Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı metrosunda intervallar azaldılır - Sabahdan
"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.
Gundemxeber.org bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər–Əhmədli" mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.
Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.
Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə "Avtovağzal–8 Noyabr" sahəsində 5 dəqiqə, "Xocəsən–Avtovağzal" sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.
Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.
7-07-2017, 18:51
11-09-2018, 11:00
13-09-2017, 22:46
22-03-2015, 12:16
17-09-2019, 11:16
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?