GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avropa deputatları Əfqan Muxtarlının işi ilə əlaqədar İlham Əliyevə məktub yazıb

Avropa deputatları Əfqan Muxtarlının işi ilə əlaqədar İlham Əliyevə məktub yazıb

Tarix: 14-11-2017, 14:52 Bölmə :Cəmiyyət Baxış: 345
Avropa deputatları Əfqan Muxtarlının işi ilə əlaqədar İlham Əliyevə məktub yazıb


Avropa Parlamentinin bir qrup deputatı jurnalist Əfqan Muxtarlının işi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

gundemxeber.com bildirir ki, AzadlıqRadiosunun əldə etdiyi məktubda deputatlar Avropa Parlamentinin 15 iyun 2017-ci il tarixli qətnaməsinə əsaslanaraq, Muxtarlının həbsini pisləyir və onun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirlər.

Onlar habelə xaricdə yaşayan və işləyən azərbaycanlı jurnalistlərin təqibinin və hədəflənməsinin dayandırılmasına çağırırlar.

Məktubda deyilir ki, onları xüsusilə də Muxtarlının vəkilləri Nemət Kərimli və Elçin Sadıqovun məhbusla görüşdən sonra verdikləri məlumat narahat edib.

Vəkillər oktyabrın 17-si və 20-də Muxtarlıya baş çəkərkən onunla pis rəfrat edildiyi və səhhətinin pisləşdiyi barədə məlumat alıblar.

Məktubda deyilir ki, Avropa millət vəkilləri habelə Muxtarlıya yaxınları ilə görüş verilməməsinə etiraz edirlər.

Bu da qeyd olunur ki, məhbus edildiyi birinci ayda ona ailəsinə bircə dəfə də zəng etmək icazəsi verilməyib.

Ona yalnız məhbus olduğunun üçüncü ayında qardaşı ilə görüşmək imkanı yaradılıb.

Məktubda bu da bildirilir ki, diabet və ürək ağrılarından əzab çəkən Muxtarlıya təcili tibbi yardımın göstərilməsi zəruridir.

Avropa deputatları məktubun sonunda bildirirlər ki, hökumət və müxalifət arasında mehriban münasibətlər, habelə insan haqlarının müdafiəsi Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün son dərəcə zəruridir.

Məktubda deyilir: “Buna görə də Əfqan Muxtarlının və bütün siyasi məhbusların azad edilməsi Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə əməkdaşlığa və partnyorluğa həqiqi sadiqliyini nümayiş etdirərdi”.

Məktub Avropa parlamentinin 44 deputatı tərəfindən imzalanıb.

XATIRLATMA

Gürcüstandan oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, həmçinin, sərhədə cibinə 10 min avro da qoyulub. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Daha sonra onun həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əfqan Muxtarlıya işgəncə verilib – Yenilənib

    Əfqan Muxtarlıya işgəncə verilib – Yenilənib ...

    31-05-2017, 22:44

  • 
  • Tiflisdə jurnalist Əfqan Muxtarlının həbsinə görə etiraz aksiyası keçirilib – Video

    Tiflisdə jurnalist Əfqan Muxtarlının həbsinə görə ...

    31-05-2017, 23:01

  • 
  • Əfqan Muxtarlının həbs müddəti uzadılıb

    Əfqan Muxtarlının həbs müddəti uzadılıb ...

    13-10-2017, 16:46

  • 
  • Jurnalistlər Əfqan Muxtarlıya görə Facebook-da aksiyaya başlayıb

    Jurnalistlər Əfqan Muxtarlıya görə Facebook-da ...

    2-06-2017, 17:54

  • 
  • Həbsdəki jurnalist Əfqan Muxtarlıya 110 manat cərimə kəsilib

    Həbsdəki jurnalist Əfqan Muxtarlıya 110 manat ...

    26-09-2017, 09:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu