GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » BDU-da Azərbaycan radiosuna həsr olunmuş konfrans keçirilir

BDU-da Azərbaycan radiosuna həsr olunmuş konfrans keçirilir

Tarix: Dünən, 19:23 Bölmə :Cəmiyyət Baxış: 3


Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş  “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfransı öz işinə başlayıb.

Gundemxebertv.com xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev xalqımızın ictimai-mədəni həyatında mühüm yer tutan Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Rektor Azərbaycan radiosunun 100 illik yubileyinin məhz BDU-da qeyd olunmasının təsadüfi olmadığını bildirib. Azərbaycan radiosunun təşəkkülü və inkişafı BDU ilə sıx bağlıdır. Radionun ilk əməkdaşları, o cümlədən ilk diktorlarının əksəriyyəti Bakı Darülfünununun, yəni Bakı Dövlət Universitetinin məzunları olublar. Onlar Azərbaycan radiojurnalistikasının peşəkar ənənələrinin formalaşmasına mühüm töhfələr veriblər. BDU uzun illər radio və televiziya üçün ixtisaslı jurnalist kadrlarının hazırlanmasında aparıcı rol oynayıb. Bununla yanaşı, radio və televiziya jurnalistikasının nəzəri və praktik problemlərinin elmi baxımdan araşdırılmasında BDU-nun Jurnalistikası fakültəsinin alimləri mühüm xidmətlər göstəriblər.

BDU rektoru vurğulayıb ki, ölkəmizdə radio uzun müddət ictimai-siyasi informasiya və təbliğatın başlıca vasitələrindən biri kimi fəaliyyət göstərib. Sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, o, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin və ana dilimizin qorunub yaşadılmasında mühüm rol oynayıb: “Bu gün Azərbaycan radiosunun qarşısında zəngin ənənələri qorumaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf etmək, yeni nəsillərin maraq və ehtiyaclarına cavab vermək kimi mühüm vəzifələr dayanır. Xüsusilə tarixi əhəmiyyətli hadisələrin işıqlandırılmasında, ictimai fikrin formalaşmasında və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında radionun rolu böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti milli teleradio yayımının zəngin tarixi ənənələrini qorumaqla onun müasir informasiya məkanının tələblərinə uyğun inkişafına əlverişli şərait yaradır. İnanırıq ki, bir əsrlik şərəfli tarixə, zəngin peşəkarlıq ənənələrinə malik Azərbaycan radiosu bundan sonra da milli mədəniyyətimizin, ana dilimizin, elmimizin və maarifçiliyimizin inkişafına dəyərli töhfələr verəcək”.

Azərbaycan radiosunun tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.      
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir. 

Azərbaycan radiosunun bir əsrlik inkişaf yolu milli mətbuat tarixinin ən şərəfli səhifələrindəndir. Bu yubileyə həsr olunmuş konfrans yalnız keçmişə nəzər salmaq deyil, həm də gələcəyin media mənzərəsini elmi müstəvidə müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Əhməd İsmayılov diqqətə çatdırıb ki, 1926-cı il noyabrın 6-da Bakı səmasında səslənən ilk radio efiri xalqın ictimai, mədəni və mənəvi həyatında yeni mərhələnin başlanğıcı olub. Ötən bir əsr ərzində Azərbaycan radiosu milli yaddaşın, mədəni irsin və mənəvi xəzinənin qorunmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, radionun ən böyük xidmətlərindən biri Azərbaycan ədəbi dilinin saflığının qorunması, orfoepik normalarının formalaşması və geniş xalq kütlələrinə çatdırılmasıdır.

Şura sədri rəqəmsallaşmanın radionun ənənəvi funksiyalarını aradan qaldırmadığını, əksinə, yeni imkanlarla zənginləşdirdiyini bildirib. Onun sözlərinə görə, podkastlar, onlayn yayımlar, rəqəmsal platformalar və intellektual audiosistemlər radionun auditoriya ilə əlaqəsini yeni keyfiyyət mərhələsinə yüksəldir. 

Rəqəmsallaşma bir əsrlik zəngin irsin və milli-mənəvi dəyərlərin daha geniş auditoriyaya çatdırılması, qlobal media məkanında mövqeyinin möhkəmləndirilməsi və gənc nəslə daha cəlbedici formada təqdim edilməsi üçün yeni imkanlar yaradır. O, Azərbaycan radiosunun 100 illik tarixinin formalaşması və inkişafında əməyi olan hər kəsi təbrik edib, bu milli irsin gələcəkdə də qorunacağına və rəqəmsal dövrün imkanlarından səmərəli istifadə etməklə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov vurğulayıb ki,  Azərbaycan radiosu milli düşüncənin və dövlətçilik ideologiyasının qorunmasında mühüm missiya daşıyır. 1926-cı il noyabrın 6-da “Danışır Bakı: RB-8” sözləri ilə müntəzəm yayıma başlayan Azərbaycan radiosu bir əsrlik fəaliyyəti ərzində xalqın və dövlətin sözünə çevrilib. Bu gün radio yalnız bir media qurumunun deyil, bütövlükdə xalqın və dövlətin milli sərvəti, tarixi yaddaşının mühüm tərkib hissəsidir. Azərbaycan radiosunun tarixi milli təfəkkürün, milli ideologiyanın və kimliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, radio sovet dövrünün ən çətin və repressiv mərhələlərində belə Azərbaycan dilinin saflığının qorunmasına, milli düşüncənin və azərbaycançılıq ideologiyasının gələcək nəsillərə ötürülməsinə əvəzsiz töhfələr verib.
O, Azərbaycan radiosunun ölkənin taleyüklü tarixi hadisələrinin işıqlandırılmasında da mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Televiziyasının enerji blokunun partladılması nəticəsində televiziya yayımı dayandırıldıqdan sonra xalqın və dünya ictimaiyyətinin 20 Yanvar faciəsi barədə məlumatlandırılmasında Azərbaycan radiosunun xidmətləri xüsusi olub. Rövşən Məmmədov torpaqlarımızın işğalı dövründə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, atəşkəs haqqında sazişin imzalanması və digər mühüm tarixi hadisələrin işıqlandırılmasında, eləcə də 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın qələbə xəbərlərinin ictimaiyyətə ötürülməsində radionun rolunu vurğulayıb. Müasir dövrdə fiziki müharibənin ideoloji müstəvidə davam etdiyini qeyd edən QSC sədri milli maraqların, ana dilinin, milli düşüncə və ideologiyanın qorunmasının vacibliyini diqqətə çatdırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi”nin rəisi Əlibaba Əliyev isə qeyd edib ki, Azərbaycan radiosunun 100 illik yubileyi ölkənin media, mədəniyyət və texnoloji inkişaf tarixində xüsusi yer tutur. Ötən bir əsr ərzində radio və televiziya milli-mənəvi dəyərlərin qorunmasında, Azərbaycan dilinin və mədəniyyətinin təbliğində, cəmiyyətin məlumatlandırılmasında və milli media məkanının formalaşmasında mühüm rol oynayıb. Sürətlə inkişaf edən informasiya texnologiyaları radio və televiziya sahəsində yeni imkanlar açır. Müasir yayım infrastrukturu, rəqəmsal texnologiyalar və innovativ həllər milli televiziya və radio proqramlarının daha geniş auditoriyaya yüksək keyfiyyətlə çatdırılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkənin radio və televiziya yayım infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib, müasir texnoloji imkanlar genişləndirilib, rəqəmsal televiziya yayımına keçid tamamlanıb, rəqəmsal radio yayımı texnologiyaları tətbiq olunub.  Böyük Qayıdışa dair Dövlət Proqramının uğurlu icrası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə artıq 13 stansiyanın fəaliyyəti təmin edilib.

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli Azərbaycan radiosunun tarixi və inkişafı haqqında plenar məruzə edib.  
Azərbaycanın Xalq artisti, veteran diktor Eldost Bayram həyatının 53 ilini mikrofon qarşısında keçirdiyini, ömrünü bunsuz təsəvvür etmədiyini bildirib: “1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun timsalında ölkədə analoqu olmayan, mənəviyyatı, mədəniyyəti təbliğ edən bir qurum yaradıldı. Bu, bütün xalqımızın bayramıdır. Azərbaycan radiosu 100 il ərzində öz maarifçilik missiyasını yüksək səviyyədə yerinə yetirib”.  

Konfransda BDU-nun tələbə jurnalistlərinin Azərbaycan radiosu haqqında hazırladıqları radiopaket təqdim edilib.

Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə nümayiş olunub.

Konfrans öz işini iki gün ərzində bölmə iclasları ilə davam etdirəcək. “Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş”, “Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri”, “Çağdaş radioyayım: rəqəmsal transformasiya, ənənə və müasir çağırışlar” adlı bölmələrdə alimlərin, tədqiqatçıların, doktorant və magistrantların məruzələri dinləniləcək.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev BDU-nun yubiley mərasimində nitq söyləyib

    İlham Əliyev BDU-nun yubiley mərasimində nitq ...

    26-11-2019, 14:19

  • 
  • BDU müəllimi vəfat etdi

    BDU müəllimi vəfat etdi ...

    27-07-2016, 12:07

  • 
  • BDU-ya yeni sözçü təyin edildi

    BDU-ya yeni sözçü təyin edildi ...

    17-02-2020, 13:23

  • 
  • BDU-nun beynəlxalq əlaqələri genişlənir

    BDU-nun beynəlxalq əlaqələri genişlənir ...

    2-12-2019, 15:54

  • 
  • BDU-nun yeni rektoru kimdir? - Dosye

    BDU-nun yeni rektoru kimdir? - Dosye ...

    11-03-2019, 17:38


Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

Noyabr 2026 (231)
Oktyabr 2026 (1018)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu