Gundemxeber.az » Ölkə » Cəmiyyət » AƏSMA-da həmkarlar ittifaqlarının inkişaf yoluna həsr olunmuş tədbir keçirilib
Azərbaycanda həmkarlar ittifaqlarının yaranmasının 121-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Həmrəylik: tarixdən gələcəyə doğru” tədbiri keçirilib.
Gundemxebertv.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Konfederasiyanın Aparat rəhbəri Ayaz Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai təşkilatların fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti vurğulayıb, həmkarlar ittifaqları hərəkatının yaranma və inkişaf tarixindən, əmək hüquqlarının müdafiəsində rolundan bəhs edib. Ayaz Əliyev həmçinin həmkarlar ittifaqları sistemində səmərəliliyin daha da artırılması məqsədilə son illər aparılan islahatlar, tətbiq olunan innovativ yeniliklər, rəqəmsallaşma prosesi və sosial layihələr barədə məlumat verib.
AƏSMA-nın rektor vəzifəsini icra edən Fərid Babayev həmkarlar ittifaqlarının gənclərlə iş sahəsində fəaliyyətindən söz açıb, ittifaq üzvlərinin bilik və bacarıqlarının artırılması, ali təhsil müəssisəsində ixtisaslı kadr hazırlığı, eləcə də tədris prosesinin dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Akademiyanın Həmkarlar ittifaqı komitəsinin sədri Nailə Qəhrəmanova və AƏSMA-nın tələbəsi, AHİK könüllüsü Zakir Əhmədli isə həmkarlar təşkilatının kollektivdə sağlam əmək münasibətlərinin möhkəmləndirilməsindəki rolundan, Konfederasiyanın gənclərə yönəlmiş təşəbbüslərindən danışıblar.
Proqram çərçivəsində Konfederasiyanın sektor müdiri Mətanət Musayeva “AHİK Plus” layihəsini təqdim edib. Sonra Azərbaycanda həmkarlar hərəkatının inkişaf yoluna həsr olunmuş film və “AHİK Plus” layihənin üstünlüklərini əks etdirən videoçarx nümayiş olunub.
26-10-2026, 19:48
30-12-2013, 01:17
30-10-2026, 19:04
24-01-2017, 20:28
16-09-2024, 23:11
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?