GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya olunmamasının sirri açıldı

Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya olunmamasının sirri açıldı

Tarix: 30-09-2019, 13:33 Bölmə :Cəmiyyət Baxış: 425
Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya olunmamasının sirri açıldı


Hüquqşünasa görə, bəzi şəxslər özlərini qorumaq üçün gecə-gündüz Allaha yalvarırlar ki, həbsdəki bankirin arvadı Azərbaycana verilməsin, çünki…

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmayacaq. Bu barədə Vestminster şəhər məhkəməsi qərar çıxarıb. Azərbaycan hökumətini təmsil edən vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini deyib. Z.Hacıyevanın vəkili isə qərarı şərh etməkdən imtina edib.

“Hacıyevin neft ”vışkası” yoxdur ki, fontan vursun, pullar axsın”

Tanınmış hüquqşünas Əkrəm Həsənov London məhkəməsində çıxarılan qərarla bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. Deyib ki, Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya olunmamasının obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəbi budur ki, Zamirə Hacıyevanın günahının olması sübut olunmalıdır. Zamirə Hacıyeva Beynəlxalq Bankda vəzifə tutmayıb, dövlət qurumlarından hər hansı birində işləməyib, rüşvət almayıb. Ala da bilməzdi. Onun heç bir sənədə imza atmaq səlahiyyəti olmayıb. Amma məsələnin bu tərəfi də var ki, sadəlövh, orta səviyyəli, ali təhsili olmayan biri də başa düşərdi ki, ərinə qanuni yolla bu qədər pullar gələ bilməz. Cahangir Hacıyevin neft ”vışkası” yoxdur ki, fontan vursun, pullar axsın.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

Cahangir Hacıyev pulları verib, Zamirə Hacıyeva da sağa-sola xərcləyib. Amma bunu sübut etmək lazım idi ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunsun. Bunu sübut etmək üçün işə savadlı hüquqşünasları cəlb etmək olduqca vacib şərt idi. Hansılar ki, bank hüququnu, maliyyə məsələlərini, ümumiyyətləb iqtisadiyyatı, ingilis hüququnu bilməli idilər”.

“Arxayındırlar ki, nə çalsalar, məhkəmə də onu ”oynayacaq””

Vəkillik praktikası ilə məşğul olan Əkrəm Həsənov deyir ki, Azərbaycan məhkəmələrində iqtisadi işlərlə bağlı ittiham tərəfinin səriştəsizliyinin, savadsızlığının şahidi olur: “Məhkəmədə açıq-aydın görünür ki, təqsirləndirilən şəxsin əməlində cinayət var. Amma bunu məhkəmədə sübuta yetirə bilmirlər. Sadəcə, məhkəmələr ittiham tərəfindən çıxış edir deyə təqsirləndirilənə ittihamedici hökm çıxarılır. Ona görə də heç kim özünə əziyyət vermir, arxayındırlar ki, nə çalsalar, məhkəmə də onu ”oynayacaq”. Təbii ki, bu halda London məhkəməsində qalib gəlmək mümkün deyildi. Bunu Zamirə Hacıyevanın işi üzrə məhkəmə başlayan ilk gündən deyirdik ki, nəticə belə olacaq”.

“Gecə-gündüz Allaha yalvarırlar ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmasın”

Məsələnin bu tərəfi də var ki, Cahangir Hacıyev o qədər pulu özbaşına Beynəlxalq Bankdan çıxara bilməzdi. O pulların bankdan çıxması üçün 2-3 nəfər rəy verməli, imzalarını sənədlərə atmalıydılar. Cahangir Hacıyevin arxasında Eldar Mahmudovun dayanmasının da heç bir əhəmiyyəti yoxdur. Çünki həmin pulların bankdan çıxması bir neçə dövlət qurumunun razılığı ilə olub”.

Əkrəm Həsənov deyir ki, həmin şəxslər özlərini qorumaqla faktiki olaraq Zamirə Hacıyevanı qoruyurlar: “Gecə-gündüz Allaha yalvarırlar ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmasın, bu işlərin də üstü açılmasın. Məsələnin Azərbaycana aid hissəsində durum belədir. Digər tərədən də ingilislər Zamirə Hacıyevanı Azərbaycana niyə versinlər? İngilislər yüz illiklərlə hazırda olan sistemi qurublar ki, hamı oğurladıqları, çırpışdırdıqları pulları gətirib onların iqtisadiyyatına yatırsın. Bu dəqiqə Zamirə Hacıyevaya deyirlər ki, İngiltərədə nəyin var, bizə ver, başqa ölkələrdə olanları da ver, biz də səni Azərbaycana verməyək.”

“Hacıyeva ona həyat yoldaşı tərəfindən verilən pulların mənbəyini bilib”

Hüquqşünas deyir ki, Zamirə Hacıyevanın Azərbaycana verilməsi üçün “daşdan keçən” arqumentlər təqdim olunmalıdır.
“Vəzifəli şəxs olmayan, evdar qadın statuslu birinin ona həyat yoldaşı tərəfindən verilən pullara görə sorğulanması, istintaqa cəlb edilməsi nə dərəcədə doğrudur” sualına Əkrəm Həsənovun cavabı belə olub: “Kişi evə 1000, 10 min, 20 min manat gətirər, qadın da düşünər ki, pullar qanuni yolla qazanılıb. Azərbaycan məhkəməsində olmasa da, ingilis hüququnda, məhkəməsində ağlabatanlıq və vicdanlılıq konsepsiyası geniş inkişaf edib. Azərbaycanda olduğu kimi formalist deyillər. Onlar deyəcəklər ki, orta təhsilli evdar qadın da bilir ki, kişi bu qədər pulu qanuni yolla qazana bilməz. Nəinki Azərbaycanda, dünyanın ən böyük banklarının rəhbərləri bu qədər pulu qanuni yolla qazana bilməz. İngilis məhkəməsini inandırmaq mümkün idi ki, Zamirə Hacıyeva ona həyat yoldaşı tərəfindən verilən pulların mənbəyini bilib. Və bu onun ölkəyə ekstradisiyası üçün əsas ola bilərdi”.

“İngilis məhkəməsi isə deyir ki, ”ay qız, sən bilmirdin ki…”

“Zamirə Hacıyeva israr etsəydi ki, bundan xəbərsiz olub, bu halda necə, onun barəsində ekstradisiya qərarı yenə də verilərdir” sualına Əkrəm Həsənovun cavabı belə oldu: “Hüquqda, ancaq ingilislərdə deyil, Azərbaycanda da bilirdi və ya bilməli idi konsepsiyası var. Yəni Zamirə Hacıyevanın israrından asılı olmayaraq onun günahı ingilis məhkəməsində ortaya çıxarıla bilərdi. Bu həmin məhkəmədir ki, Rusiyanın 2 oliqarxı – Abramoviçlə Berezovski London məhkəməsində çəkişəndə hətta ”krışa” məsələsinə baxılırdı. Berezovski gəlib London məhkəməsində deyirdi ki, Rusiyada məndən “krışalıq” etmək üçün pul istəyirdilər. Yəni London məhkəməsində hətta “krışa” məsələsinə də baxırlar. Ona görə də bu gün bütün dünyada beynəlxalq müqavilələr bağlanarkən mübahisə yaranacağı təqdirdə məsələnin ingilis hüququ ilə çözülməsi qeyd olunur. Bunun da səbəbi odur ki, ingilis hüququ çevikdir, formalist deyil, reallığı nəzərə alır. Reallığı nəzərə alır, “reallıqda belə olmalıdır, başqa cür ola bilməzdi” məsələlərini qəbul edir. Azərbaycanda isə formalizmi xoşlayırlar. Qanunda belə yazılıb deyib dayanırlar. İngilis məhkəməsi isə deyir ki, “ay qız, sən bilmirdin ki, sənin ərin bu qədər maaşla sənə bu qədər pulu gətirib verə bilməzdi? Dünya dağılsa idi də onun bu qədər pulu ola bilməzdi?” Bilmisənsə, deməli, cinayətdə iştirak etmisən və ekstradisiya olunmalısan.

“Peşəkarlıq və dürüstlük olmadı deyə…”

Əkrəm Həsənov deyir ki, ingilis hüququ Azərbaycana ölkənin bankından oğurlanan pulların Zamirə Hacıyevanın ixtiyarına verilməsini sübut etmə hüququnu tanıyıb, amma səriştəsizlik London məhkəməsində belə bir qərarın ortaya çıxmasına səbəb olub: “Peşəkarlıq və dürüstlük olmadı deyə Zamirə Hacıyevanın ekstradisiyası haqda qərar verilmədi. Bununla belə, Azərbaycanın imkanı vardı ki, özündə peşəkar tapıb ora göndərə bilmədiyi halda xaricdən peşəkar tapıb London məhkəməsinə yollasın. Amma xarici nümayəndə də deyəcəkdi ki, iş üzrə məlumatları təqdim elə. Pullar Zamirə Hacıyevanın bank kartlarına, cibinə kimlərin imzası ilə axıb. Bunu verməyəcəkdilərsə, xarici peşəkar gedib London məhkəməsində nə edəcəkdi?”
Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterlinq xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyinə görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.
2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb. Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • London Zamirə Hacıyevanı Azərbaycana ekstradisiya etmədi - MƏHKƏMƏ QƏRARI

    London Zamirə Hacıyevanı Azərbaycana ekstradisiya ...

    27-09-2019, 12:55

  • 
  • Ekstradisiya təhlükəsindən qurtulan Zamirə Hacıyeva London məhkəməsindən gülə gülə çıxdı - VİDEO

    Ekstradisiya təhlükəsindən qurtulan Zamirə ...

    27-09-2019, 13:51

  • 
  • Zamirə Hacıyevanın xərclədiyi milyonlar Azərbaycana qaytarıla bilər

    Zamirə Hacıyevanın xərclədiyi milyonlar ...

    12-10-2018, 20:50

  • 
  • Zamirə Hacıyeva qolunda bilərzik evə qayıtdı

    Zamirə Hacıyeva qolunda bilərzik evə qayıtdı ...

    10-11-2018, 13:54

  • 
  • Zamirə Hacıyeva həbs edildi

    Zamirə Hacıyeva həbs edildi ...

    6-11-2018, 21:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu