GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Dövlətimizin təhlükəsizlik siyasəti yalnız silahlı qüvvələrin saxlanılması ilə məhdudlaşmır" - Komitə sədri

"Dövlətimizin təhlükəsizlik siyasəti yalnız silahlı qüvvələrin saxlanılması ilə məhdudlaşmır" - Komitə sədri

Tarix: Bu gün, 12:22 Bölmə :Cəmiyyət Baxış: 0


"Müdafiə və təhlükəsizlik məsələlərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas strateji istiqamətlərindən biri kimi yanaşılmalıdır. Son illərdə Azərbaycan Ordusunun modernləşdirilməsi, hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən olub".

Gundemxebertv.com xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir:

"Lakin hərbi uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir. Bu baxımdan, Prezident İlham Əliyevin müəyyən etdiyi müdafiə siyasətinin əsas istiqamətlərini bir neçə mühüm məsələ üzrə xarakterizə etmək olar: Birincisi, müasir və peşəkar ordu quruculuğunun davam etdirilməsi. İkincisi, ordunun ən müasir silah və texnologiyalarla təchiz edilməsi, pilotsuz sistemlər, elektron müharibə vasitələri, kəşfiyyat və rəqəmsal idarəetmə imkanlarının inkişaf etdirilməsi. Üçüncüsü, yerli müdafiə sənayesinin gücləndirilməsi və xarici təchizatdan asılılığın mərhələli şəkildə azaldılması. Dördüncüsü, dövlət sərhədlərinin etibarlı qorunması və milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi. Beşincisi, hərbi qulluqçuların, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin diqqət mərkəzində saxlanılması. Xüsusilə vurğulamaq istəyirəm ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür. Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Ona görə də gələcək illərdə müdafiə və təhlükəsizlik sahəsində büdcə vəsaitlərinin planlaşdırılması zamanı bu istiqamətlərin də nəzərə alınması vacibdir. 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı xüsusi diqqət yetirilməli olan əsas istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlik məsələləridir. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş suverenliyin, ərazi bütövlüyünün, milli təhlükəsizliyin və regional mövqelərin etibarlı şəkildə qorunmasıdır. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionumuzda təhlükəsizlik çağırışlarının davam etdiyi bir şəraitdə güclü dövlət olmaq, güclü orduya malik olmaq və təhlükəsizlik sistemini daim təkmilləşdirmək strateji zərurətdir. 2027-ci ilin dövlət büdcəsi layihəsi də bu reallıqları nəzərə alan maliyyə sənədidir. Layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur. Bu büdcədə ən mühüm istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlikdir. Həmin sahəyə ümumilikdə 8 milyard 816 milyon 401 min manat vəsait ayrılması planlaşdırılır.

Müqayisə üçün qeyd edim ki, 2026-cı ildə bu istiqamət üzrə təsdiq edilmiş xərclər təxminən 8 milyard 717 milyon manat təşkil edib. Beləliklə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 98,8 milyon manat, yaxud 1,1 faiz artırılması nəzərdə tutulur. İlk baxışdan 1,1 faizlik artım böyük rəqəm kimi görünməyə bilər. Lakin burada əsas məsələ yalnız faiz göstəricisi deyil, ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi, onların nə dərəcədə səmərəli istifadə olunması və ölkənin müdafiə qabiliyyətinə hansı töhfəni verməsidir. Hesab edirəm ki, müdafiə büdcəsinə yanaşarkən kəmiyyətlə yanaşı keyfiyyət göstəricilərinə də xüsusi diqqət yetirməliyik. 2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 438,6 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2026-cı illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 518,3 milyon manat və ya 17,7 faiz çoxdur. Müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə və hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2027-ci ilin dövlət büdcəsində nəzərə alınıb".

A.Nağıyev qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15,0 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün isə 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub:

"2027-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 443,7 milyon manat təşkil edəcək. Həmin vəsaitin 20,6 milyon manatı və ya 4,6 faizi müdafiə və milli təhlükəsizlik xərclərinin, 423,1 milyon manatı və ya 95,4 faizi isə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin payına düşür. Bu rəqəmlər göstərir ki, dövlətimizin təhlükəsizlik siyasəti yalnız silahlı qüvvələrin saxlanılması ilə məhdudlaşmır. Buraya milli təhlükəsizlik, sərhədlərin qorunması, xüsusi müdafiə layihələri və digər strateji tədbirlər də daxildir. Digər tərəfdən, diqqətə çatdırmaq istərdim ki, 2027-ci ildə müdafiə qüvvələri üzrə xərclərin 2026-cı illə müqayisədə təxminən 11,2 faiz artırılması nəzərdə tutulur. Bu, ümumi müdafiə və təhlükəsizlik xərclərinin 1,1 faizlik artımından fərqli olaraq, struktur daxilində daha ciddi artımdır. Bu məqam büdcə siyasətinin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Komitə sədri çıxışdan imtina etdi — Milli Məclisdə QALMAQAL

    Komitə sədri çıxışdan imtina etdi — Milli ...

    13-02-2018, 20:09

  • 
  • Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb

    Parlamentdə dövlət büdcəsinə dəyişikliklər ...

    9-08-2020, 10:00

  • 
  • Prezident daha 6 nazir, 6 Komitə sədri, 2 Agentlik və 2 Xidmət rəisi təyin edib- TAM SİYAHI

    Prezident daha 6 nazir, 6 Komitə sədri, 2 ...

    23-04-2018, 20:58

  • 
  • Milli Məclisin komitə sədrləri məlum oldu - Siyahı

    Milli Məclisin komitə sədrləri məlum oldu - Siyahı ...

    10-03-2020, 13:34

  • 
  • Prezident Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyinə etiraz etdi

    Prezident Milli Məclisin qəbul etdiyi qanun ...

    21-09-2017, 22:00


Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

Noyabr 2026 (483)
Oktyabr 2026 (1018)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu