğurmaya bilmir)

Nurallar kəndi №1,Rüstəmli kəndi№236,Qaramanlı kəndi №223,qaramanlı kəndi №117,Xaldan kəndi №186,Xaldan kəndi №150,Xaldan kəndi №506,reper nömrəli quyularının iş rejiminin bərpası üzrə 243.879,26 manat dəyərində müqavilə “İQBAL-R” MMC ilə bağlanılıb.

Qeyd edək ki, mediada “İQBAL-R” MMC-nin müxtəlif rayonlarda subartrzian quyularının qazılması üzrə şişirdilmiş qiymətlərlə onlarla tenderin qalibi olması barədə təkzib edilməmiş məlumatlar var.

Rəsmi məlumatlarda “İQBAL-R” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.02.2010-cu il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, M.HÜSEYNZADƏ, ev 66, qanuni təmsilçisi kimi isə Zeynalov Rahim Zahid oğlu qeyd olunub. Amma qeyri rəsmi məlumatlara görə MMC-nin arxasında Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin keçmiş rəisi Atamoğlan Babayev dayanır.

Göründüyü kimi Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 3 satınalma müqaviləsini dövlət satınalmalarının vahid internet portalında keçirilmədən bağlayıb. Bununla bağlı Qanun nəyi tələb edir.

“Dövlət Satınalmaları Haqqında” Qanununun15.1.-ci maddəsində göstərilir: Bu Qanunuun 3.12-ci  və 15.3-cü maddələrinin (Məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir) tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.

Onda Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bu satınalmaları nə üçün dövlət satınalmalarının vahid internet portalında keçirməyib?

Çünki, qurumun müqavilə bağladığı MMC-lər birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən və Regional Su Meliorasiya Xidmətindən idarə olunur. Adı çəkilən dövlət qurumları sözügedən şirkətlərlə hər il dəyəri milyonlarla manata çatan onlarla satınalma müqavilələri bağlayırlar.

Qeyd edək ki, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudovdu. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 2025-ci ilin aprelində təyin edilib. Medianın yaydığı məlumata görə əvvəllər Agentliyin strukturlarında məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq baş mühasib Elçin Yusifov bildirdi ki, göstərilən satınalmalarda heç bir qanun pozuntusuna yol verilməyib. Həmin müqavilələr bağlandığda Tural Mahmudov bu idarədə işləməyib. İnşaat materiallarının satınalması və Qaraməmədli-1 nasos stansiyasında əsaslı təmiri üzrə 2024-2025-ci ilərdə bağlanmış müqavilələr yarımçıq qaldığından biz həmin işin davamı olaraq yenidən müqavilə bağlamışıq. Burada heç bir qanunsuzluğa yol verməmişik.

Xatırladaq ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə həmin Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma predmetinin adı, miqdarı, həcmi, ətraflı təsviri, zəruri texniki və keyfiyyət xüsusiyyətləri (o cümlədən planlar, çertyojlar və eskizlər), göndərilməsi (görülməsi və ya göstərilməsi) yeri, proqnozlaşdırılan icra qrafiki və son tarixi şərtlər toplusunda öz əksini tapmalıdır.

Yəni tərəflər arasında bağlanmış müqavilənin icrası şərtlər toplusunda göstərilən müddətdə başa çatmalıdır. Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 iş günü müddətində baxılır.

Bəs necə olur ki, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyası 2024 və 2025-ci ildə bağladığı və yarımçıq qalmış iş üzrə yenidən tender keçirir?

Digər tərəfdən sözügedən Qanuna görə satınalmanın maliyyələşdirilməsi dayandırıldıqda(36.1.6.) satınalma ləğv edilməlidir. Amma Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyası tərfindən satınalmanın hansı səbəbdən dayandırılması barədə satınalmaların portalında heç bir məlumat verilməyib.

Bağlanmış müqavilə üzrə öhtəlikləri təchiçatçı pozarsa satınalan təşkilat dərhal nəzarət orqanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin ə məlumat verməldir. Nəzarət orqanı isə öhdəlikləri yerinə yetirə bilməyən təzhizatçı barədə qqanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

Əgər müqavilə üzrə öhtəliklər satınalan təşkilat tərəfindən pozularsa, satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə dəbbə pulu hesablanır.

Buradan da ortaya bir çox suallar çıxır.Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən “TEXNOPARK AS” və “AZMEK-LTK” MMC arasında 2024-2025-ci illərdə bağlanmış müqavilələr niyə vaxtında icra olunmayıb. Müqavilədən gələn öhdəlikləri kim pozub.  Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov köhnə rəislərin qaranlıq işlərini ört basdır edir, yoxsa../aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

    Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili ...

    10-10-2025, 22:45

  • 
  • 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

    5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi ...

    1-04-2025, 23:46

  • 
  • “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

    “Koordinat Construction” MMC tenderləri niyə elə ...

    3-03-2026, 14:18

  • 
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

    Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar ...

    11-12-2025, 23:44

  • 
  • Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır -İLGİNC FAKTLAR

    Universal “CAUCASİAN SUPPLİES” MMC-yə ...

    18-08-2025, 18:11


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu