Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Gundemxeber.az xəbər verir ki, nazirlikdən Trend-ə bu məlumatın doğru olmadığı bildirilib. Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır. Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?