GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ADSEA Yengicə su anbarına mediatur təşkil edib

ADSEA Yengicə su anbarına mediatur təşkil edib

Tarix: Bu gün, 19:09 Bölmə :Cəmiyyət Baxış: 1

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi və Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin Ağsu rayonundan keçən hissəsində həyata keçirilən iri həcmli işlərlə yerində tanışlıq məqsədilə mediatur təşkili edib.

Gundemxebertv.com xəbər verir ki, mediaturda televiziyaların, xəbər saytlarının nümayəndələri, blogerlər iştirak edib. Media nümayəndələrinə hər iki layihə üzrə aparılan tikinti işləri, layihələrin texniki göstəriciləri və nəzərdə tutulan nəticələr barədə ətraflı məlumat verilib.

2 günlük təşkil edilən mediaturun birinci günü Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Yengicə su anbarının tikintisi Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq nəzərdə tutulub.

Qəbələ rayonu ərazisində, Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçayın birləşdiyi hissədə inşa edilən su anbarının ümumi həcmi 17,5 milyon kubmetrdir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edir.

Layihənin icrası nəticəsində rayon üzrə ümumilikdə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu ərazilərin 3 388 hektarında su təminatı yaxşılaşdırılacaq, 6 612 hektarında isə yeni suvarma həyata keçiriləcək.
Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb və hazırda işlər davam etdirilir.

Media nümayəndələri Şirvan suvarma kanalının tikinti meydançasında da olublar. Onlara məlumat verilib ki, Şirvan suvarma kanalının təməli 16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Hazırda istifadə olunan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. 65 ildən artıq istismar müddətində aparılan əsaslı təmir işlərinə baxmayaraq, torpaq məcrasında baş verən dəyişikliklər və hidrotexniki qurğuların istismar imkanlarının azalması su itkilərinin artmasına səbəb olub.

Layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaqdır. Layihə çərçivəsində yeni suvarma sistemlərinin yaradılması hesabına 105 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur.

Yeni Şirvan suvarma kanalının ümumi uzunluğu 204 kilometr, maksimal suötürmə qabiliyyəti isə saniyədə 180 kubmetr təşkil edəcək. Kanal boyunca müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisi də həyata keçirilir.

Layihənin icrasına 2024-cü ildə başlanılıb. Hazırda tikinti işləri dörd mərhələ üzrə davam etdirilir. İnşası nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır. Ümumilikdə, kanalın 134 kilometr hissəsində qazıntı işləri görülüb, 113 kilometr hissəsi beton üzlüklə örtülüb.

Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Media nümayəndələri hər iki layihə çərçivəsində görülən işləri əks etdirən reportajlar hazırlayaraq müxtəlif media orqanları, sosial şəbəkələr vasitəsilə ictimaiyyəti ətraflı məlumatlandırıblar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərov: "İlham Əliyevin verdiyi tapşırıqlar..."

    Kəmaləddin Heydərov: "İlham Əliyevin verdiyi ...

    12-02-2016, 19:24

  • 
  • Kəmaləddin Heydərov: "İlham Əliyevin verdiyi tapşırıqlar..."

    Kəmaləddin Heydərov: "İlham Əliyevin verdiyi ...

    12-02-2015, 19:24

  • 
  • Prezident sərəncam imzaladı: 11.8 milyon manat ayırıldı

    Prezident sərəncam imzaladı: 11.8 milyon manat ...

    19-08-2017, 15:56

  • 
  • Sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb

    Sudan xüsusi məqsədlər üçün istifadəyə görə ...

    1-09-2026, 13:10

  • 
  • Azərbaycan prezidenti İsmayıllı və Qəbələ rayonlarına səfər edib

    Azərbaycan prezidenti İsmayıllı və Qəbələ ...

    23-09-2014, 00:53


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (978)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu