Gundemxeber.az » Ölkə » Cəmiyyət » MDU-da elmi karyeraya dəstək - Rektor onlarla görüşdü
2026-cı ilin noyabrın 4-də Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov doktoranturaya hazırlaşan universitet əməkdaşları üçün ödənişsiz ingilis dili dərslərinin başlanması ilə əlaqədar iştirakçılarla görüşüb.
Gundemxebertv.com xəbər verir ki, görüşdə əməkdaşların doktorantura təhsilinə hazırlığı, xarici dil biliklərinin təkmilləşdirilməsi və elmi-tədqiqat fəaliyyətində akademik ingilis dili bacarıqlarının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Rektor iştirakçıların hazırlıq prosesi ilə bağlı fikirlərini və gözləntilərini dinləyib. Görüş əməkdaşların akademik inkişaf ehtiyaclarının müzakirəsi, hazırlıq imkanları barədə məlumatlandırılması və onların elmi fəaliyyətə marağının dəstəklənməsi baxımından əhəmiyyət daşıyıb.
Görüş zamanı iştirakçılara doktoranturaya qəbul üzrə xarici dil imtahanının formatı, qiymətləndirmə meyarları və əsas tələbləri barədə ətraflı məlumat verilib. Səmərəli hazırlıqla bağlı tövsiyələr səsləndirilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb. Sonda rektor Anar Eminov hər bir iştirakçıya hazırlıq prosesində və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
MDU-nun Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçiriləcək ingilis dili dərsləri doktoranturaya hazırlaşan universitet əməkdaşları üçün tam ödənişsiz olacaq. Dərslər həftədə üç dəfə onlayn və ənənəvi formatlarda təşkil ediləcək. Bu yanaşma əməkdaşların hazırlıq imkanlarına çıxışının asanlaşdırılmasına və tədris prosesində çevik iştirakına şərait yaradacaq.
Məşğələlər doktoranturaya qəbul imtahanına hazırlıqla yanaşı, doktorantura təhsili və elmi-tədqiqat fəaliyyəti üçün zəruri olan akademik ingilis dili bacarıqlarının inkişafına yönəlib. Dərslər çərçivəsində iştirakçıların ingilisdilli elmi mənbələrlə işləmək, akademik mətnlər yazmaq və elmi mövzularda ünsiyyət qurmaq bacarıqlarının gücləndirilməsi nəzərdə tutulur. Təşəbbüs universitet əməkdaşlarının davamlı peşəkar inkişafının dəstəklənməsinə, keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinə və elmi potensialının gücləndirilməsinə xidmət edir. Ödənişsiz hazırlıq imkanının yaradılması əməkdaşların akademik inkişafında bərabər imkanların təşviqinə, beynəlxalq elmi ədəbiyyata çıxışının və elmi əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verməyi hədəfləyir.
14-11-2019, 10:16
11-08-2026, 19:11
23-10-2026, 09:32
23-01-2019, 11:40
17-08-2026, 13:46
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?