Gundemxeber.az » Ölkə » Cəmiyyət » Daha bir yolayrıcında işıqforlar quraşdırıldı
Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq işıqforlarla tənzimlənir.
Gundemxebertv.com xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol kəsişməsində 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb.
Görülən işlər nəticəsində kəsişmədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin növbəliliyi təmin olunub, qəza riski aradan qaldırılıb.
16-10-2026, 16:06
29-06-2016, 10:40
12-10-2015, 13:13
16-12-2015, 18:03
29-09-2015, 11:16
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?