GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT

"Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT

Tarix: Bu gün, 20:23 Bölmə :Cəmiyyət Baxış: 0

Bakıda fəaliyyət göstərən bəzi kafe və restoranlar bağlanıb. Məlumata görə, “Mytcha” (Tarqovı), “Pivnaya Apteka” (Port Baku), “CEO’s Lounge” (Ağ Şəhər), “Milk Lab” (Ağ şəhər) və “Turco Burrito” (Tarqovı) kimi məşhur məkanlar fəaliyyətini dayandırıb. Bu barədə məlumatı “Tipik İqtisadçı-Ekspert” yayıb.
 
Bundan başqa, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan iş adamı İlyas Möhnətovun kafesinin də fəaliyyətini dayandırdığı bildirilir. Qeyd edək ki, İ.Möhnətovun ötən günlərdə qadın geyim mağazası da bağlanıb.

Kafe və restoranların ardıcıl şəkildə bağlanması paytaxtda ictimai iaşə sektorunda vəziyyətin necə olduğu ilə bağlı suallar yaradıb. Bəs əsas səbəblər nələrdir? Yüksək icarə haqları sahibkarların fəaliyyətinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Bakıda bəzi restoran və kafelərin bağlanmasını yalnız müştəri sayının azalması ilə izah etmək olmaz. Onun sözlərinə görə, əsas amillərdən biri xərclərin sürətlə artmasıdır:

“ İcarə haqları, əməkhaqqı, kommunal ödənişlər, ərzaq və digər məhsulların qiymətləri yüksəldikcə restoranların maya dəyəri artır. Xüsusilə şəhərin mərkəzində və prestijli ərazilərdə yüksək icarə xərcləri biznes üçün ciddi yük yaradır.
Digər tərəfdən, müştərinin restoranlara ayırdığı büdcə əvvəlki kimi deyil. Ərzaq və digər gündəlik xərclərin artması insanların gəlirlərinin daha böyük hissəsini zəruri ehtiyaclara yönəltməsinə səbəb olur. Nəticədə restoranda yemək, qəhvə və digər xidmətlərə çəkilən xərclər azala bilir. Restoran üçün isə müştəri sayının nisbətən kiçik azalması belə, yüksək sabit xərclər səbəbindən ciddi maliyyə problemi yarada bilər”.

İqtisadçı vurğulayıb ki, sektorda rəqabət də kifayət qədər güclüdür:

“Bakıda son illərdə kafe və restoranların sayı artıb və müştəri uğrunda mübarizə sərtləşib. Eyni auditoriyaya hesablanan çoxsaylı məkanların olması bəzi obyektlərin kifayət qədər dövriyyə əldə etməsinə imkan vermir. Sosial şəbəkələrdə məşhur olmaq da biznesin mütləq gəlirli olması demək deyil. Tanınmışlıq müştəri axını yarada bilər, amma xərclər gəlirlərdən yüksəkdirsə, belə məkanın uzun müddət fəaliyyət göstərməsi çətinləşir”.

A.Nəsirli əlavə edib ki, digər mühüm məsələ qiymət və keyfiyyət arasındakı balansdır:

“Restoran qiymətləri artırdıqca müştəri daha çox seçim etməyə başlayır və daha münasib qiymətə alternativ məkanlara üz tutur. Buna görə də restoran sahibinin həm keyfiyyəti qoruması, həm qiyməti müştəri üçün məqbul saxlaması, həm də artan xərcləri qarşılamaq üçün kifayət qədər marja əldə etməsi getdikcə çətinləşir.
Ümumilikdə, Bakıda restoranların bağlanmasını ictimai iaşə sektorunda böhrandan daha çox bazarın yenidən formalaşması kimi qiymətləndirmək olar. Xərcləri yüksək, biznes modeli zəif və müştəri axını kifayət qədər olmayan obyektlər bazardan çıxır, daha səmərəli işləyən və qiymət-keyfiyyət nisbətini düzgün quran restoranlar isə fəaliyyətini davam etdirir. Yəni hazırkı proses həm istehlakçı davranışının dəyişməsi, həm də restoran biznesində xərclərin və rəqabətin artması ilə bağlıdır”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, bir çox hallarda obyektlər təqdimatını yeniləmək və ya rebrendinq etmək məqsədilə fəaliyyət formasını dəyişir, yeni xidmətlər əlavə edir və müvəqqəti olaraq fəaliyyətini dayandıra bilirlər.

O qeyd edib ki, bir obyektin bağlanması əslində digər yeni obyektin yaranması deməkdir:

“Elə ticarət obyektləri olur ki, onlar müəyyən müddət fəaliyyət göstərir, rəqabət nəticəsində müştərilərini itirir, müəyyən iqtisadi problemlərlə üzləşir və ya müştəri bazasının azalması, yüksək icarə haqları səbəbindən fəaliyyətini dayandırırlar. Bu, biznesdə təbii prosesdir. Tanınmış restoran və kafelərin bağlanması yeni fəaliyyətə başlayan kafe və restoranlar üçün bir şansdır ki, onlar mövcud bazarda öz müştərilərini tapsınlar”.

V.Orucun sözlərinə görə, hazırda iaşə obyektlərini işlətmək çox çətindir:

“ Çünki ilk növbədə icarə xərcləri yüksəkdir və qeyd etdiyiniz ərazilərdə bu məbləğlər həddən artıq yüksəkdir. Tanınmış brend obyektlərin, təbii ki, əhali tərəfindən tanınan və prestijli hesab edilən ərazilərdə mövqe tutması daha məqsədəuyğundur. Buna görə də həmin yerlərə yüksək icarə haqqı ödəyərək məhz orada fəaliyyət göstərirlər. Bu da təbii ki, müəyyən ticarət qarşılığı olmadığı halda uzun müddət davam etmir. Bir müddətdən sonra fəaliyyətlərini dayandırmağa məcbur olurlar.

İkincisi, belə obyektləri işlətmək üçün ərzaq məhsullarının, yanacağın və işçi əməkhaqlarının qiymətlərində də çox yüksək artım baş verib. Mövcud durum hər hansı biznesin fəaliyyətini davam etdirməsi üçün çox ciddi maddi bazasının olmasını zəruri edir. Bu baxımdan bir çox obyektin bağlanması normal hadisədir”.

V.Oruc həmçinin mövcud vəziyyətin iqtisadi böhran kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib:

“Çünki Bakı axşamlarında şəhərdəki obyektləri monitorinq etsəniz, görəcəksiniz ki, ümumiyyətlə, boş ticarət və iaşə müəssisəsi tapmaq olduqca çətindir. Əhalinin böyük hissəsi işdən sonra asudə vaxtını belə mərkəzlərdə keçirməyə üstünlük verir. Sadəcə, ola bilər ki, müştərilərin davranışları dəyişib. Prestijli yerlərdə məkanların seçilməsindən daha çox yüksək xidmət göstərən, yaxud məhsullarının keyfiyyətinə görə fərqlənən və yüksək xidmət göstərmək imkanlarına malik obyektlərə üstünlük verilir.
Onu da qeyd etmək olar ki, mövsümi təsirlər də öz rolunu oynayır. Yay aylarında insanlar xaricə üz tutur, daxili bazarlarda müəyyən qədər boşluq yaranır və müştəri bazasının azalması baş verir. Bu prosesi təbii qarşılamaq lazımdır. Bu, köhnə brendlərin sıradan çıxması, yeni brendlərin isə doğulmasıdır”.

Cəmiyyət sədri maraqlı məqam kimi qeyd edib ki, hər il göstərilən xidmətlərin qiymətləri ən azı 10 faizə qədər artır:

“Buna rəğmən yenə kafelərin, restoranların fəaliyyət göstərməsi onu göstərir ki, müştəri bazası var, tələb var və təbii ki, bu istiqamətdə fəaliyyət davam etməlidir.Yəni hazırkı situasiyanı qorxulu və təhlükəli kimi qiymətləndirməyin əleyhinəyəm. Düzdür, ölkədə müəyyən iqtisadi problemlərin olacağı barədə anonslar var və iqtisadi aktivliyin kifayət qədər olmayacağı ilə bağlı proqnozlar səsləndirilir. Buna rəğmən, obyektlərin bağlanması hər hansı süni ajiotaj yaratmamalıdır.Düşünürəm ki, ölkə iqtisadiyyatı öz yükünü, öz ağırlığını qaldıra biləcək səviyyədədir. Bunun üçün də bir sıra addımlar atılmalıdır ki, doğrudan da ölkə iqtisadiyyatı inkişaf etsin”. 

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib

    Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib ...

    6-12-2013, 18:03

  • 
  • Nazirlər Kabinetindən kafe və restoranların fəaliyyəti ilə bağlı açıqlama

    Nazirlər Kabinetindən kafe və restoranların ...

    18-12-2020, 12:31

  • 
  • Restoran, kafe və çay evləri fəaliyyətini bərpa edir - Operativ Qərargah

    Restoran, kafe və çay evləri fəaliyyətini bərpa ...

    4-05-2020, 04:28

  • 
  • Paytaxtın 129 obyektində epidemiya əleyhinə rejim pozulub

    Paytaxtın 129 obyektində epidemiya əleyhinə rejim ...

    16-09-2020, 20:52

  • 
  • Böhran Nazim İbrahimovu da vurdu - Xanımının mağazası bağlandı

    Böhran Nazim İbrahimovu da vurdu - Xanımının ...

    14-01-2016, 20:43


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (786)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu