Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir.
Gundemxebertv.com xəbər verir ki, eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verən rəqəmsal SIM texnologiyasıdır. Nömrə QR kod vasitəsilə birbaşa cihazda aktivləşdirilir və adi SIM kartda olduğu kimi zəng, SMS və mobil internet daxil olmaqla bütün əsas xidmətlərdən istifadə etməyə imkan verir.
eSIM-in əsas üstünlükləri sırasında bir cihazda bir neçə nömrədən istifadə imkanı, sürətli aktivləşdirmə və plastik SIM karta ehtiyacın aradan qalxması yer alır. Bu xüsusiyyətlər istifadəçilərə şəxsi və iş nömrələrini eyni cihazda daha rahat idarə etməyə imkan verir.
Yeni eSIM əldə etmək və ya mövcud Bakcell nömrəsini eSIM-ə keçirmək Bakcell tətbiqi, veb-saytı, eləcə də Müştəri Xidmətləri və rəsmi diler mərkəzləri vasitəsilə mümkündür.
11-01-2018, 21:17
1-06-2017, 12:45
1-01-2015, 18:55
28-08-2026, 13:21
20-11-2014, 19:44
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?