Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı Rəcəb Mahaçqalada saxlanılıb.
gundemxeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı TASS güc strukturundakı mənbəyə istinadla məlumat verib.
“O saxlanılıb və respublikanın Federal Təhlükəsizlik Bürosuna gətirilib”, - mənbə deyib və istisna etməyib ki, istintaq tədbirləri ilə əlaqədar Rəcəb Abdulatipov Moskvaya aparılacaq. Bununla yanaşı, onun saxlanılma səbəbi açıqlanmayıb.
Rəcəb Abdulatipovun həbs xəbərini Dağıstan parlamentindəki mənbə də təsdiqləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?