GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova qanunları belə tanıyır -ŞİKAYƏT

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova qanunları belə tanıyır -ŞİKAYƏT

Tarix: 4-10-2023, 14:06 Bölmə :Cəmiyyət Baxış: 809

Vəfa xanım Əzizova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ilə işbirliyi edərək,...


Redaksiyamıza Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi, d 1, ev 18 ünvanında yaşayan Cəbiyeva Validə Eldar qızının şikayət məktubu daxil olub. Müəllif məktubunda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa xanım Əzizovanın qanunazidd əməllərindən, məlum qanunlara sayqısızlığından bəhs edir. Biz Yenixeber.org olaraq məktubda yer alan iddialrla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...

GundemXeber.Az olaraq yenixeber.org-a istinadən Aktuallığını nəzərə alıb, məktubu olduğu kimi dərc edirik:

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsindən mənim qanunsuz işdən azad olmağım barədə 20040011806 nömrəli, 27.07.2020-ci il tarixli əmrinin mənə aid olan hissəsinin ləğv edilməsi və işə bərpa ilə əlaqədar iddiam Sumqayıt İnzibati 
Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin olunmayıb (hakim Vəfa Əzizova).  Həmin iddiamla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2021-ci il tarixdə, 2-1(105)-401/2021 nömrəli Qərarı ilə Apellyasiya Şikayətim təmin olunmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “işə bərpa olunmağım və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə” iddiama qarşı qəbul edilmiş 2-1(105)-401/2021 №-li Qərarından 29.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermişəm. Həmin kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.01.2022-ci il tarixli, 2-1(102)-73/2022 nömrəli Qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılıb və həmin məhkəmənin 06.07.2022-ci il tarixdə, 2-1(105)-290/2022 nömrəli Qərarı ilə iddiam təmin olunub. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin Qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.12.2022-ci il tarixli 2-1(102)-2026/2022 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin olunmayıb, mənim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlə təmin olunmağım və işsiz qaldığım müddətin pulunun ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli Qərarı öz qüvvəsində qalıb. Lakin həm Sumqayıt Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin İnzibati Kollegiyasının mənim müvafiq işlə təmin olunma və işsiz qaldığım müddətin pulunun ödənilməsi barədə Qərarların icrası nədənsə, mənim iddia tələbimi 5 aprel 2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin etməyən, mənim haqsız yerə illərlə işsiz qalmağıma və əzab-əziyyət çəkməyimə səbəb olmuş məhkəməyə, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovaya göndərilib.  Hakimi Vəfa Əzizova israrla Qərarın icrasını aidiyyəti üzrə rayon üzrə Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə yönəltmir. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 7.2. maddəsində göstərilir: “Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir”. Sumqayıt İnzibati Məhkəməsinə, hakimi Vəfa xanım Əzizovaya və Məhkəmə-Hüquq Şurasına etdiyim bütün şikayətlərimə baxmayaraq, Vəfa xanım Əzizova qərarı özündə saxlayır. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 13.1-ci maddəsində göstərilir: “İcra sənədləri aşağıdakı müddətlərdə icraya yönəlməlidir:

13.1.1. bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində”.  

Şikayət ərizələrimə cavab olaraq Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa xanım Əzizovanın imzası ilə göndərilən 14.04.2023-cü il tarixli məktubda DSMF  tərəfindən mənə təklif olunan kargüzar vəzifəsindən imtina etdiyimi yazır. 
Bu səbəbdən işlə təmin olunmadığımı göstərir. Bildirirəm ki, mən kargüzar vəzifəsindən imtina etmişəm. Mənə təklif olunan vəzifənin qanunamüvafiq, ştat cədvəlində olmasını təsdiq edən ştat cədvəlinə baxmaq istəmişəm, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi ştat cədvəlini göstərməkdən imtina etdi. Dəqiqləşdirdiyim məlumata əsasən Qusar rayon qəbul şöbəsində belə bir vəzifə ştat cədvəlində yoxdur. Lakin Sumqayıt İnzibati Məhkəməsinin hakimi mənim mövcud olmayan  vəzifədən imtina etdiyimi təkidlə israr edir. 
Mən yazdığım şikayət ərizələrimdə DSMF-nin Quba-Xaçmaz Regional filialının Qusar rayon şöbəsində kargüzar vəzifəsinin ştat cədvəlində mövcud olmadığını, Quba-Xaçmaz Regional filialında onlarla boş ştat vahidlərinin olduğunu, mənim ikinci qrup əlil olmağımı nəzərə almalarını xahiş etmişdim. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsində göstərilir: “Bu Məcəlləyə uyğun olmadan bağlanmış müqavilə etibarsız sayıla bilər”. Belə hesab edirəm ki, ƏƏSMN-yi məni ştat cədvəlində olmayan vəzifəyə təyin etməklə, bir müddətdən sonra işdən azad etmək üçün hüquqi əsas yaratmaq istəyir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.12.2022-ci il tarixli, 2-1(102)-2026/2022 №-li, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2022-ci il tarixli, 2-1(105)-290/2022 №-li Qərarları artıq 5 aydır ki, kağız üzərində qalıb, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa xanım Əzizova israrla məhkəmə Qərarlarının icrasına mane olur. Məhkəmə Qərar qəbul edən orqandır, icra orqanı deyil. Azərbaycan Respublikası İcra haqqında Qanunun 2.1-ci maddəsində göstərilir: “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir”. Lakin hakim Vəfa xanım Əzizova Qərarın icrasına süni mane yaradaraq, məhkəmə Qərarlarını özündə saxlayır. Hətta Vəfa xanım Əzizova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ilə işbirliyi edərək, mənim Qusar rayon şöbəsində kargüzar vəzifəsini qəbul etmədiyimi bildirirlər. Halbuki, mən göndərdiyim bütün şikayət ərizələrimdə Quba-Xaçmaz Regional filialının Qusar rayon şöbəsində ştat üzrə kargüzar vəzifəsinin olmadığını, bu səbəbdən həmin vəzifəyə razılıq vermədiyimi bildirmişəm. 
Qeyd etdiklərim bunu deməyə əsas verir ki, Vəfa xanım Əzizovanın hakimliyi ilə  qəbul olunmuş 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarını ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin  06.07.2022-ci il tarixli, 2-1(105)-290/2022 saylı və həmin Qərarın qüvvədə   qalmasına və ƏƏSMN-nin  kassasiya  şikayətinin təmin olunmamasına dair 05.12.2022-ci il tarixli 2-1(102)-2026/2022 saylı  Qərarı  ilə  razılaşmır.  Bu səbəbdən də mənim işlə təmin olunmağıma maneçilik törədir, Sumqayıt Apellyasiya Məhkəməsinin 06.07.2022-ci tarixli 2-1(105) -290/2022 saylı Qərarının  icra olunması üçün  icra sənədini icraya yönəltmir. 
Hakim Vəfa xanım Əzizovanın israrla icra sənədini icraya yönəltməməsinə görə Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə  göndərdiyim onlarla şikayət ərizələrim  nəticəsiz qalır. 

Qarşı tərəfin cavab haqqını tanıyırıq.



GundemXeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha ...

    16-11-2018, 11:41

  • 
  • Azərbaycanda məşhur hakim nazirliyi məhkəməyə verdi

    Azərbaycanda məşhur hakim nazirliyi məhkəməyə ...

    9-09-2019, 11:15

  • 
  • Sahil Babayev sabiq əməkdaşını Azərbaycan vətəndaşlığından imtinaya vadar edir-Mehriban Əliyevaya müraciət

    Sahil Babayev sabiq əməkdaşını Azərbaycan ...

    22-04-2021, 13:39

  • 
  • Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi - AÇIQLAMA

    Sahil Babayev müavininin qayınına da yüksək ...

    25-01-2019, 17:25

  • 
  • Fondun keçmiş rəhbəri müəllimliyə başladı

    Fondun keçmiş rəhbəri müəllimliyə başladı ...

    14-07-2016, 12:08


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu