GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cahangir Hacıyevin batırdığı Beynəlxalq Bankı dövlət xilas etdi

Cahangir Hacıyevin batırdığı Beynəlxalq Bankı dövlət xilas etdi

Tarix: 13-11-2017, 10:36 Bölmə :Cəmiyyət Baxış: 345
Cahangir Hacıyevin batırdığı Beynəlxalq Bankı dövlət xilas etdi



İqtisadçı ekspert maliyyə nazirinin optimizmini bölüşmür: “ABB-nin hegemonluq erası artıq bir tarixdir”

Azərbaycan Beynəlxalq Bankı (ABB) dövlət büdcəsi hesabına xilas edildi. Lakin vəziyyətin nə dərəcədə normala düşdüyü və ABB-nin nə zaman özəlləşdirməyə hazır olacağı, dövlət büdcəsinin bundan nə qədər qazanacağı haqqında hələ ki proqnozlar belə yoxdur. Əvəzində ABB bank sektorunda təkrarən yerini möhkəmlətməyə çalışır. Bank kredit məhsullarının müştərilər üçün əlçatan olması özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini xeyli asanlaşdırıb.

Kreditin faizi azaldılıb, illik faiz dərəcəsi indi 25%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb.

Son olaraq, maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında bildirib ki, dövlət büdcəsi hesabına ABB xilas edilməsəydi belə, bank defolt olduğu halda bütün yük dövlətin üzərinə düşəcəkdi: “Burada söhbət ondan gedirdi ki, xarici kreditorlar qarşısında bankın öhdəlikləri yerinə yetirilməli idi. Əks təqdirdə bank defoltla üzləşə bilərdi. Defoltun mənfi nəticələri də aydındır. Belə olacağı təqdirdə, ilk növbədə bu banka qarşı ölkə daxilində xüsusi prosedur açılacaqdı. Bu prosedurda xeyli problemlər əmələ gələcəkdi. Bizim bu bankda şirkətlərin, müştərilərin maraqları təhlükə altına düşə bilərdi. Ona görə hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən düzgün addım atıldı. Yəni dövlət bankın öhdəliklərini öz öhdəlikləri ilə əvəzlədi”.

S.Şərifov bildirib ki, dövlət bankın öhdəliklərini üzərinə götürdü. Bunun nəticəsində ölkənin xarici borcu 2,4 milyard dollar civarında artıb: “Lakin bununla biz o bankdan həmin o yükü götürdük və bu gün bankın reytinqləri yaxşılaşmağa doğru gedir, sabit rejimdə, normal öz fəaliyyətini davam etdirə bilər. Bunun qiyməti dövlət borcunun artmasıdır. Dünya praktikasında başqa yol yoxdur. Biz kreditorlarla görüşdük və onları inandırdıq ki, dövlət bankın öhdəliklərini öz üzərinə götürür. Nəticədə 300 mln. dollara qənaət etdik”.

Bəs görəsən, bütün bunlar bankın vəziyyətinin düzəlməsi üçün kifayət edibmi? Beynəlxalq Bankın üzərindəki təhlükə tam sovuşdumu?

“Yeni Müsavat”a bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki, Beynəlxalq Bankın vəziyyəti düzəlməyib: “Əksinə, vəziyyət daha da pisləşib. Məlum olduğu kimi, ABB ötən ili 1 mlrd. manat zərərlə bitirib. Bu il dövlət onun 3 mlrd. manat həcmində borcunu üzərinə götürdü, yəni bank 2 mlrd. manat qabağa düşməli, xalis mənfəətə çıxmalı idi. Lakin bankın 9 aylıq hesabatından görünür ki, bu il cəmi 470 mln. manat xalis mənfəəti var, kapitalı isə ondan azdır - 367 mln. manat. Bəs 2 mlrd. manatlıq xalis hədiyyə hara getdi? Nə tez dağıdıldı?! Bütün bunlar onu göstərir ki, bankın vəziyyəti ağır olaraq qalır və idarəetməsi lazımi səviyyədə deyil. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı da qeyd etmişdim ki, proses çox naşı və savadsız aparılır. Nəticəsi də belə oldu. Bu baxımdan bankın gələn il özəlləşdirilib-özəlləşdirilməməsi ciddi suallar və narahatlıq doğurur. Hər bir halda ABB-nin hegemonluq erası artıq bir tarixdir. Bu bank tədricən liderliyi tam əldən verəcək. Çünki ona etimad sarsılıb”.

Maaş və pensiya kartı həmin bankda olan müştərilərə kreditlərin təklif ediməsinə gəlincə, Ə.Həsənov vurğuladı ki, bu bankın mümkün qədər risksiz kredit vermək istəməsindən xəbər verir: “Məlum olduğu kimi, Azərbaycanda vətəndaş bu halda krediti gecikdirəndə bank borcu kartdan tutur. Bu hüququnu qabaqcadan kredit müqaviləsində təsbit edir. Əslində bu halda borclu olan kart sahibi kartı bağlaya və iş yerindən maaşı digər bank vasitəsi ilə verməyi tələb edə bilər. Qanuna görə, bu halda bank kartı bağlamalı, işəgötürən isə maaşı digər bank vasitəsilə verməlidir. Lakin reallıqda bunu etmirlər. Çünki işəgötürənlə bankın qabaqcadan sövdələşməsi olur. Nəticədə məhkəməsiz-filansız vətəndaşın maaşından borcu tuturlar. Yəni çox asan və primitiv yoldur. ABB bunu edirsə, deməli, həqiqətən də vəziyyəti yaxşı deyil və yalnız belə kredit verməyə qadirdir”.

İqtisadçı onu da vurğuladı ki, bankın borcları büdcə üçün artıq 3 mlrd. yük yaradıb: “Dövlətimiz onu hissə-hissə yaxın illər ərzində verməli olacaq. Dövlətimiz indiyədək də ABB-yə 10 mlrd. manat xərc çəkib problemli borclarını üzərinə götürüb. Həmin problemli borcları da ”Şapka Mamed"in (Məmməd Musayevin-N.L) rəhbərlik etdiyi “Aqrarkredit” geri qaytara bilmədi. Yalnız bəzi borcluların obyektlərini əllərindən ala bildi və yaxında yeni yaradılmış “Azərbaycan Sənaye Korporasiyası”na ötürəcək. Bir sözlə, kreditlərin çoxu faktiki batdı. ABB sırf büdcə hesabına, xalqın hesabına xilas edildi və hələ də edilir. Amma xalq olaraq bizə hesabat verilmir ki, bu bankı Cahangir Hacıyevdən başqa bu günə kimlər qoydu? Həmin kreditlər kimlərin cibinə getdi? Büdcəmizə bu ağır yük kimlərin ucbatından düşdü? Bir-iki kredit oliqarxının (Nizami Piriyev, İbrahim Nehrəmli və s.) adları çəkildi, amma onların nə qədər borc ödədiyini də bilmədik".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maliyyə nazirinin başı qalmaqalda-İstefaya göndərilir

    Maliyyə nazirinin başı qalmaqalda-İstefaya ...

    22-05-2017, 00:20

  • 
  • Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur

    Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur ...

    3-06-2016, 15:54

  • 
  • Cahangir Hacıyev “Bandotdel”də bütün komandasını satır

    Cahangir Hacıyev “Bandotdel”də bütün komandasını ...

    16-11-2015, 12:49

  • 
  • BEYNƏLXALQ BANK ÜÇÜN AYRILMIŞ 15 MİLYARD BATA BİLƏR- Bədbin proqnoz

    BEYNƏLXALQ BANK ÜÇÜN AYRILMIŞ 15 MİLYARD BATA ...

    7-08-2017, 11:58

  • 
  • BEYNƏLXALQ BANKA VERİLƏN 12 MİLYARD HARA YOXA ÇIXIB? – “Bütün bunların başında Samir Şərifov dayanır”

    BEYNƏLXALQ BANKA VERİLƏN 12 MİLYARD HARA YOXA ...

    17-05-2017, 21:05


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu