GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AGMA-NIN TƏŞKİLATÇILIĞI İLƏ XÜSUSİ TƏHSİL SAHƏSİNDƏ TƏLİM KEÇİRİLİB

AGMA-NIN TƏŞKİLATÇILIĞI İLƏ XÜSUSİ TƏHSİL SAHƏSİNDƏ TƏLİM KEÇİRİLİB

Tarix: Bu gün, 14:16 Bölmə :Cəmiyyət / Ölkə Baxış: 30


ADU-NUN baş müəllimi, 

Pedaqogika üzrə fəlsəfə doktoru  

Ş.Ş.  TAHİROVA


Xüsusi təhsildə təlim prosesinin təşkili və sinfin idarə olunması: müasir pedaqoji yanaşmalar və peşəkar inkişaf

Müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri hər bir uşağın fərdi xüsusiyyətlərini, inkişaf imkanlarını və təhsil ehtiyaclarını nəzərə alan keyfiyyətli, əlçatan və inklüziv təlim mühitinin yaradılmasıdır. Bu baxımdan xüsusi təhsil sahəsində çalışan və gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəcək müəllimlərin nəzəri biliklərinin artırılması, praktik bacarıqlarının inkişaf etdirilməsi və müasir pedaqoji yanaşmalarla tanış olması xüsusi əhəmiyyət daşıyır.

Bu məqsədlə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Bakı şəhəri 334 nömrəli tam orta məktəbdə “Xüsusi təhsildə təlim prosesinin təşkili və sinfin idarə olunması” mövzusunda təlim keçirilib.

Təlimin təşkilatçıları AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Gülüzə Mehdiyeva və Şəfa Fərəcova olublar.

Təlimdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Firuzə Rzayeva, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova, Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin nümayəndəsi, xüsusi təhsil üzrə supervayzer və ABA mütəxəssisi Xəqani Qayıbov iştirak ediblər.

Təlim çərçivəsində xüsusi təhsildə təlim prosesinin təşkili, sinfin idarə olunması, xüsusi təhsil ehtiyacı olan şagirdlərlə işin praktik aspektləri barədə ətraflı məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub. Təlimin əsas məqsədi müəllimlərin xüsusi təhsil sahəsində nəzəri biliklərini artırmaq, təlim prosesinin səmərəli təşkili və sinfin idarə olunması istiqamətində praktik bacarıqlarını inkişaf etdirmək olub.

         Qeyd   etmək lazımdır ki, xüsusi təhsil müasir pedaqogikanın ən həssas və eyni zamanda ən böyük məsuliyyət tələb edən istiqamətlərindən biridir. Çünki burada söhbət yalnız təlim materialının mənimsədilməsindən deyil, hər bir uşağın fərdi inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsindən, onun potensialının üzə çıxarılmasından və sosial həyata fəal inteqrasiyasına dəstək göstərilməsindən gedir.

Hər bir uşağın özünəməxsus öyrənmə tempi, qavrama səviyyəsi, diqqət xüsusiyyətləri, ünsiyyət və davranış formaları vardır. Buna görə də bütün şagirdlərə eyni metod və yanaşma ilə müraciət etmək həmişə gözlənilən nəticəni vermir. Müəllim uşağın ehtiyaclarını düzgün qiymətləndirməli, onun imkanlarına uyğun təlim strategiyaları seçməli və inkişafını mərhələli şəkildə dəstəkləməlidir.

Xüsusi təhsildə müəllimin rolu yalnız bilik ötürməklə məhdudlaşmır. O, eyni zamanda uşağın inkişafını müşahidə edən, çətinliklərini müəyyənləşdirən, motivasiyasını gücləndirən, müsbət davranışlarını dəstəkləyən və təlim mühitini fərdi ehtiyaclara uyğunlaşdıran mütəxəssisdir. Bu isə müəllimdən həm nəzəri hazırlıq, həm praktik təcrübə, həm də yüksək pedaqoji həssaslıq tələb edir.

 Bunun  üçün sinfin idarə olunması və psixoloji-pedaqoji mühitin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Xüsusi təhsildə sinfin idarə olunması məsələsinə yalnız intizamın qorunması kimi yanaşmaq düzgün olmazdı. Əsas məqsəd hər bir şagirdin özünü təhlükəsiz, qəbul olunmuş və dəyərli hiss etdiyi psixoloji-pedaqoji mühitin formalaşdırılmasıdır.

Bu prosesdə müəllimin davranışa düzgün yanaşması, aydın və anlaşıqlı təlimatlar verməsi, vizual dəstək vasitələrindən istifadə etməsi, müsbət möhkəmləndirmə strategiyalarını tətbiq etməsi, uşaqların fərdi xüsusiyyətlərini nəzərə alması mühüm əhəmiyyət daşıyır.

Xüsusilə autizm spektr pozuntusu, diqqət çatışmazlığı, nitq və kommunikasiya çətinlikləri, disleksiya, disqrafiya və digər öyrənmə çətinlikləri olan uşaqlarla iş zamanı pedaqoji müdaxilələrin elmi əsaslara söykənməsi vacibdir. Bu zaman uşağın yalnız çətinliklərinə deyil, onun güclü tərəflərinə, maraqlarına və inkişaf potensialına da diqqət yetirilməlidir.

Digər mühüm məsələ isə müəllim, psixoloq, loqoped, xüsusi təhsil mütəxəssisi və valideyn arasında əməkdaşlığın qurulmasıdır. 

Komanda şəklində fəaliyyət uşağın ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsinə, inkişaf dinamikasının izlənilməsinə və uyğun dəstək mexanizmlərinin seçilməsinə imkan yaradır. Bu yanaşmanın səmərəli tətbiqi isə müəllimdən yalnız nəzəri bilik deyil, həm də davamlı peşəkar inkişaf, yeni pedaqoji yanaşmalara açıq olmaq və praktik bacarıqlarını təkmilləşdirmək tələb edir. Bu baxımdan, xüsusi təhsil sahəsində təşkil olunan təlimlər müəllimlərin bilik və təcrübələrinin zənginləşdirilməsi, qarşılaşdıqları çətinliklərə daha çevik və məqsədyönlü yanaşmaların formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Pedaqoji fəaliyyətin keyfiyyəti müəllimin daim öyrənməsi, öz bilik və bacarıqlarını yeniləməsi, müasir elmi yanaşmaları tədris prosesinə tətbiq etməsi ilə sıx bağlıdır. Bu baxımdan AGMA-nın təşkil etdiyi təlimlər müəllimlərin peşəkar inkişafı, təcrübə mübadiləsi və yeni pedaqoji yanaşmaların mənimsənilməsi baxımından əhəmiyyətlidir.

Mənim fikrimcə, xüsusi təhsilin inkişafını yalnız xüsusi təhsil müəssisələrinin və ya bu sahədə çalışan mütəxəssislərin vəzifəsi kimi qiymətləndirmək olmaz. Bu, bütövlükdə təhsil sisteminin, müəllim hazırlığının, məktəb rəhbərliyinin, ailənin və cəmiyyətin birgə məsuliyyətidir. Hər bir müəllim fərqliliyi problem kimi deyil, insan inkişafının təbii xüsusiyyəti kimi qəbul etməyi bacarmalıdır.

Əsl pedaqoji peşəkarlıq hər bir uşağın imkanlarını görmək, onun inkişafına inanmaq və bu inkişaf üçün müvafiq şərait yaratmaqla ölçülür. Uşağın təlimdə qarşılaşdığı çətinliklər onun gələcək inkişaf imkanlarını məhdudlaşdırmamalıdır. Əksinə, düzgün seçilmiş pedaqoji və psixoloji dəstək həmin çətinliklərin aradan qaldırılmasına və uşağın öz potensialını reallaşdırmasına kömək edə bilər.

Bu baxımdan belə maarifləndirici tədbirlərin davamlı təşkili xüsusi təhsildə keyfiyyətin yüksəldilməsinə, müəllimlərin peşəkar kompetensiyalarının inkişafına və cəmiyyətdə inklüziv təhsil mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir. İnanıram ki, xüsusi təhsilin inkişafı üçün ən vacib şərtlərdən biri müəllimin peşəkar hazırlığı, fərdi yanaşma bacarığı və hər bir uşağın potensialına inamla yanaşmasıdır. Müəllim yalnız bilik ötürən deyil, həm də uşağın inkişafını dəstəkləyən, onun imkanlarını üzə çıxaran və təhsil prosesində fəal iştirakını təmin edən əsas qüvvədir.

Qeyd  etmək  yerinə düşər ki, xüsusi təhsilin inkişafı üçün ən vacib şərtlərdən biri müəllimin peşəkar hazırlığı, fərdi yanaşma bacarığı və hər bir uşağın inkişafına inamıdır. Təhsil sistemində heç bir uşaq diqqətdən kənarda qalmamalı, hər kəsin öyrənmək, inkişaf etmək və cəmiyyətin fəal üzvünə çevrilmək imkanları təmin olunmalıdır.

Assosiasiyasının, xüsusilə AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Gülüzə Mehdiyeva və Şəfa Fərəcovanın təşəbbüsü, əzmkarlığı və böyük zəhməti sayəsində mümkün olmuşdur. Təlimin məzmununun zənginləşdirilməsində və iştirakçıların nəzəri biliklərinin, eləcə də praktik təcrübələrinin artırılmasında öz bilik və təcrübələrini bölüşən mütəxəssislərin də mühüm rolu olmuşdur.

 Bu baxımdan, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru  Firuzə Rzayeva, həmin fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Səbinə Rüstəmova, eləcə də Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin nümayəndəsi, xüsusi təhsil üzrə supervayzer və ABA mütəxəssisi Xəqani Qayıbovun bu təlimin təşkilində və uğurla keçirilməsində göstərdikləri zəhməti xüsusi qeyd etmək istərdim. Onların peşəkar yanaşması, bilik və təcrübələrini bölüşməsi, eləcə də ümumi işə verdikləri töhfə tədbirin məzmun baxımından zənginləşməsində mühüm rol oynamışdır. İnanıram ki, bu cür səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək və hər birinə yeni təşəbbüslərində uğurlar, daha böyük nailiyyətlər və birgə həyata keçiriləcək uğurlu layihələr arzulayıram.

 Bu cür təşəbbüslərin həyata keçirilməsi müəllimlərin peşəkar inkişafına, xüsusi təhsil sahəsində müasir yanaşmaların tətbiqinə və daha humanist, əlçatan təhsil mühitinin formalaşmasına mühüm töhfə verir.

Unutmaq olmaz ki,   hər bir uşağın inkişaf etmək potensialı var. Müəllimin əsas missiyası həmin potensialı görmək, üzə çıxarmaq və reallaşdırmaq üçün şərait yaratmaqdır.

Həqiqi inklüziv təhsil hər bir uşağın fərqliliyini qəbul etməkdən və ona bərabər inkişaf imkanları yaratmaqdan başlayır. 








  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllimlər üçün şad xəbər: əmək haqlarında yenilik var

    Müəllimlər üçün şad xəbər: əmək haqlarında ...

    8-05-2013, 14:36

  • 
  • Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI

    Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI ...

    17-03-2021, 20:22

  • 
  • Bakıda koronavirusa görə bağlanan məktəbdə dərslər bərpa olunur

    Bakıda koronavirusa görə bağlanan məktəbdə ...

    3-03-2021, 14:04

  • 
  • Şəkidə arı xəstəliklərinin idarə olunması və biotəhlükəsizlik üzrə genişmiqyaslı təlim proqramı başlayıb

    Şəkidə arı xəstəliklərinin idarə olunması və ...

    12-08-2026, 15:08

  • 
  • Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

    Nazirlər Kabineti xüsusi karantin rejimində ...

    30-10-2020, 12:57


Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

Noyabr 2026 (329)
Oktyabr 2026 (1018)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu