GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » VƏTƏN ƏSİRİ

VƏTƏN ƏSİRİ

Tarix: 1-08-2022, 16:47 Bölmə :Cəmiyyət Baxış: 515

(Gülməmmədov Amin Mayis oğlunun ad gününə həsr olunub.)  

       

 Vətən boyda ürək... Bu cümlənin mənəvi böyüklüyü, dəyəri elə vətən boydadır. Bəs bu ürəyin döyüntüsünə şahid olanlar kimdir? Hər kəs o döyüntünü duya bilərmi? "Xeyir" - dediyinizi duyar kimi hiss etdim. Nə hər kəs vətən boyda ürək daşımaz, nə də hər kəs o döyüntünü hiss etməz. Torpaq Aminin vətən üçün çırpınan ürəyinin son dəfə döyüntüsünü hiss etdiyi kimi Aminin də ruhu şəhid həsrəti ilə döyünən qəlbimin döyüntüsünü hiss etdi. O an oradaca zamanın durmasını istədim.

 Hər dəfə Aminin adını duyduğumda sanki illərlə tanıdığım bir insandan söhbət gedirmiş kimi hiss edirdim. Bu həm qəlbimdə yer edən şəhid sevgisindən irəli gəlirdi, həm də Aminin ailəsinin doğmalığından. Dərdləri nə qədər böyük olsa da qəlblərinə sevgi ilə sakin etmişdilər məni Şəhid atası və Şəhid anası. Onları tanıdıqca Aminin vətən sevgisinin təməlinin hardan qaynaqlandığını daha aydın sezirdim. Belə valideynlərin övladı da elə Amin kimi qəhrəman olmalı idi.

  Gülməmmədov Amin Mayis oğlu bir bacıdan sonra dünyaya göz açan əkiz qardaşlardan biridir. Qardaşı Ramindən 20 dəqiqə sonra dünyaya göz açdığı üçün valideynləri Amini sonbeşik övlad kimi əzizləmişdirlər.

  31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində dünyaya göz açan Amin və Raminin həm bənzər, həm də fərqli cəhətləri olmuşdur. Amin daha çılğın, mehriban, gülərüz xüsusiyyətləri ilə fərqlənməyə bacarmışdır. Qəlbə tez yol tapmağı onun özünəməxsusluğundan irəli gəlmişdir. 


 2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qədəm qoyan şagirdlər sırasında əkiz qardaşlar da yer almışdılar. Çevik, cəld, biraz da dəcəl olan Amin səmimiliyi ilə məktəbdə də hər kəsin qəlbinə yol tapmağı bacarmışdır. Gözlərinin gülüşü ilə ətrafını gözəlləşdirməyi bacaran bu oğul vətən nisgilinə ürəyinin ən dərinində ruhu ilə keşik çəkmişdir.

  Amin də vətən dərdi ilə bərabər böyümüşdür. Naxçıvanın hər daşında, qayasında düşmənin açdığı sağalmaz yaraları çox görmüşdür. Hər dəfə ata-anasına vətənlə, Qarabağla bağlı suallar verəndə gözlərindən yan qaçan baxışların ondan gizlənən göz yaşları olduğunu bilsə də bəlli etməmişdir. Ancaq bir gün o gözlərə dik baxmaq üçün bütün gəncliyini, gələcəyini vətənə fəda edəcəyini bilərəkdən hərbçi peşəsini seçmişdir.

Şərəfli yolun başlanğıcı 2010-cu ildə başlamışdır. Amin Heydər Əliyev adına Hərbi liseyə ilk addım atdığı zaman o yolun dönüşünün olmayacağını təxmin etmişdir. "Son nəfəsimə qədər vətənin keşiyində duracam." deyən Amin sözünü tutdu.

 İntizar ana Aminə daha çox jurnalist peşəsini yaraşdırırmış. Hər dəfə oğluna kənd-kənd, şəhər-şəhər gəzib verlişlər hazırlayaraq insanları tanıtmağını istədiyini deyirmiş. Ancaq Amin özü bir qəhrəman kimi tanındı.

 Amin hərbçi peşəsini seçdiyi gündən ailəsinin həsrəti başlamışdır. O həsrət hər kəsə ağır gəlirdi. Ata-ana artıq övladlarının vətənlə izdivac bağladığını gözəl bilirdilər. Ancaq Amindən ayrı düşən əkiz qardaşı Ramin üçün bu həsrət daha ağır idi. Amini özünə sirdaş bilən Aminə üçün də qardaşından uzaq yaşamaq asan deyildi. Ancaq bu həsrətin əbədi ayrılıqla nəticələnəcəyini heç kim düşünmür və ya düşünmək istəmirdi.

  Amin 2013-cü ildə Heydər Əliyev adına Hərbi liseyi uğurla bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Öhdəliklərini bilən, bütün addımları düşünüb atan Amin vətənə layiqli zabit olmaq üçün hər vəchlə çalışmışdır. Dörd illik hərbi təhsilini 2017-ci ildə leytenant hərbi rütbəsi alaraq tamamlamışdır.


Vətən səngəri - əsil vətən övladlarının özlərinə ev-eşik saydıqları ünvan. O evin isti döşəməsi olmur. Ancaq nəm torpaq o qədər doğma gəlir ki, sanki ən yumşaq yataqmış kimi hiss edirsən. Qaranlıq gecələrdə göydə süzən ulduzlar tək sirdaşı olur vətənlə əhd - peyman bağlayan vətən əsirinin. Amin də üç il vətən səngərində gecə-gündüz demədən ömür sürmüşdür. Füzuli rayonunun Alxanlı kəndində düşmənlə üz-üzə dayanıb vətənə sipər olan Amin daha sonra Şükürbəylidə yerləşən N saylı hərbi hissədə xidmət etmiş, daha sonra təkrar Alxanlı kəndində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Aminin öndə amalı təslim olmaq yox, təslim etmək olmuşdur.

2019-cu il fevralın 5-də Amin 1 aylıq məzuniyyətə göndərilmişdir. Ancaq məzuniyyətinin 1-ci həftəsində tabeliyində olan əsgərin şəhid olmasını eşidən an məzuniyyətini yarımçıq saxlayıb işinə geri dönmüşdür. O gediş Aminin evindən son gedişi olmuşdur.

 Aminin ön cəbhədə düşmənlə üzbəüz dayandığını bilən ailəsi hər zaman narahat olmuşdular. Ancaq Amin heç zaman arxa cəbhədə xidmət etməklə razılaşmamışdır. "Hər əsgər bir ailənin oğludur. Mən də onlardan biriyəm. Mən olmasam digər əsgər düşmənlə üz-üzə duracaq. O əsgərin də yolunu gözləyənlər var." deyən Amin çətinliyə sinə gəlmişdir. 

  Amin Gülməmmədov hər zaman xidməti vəzifəsini layiqincə icra etmişdir. Elə bunun nəticəsi idi ki, o 2020-ci ilin may ayında baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Cəbhədə günbəgün artan gərginliyin müharibə ilə nəticələnə biləcəyini də düşünən Amin təlimlər zamanı hər bir əsgərin hərbi biliyinin artırılması üçün çalışmışdır. 

     26 sentyabrda Amin doğmalarına zəng edib. Hər kəs ilə tək-tək danışıb və hər şeyin yaxşı olduğunu deyib. Əslində isə o zəngi etməkdə məqsəd vida etmək olub. Amin bilirdi ki, ilk hücuma keçən onların dəstəsi olacaq. Elə də olub. 27 sentyabrda müharibə başlayan ilk andan Amin öndə gedənlərdən biri olub. Füzulidən başlayan döyüş yolu Cəbrayıl, Qubadlı, Xocavənddən keçib Şuşaya çatıb. O yolda Amin yaralanmasına baxmayaraq döyüşlərə davam edib. 

     29 sentyabrda Gülməmmədovlar ailəsinin yeni üzvü dünyaya göz açıb. Həmin gün Amin zəng edib bacısını ana olmağı münasibəti ilə təbrik edib. Körpənin adına Əli adını yaraşdırdığını deyib. Həmin gün Amin ilk dəfə Mayis müəllimə vəziyyətin nə qədər gərgin olduğunu bu sözlərlə deyib. "Ata, hər xəbərə hazır ol. Anama və bacı-qardaşına bu barədə bir kəlmə də demə. Ancaq bu bizim son danışığımız ola bilər." 

        Amin döyüşün ən sərt üzünü görənlərdən biri olub. Oktyabrın 6-da onların dəstəsi mühasirəyə düşüb. 4 - gün mühasirədə qalan Amin və dəstəsi mühasirədən çıxmağı bacarıb. Döyüşlərdən birində Amin qolundan yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra o israrla təkrar döyüşlərə qayıdıb. Qolunun yaralı olduğu səbəbindən silah tuta bilməsə də çoxsaylı yaralıları və şəhidləri ərazidən çıxarmağa nail olub. Oktyabrın 20-də ailəsinə zəng edən zaman telefonunun zədələndiyini deyib. Bəlkə də elə telefon onu həmin an xilas edibmiş. 

     Döyüş gedən vaxt oktyabrın 14-də Amin bölük komandiri təyin edilib. Hər kəsin güvənini qazanan Aminin getdiyi yolda ardınca gedən əsgərlər bir an belə tərəddüd etməyiblər. Onlar Aminin necə bir komandir olduğunu yaxşı biliblər. Elə ona görə də ən öndə gedən Aminin dəstəsi olub. 

Amin noyabrın 1-də zəng edən zaman "Ata, Şuşaya 2 km məsafə qalıb. 3-4 günlük işimiz qalıb. Bitirib dönəcəyik." deyib. O gündən sonra Amindən bir daha zəng gəlməyib. Sonradan məlum olub ki, Amin bir neçə silahdaşı ilə bərabər noyabrın 2-də Qırmızıbazar istiqamətində şəhid olub. Ancaq bu xəbər çox uzun müddət sonra təsdiqini tapıb. O zaman kəsiyində isə Mayis müəllim eşitdiyi təzad yaradan xəbərlərlə günbəgün yaralanır. Ancaq o bu xəbərlər təsdiqini tapmadığı üçün heç kimə bu barədə heç bir söz demir. Oğul axtarışına çıxan atanın gecəsi gündüzlə yer dəyişir. Dekabrın 4-də ataya zəng edərək Aminin şəhid olduğu və düşmən nəzarətində olan istiqamətdə olduğu deyilir. Dekabrın 9-da Amin və digər şəhidlərin nəşləri götürülür və Füzuliyə gətirilir. 10 dekabrda Mayis müəllim həyatın ən çətin anı ilə üz-üzə qalır. Amini görən anda oğlu olduğunu bilsə də prosedur qaydalarına uyğun olaraq DNK analizi verməli olur. Oğlunun şəhid olduğunu bildiyi halda 15 gün o analizin cavabını gözləmək Mayis müəllim üçün izah edilə bilməyəcək qədər çətin olur. Analiz verdikdən sonra Naxçıvana geri dönən ata gördükləri və yaşadıqları barədə heç kimə heç bir söz demir. (Bu qəlb yükünü necə daşıdınız, Şəhid atası?) Biçarə halda oğlundan xəbər gözləyən İntizar anaya qəlbi yana-yana yenə də ümid verməyə çalışır Mayis müəllim. Ancaq 25 dekabrda gələn zəng zamanı səbri çarmıxa çəkilən Şəhid anası telefona özü cavab verir. "Amin şəhid olub. Bütün nəticələr bunu təsdiq etdi." sözlərini duyan ana bir anda sanki uçuruma yuvarlanır. (Həmin gün yaşanılan duyğuları nə ailənin danışmağa gücü yetmədi, nə də mənim yazmağa sözüm yetməz.) 

      28 dekabrda vətən ağırlıqda bir şəhid cənazəsi Culfa rayonunun Saltaq kəndinə yol alır. Sinəsindən 3 güllə yarası alaraq şəhid olan Amin torpağın sinəsində sağalmaz yara açır. Onu sevənlərin qəlb yarası kimi dərin və sağalmaz yara...

      Baş leytenant Gülməmmədov Amin Mayis oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı və "Xocavəndin azad olunmasına görə medalı" ilə təltif edilib. 

     Amin şəhidlərin ölməzliyini, ruhən bu həyatda var olduqlarını hər zaman hiss etdirir. İlk dəfə 2021-ci ildə Ramazan ayının 27-ci günündə atası onun cənnət qoxusunu duyub və nəfəsini hiss edib. Dəfələrlə Namaz vaxtı Amini yanında hiss edən Şəhid atasının yeganə təsəllisi elə o varlığı hiss etməkdir. Amin əkiz qardaşı Raminə də varlığını hər zaman hiss etdirir. Canlı - canlı sanki bir yarısını dəfn edən Ramin o həsrəti iliklərinə qədər hiss edir. Bir əkiz üçün əkiz tayını itirmək çox çətin və dözülməzdir. Bir də gözü yollarda qalan şəhid anası var. Kim o anaya Amin ola bilər ki? Aminin bənzərini böyüdən Aminə isə bir gün Əlinin Amin kimi bir qəhrəman olacağı xəyallarına tutunub. Hər kəsin həyatında Aminin yeri boş qalıb. O boşluq heç bir zaman dolmayacaq.

    Həyatda heç zaman görmədiyimiz insanla da doğmalaşmaq olar. Hətta onun məzarının həsrətini çəkmək və həmin məzarı gördüyün an sanki bir doğma insanına sarılırmışsan kimi hiss edirsən. Bir də o məzar önündə şəhid qoxulu ata - anaya sarılırsan. O an ürəkdə həm kədər, həm sevinc eyni anda baş qaldırır. 


VƏTƏN ƏSİRİ


Bu vətənin ömrünə ömür biçməyim gəlir,

Amintək şəhid olub candan keçməyim gəlir,

Şəhadət şərbətindən yaman içməyim gəlir,

Kaş arzuma çatardım şəhid olanlar kimi

Şəhidlərim hiss edir mənim şəhid sevgimi.


Bir məzardan boylanır Aminin eşq əsəri,

Ağlı kəsən ilk gündən oldu vətən əsiri,

Vətən imtahanında qalmadı bir kəsiri,

Allah verdi şəhidə qiymətlərin əlasın

İgid o oğullardı yurdu darda qoymasın.


Bilərək addımladı azadlığın yolların, 

Vətən boynuna sardı son nəfəsdə qolların, 

Haqqı ödənə bilməz Amintək oğulların, 

Biz min kərə doğulub min kərə ölsək belə

Heç vaxt çata bilmərik şəhid ucalan yerə. 


Azadlıq oldu hər vaxt Aminin has qayəsi, 

Xocavəndin köksünə hopub qaldı nəfəsi, 

Saltaq kənddə ucalan bu şəhid məqbərəsi, 

Mənim, sənin, bizlərin əbədi and yeridir

Şəhidlər əmanəti azadlıq əsəridir.


MANYA SƏXAVƏTQIZI

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aminin vəziyyəti pisləşdi: Anası müalicə üçün müraciət edib - VİDEO

    Aminin vəziyyəti pisləşdi: Anası müalicə üçün ...

    6-01-2021, 13:36

  • 
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48

  • 
  • Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq

    Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi ...

    10-02-2021, 16:14

  • 
  • Şəhidin sevgilisi üsyan etdi: "Vətən sağ olmasın" - FOTO

    Şəhidin sevgilisi üsyan etdi: "Vətən sağ ...

    31-07-2015, 10:35

  • 
  • Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI

    Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI ...

    14-06-2021, 13:49


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu