Gundemxeber.az » Ukrayna Rusiyanın strateji obyektlərini VURDU
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 16-da və 17-nə keçən gecə ölkənin müdafiə qüvvələri tərəfindən Rusiyanın bir sıra hərbi və hərbi-iqtisadi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Gundemxeber.com xəbər verir ki, hücumlar nəticəsində Rusiyanın mərkəzi hissəsində yerləşən ən böyük müəssisələrdən biri - Yaroslavldakı "Slavneft-YANOS" neft emalı zavodu vurulub və zərbədən sonra obyektdə yanğın başlayıb.
Bundan əlavə, Kerçdə iki tanker (o cümlədən biri qazdaşıyan gəmi), bir yedək gəmisi, 10410 "Svetlyak" layihəli keşikçi gəmisi və "TES-Terminal-1" neft terminalı, həmçinin Donetsk vilayətindəki "Şaxtersk" neft bazası hədəfə alınıb.
Ukrayna Silahlı Qüvvələri işğal altındakı Donetsk vilayətində Rusiya qoşunlarına məxsus dəmir yolu körpüsünə, maddi-texniki təminat anbarına və komanda-müşahidə məntəqəsinə də zərbələr endirdiyini bəyan edib.
Gundemxeber.com
12-08-2016, 00:42
6-08-2025, 14:24
9-02-2026, 18:12
22-12-2022, 21:09
3-09-2014, 13:43
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?