GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR

Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR

Tarix: 24-10-2024, 15:31 Bölmə :Cəmiyyət Baxış: 203


Samux şəhərindəki H. Əliyev prospektinin "günahı nədir"...?!



Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 21.12.2024-cü il tarixdə Nümayəndəlik "Elman" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə növbəti müqavilə bağlayıb. Bu müqavilə ilə Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Samux şəhərində H. Əliyev prospekti daxil, giriş yollarının əsaslı təmiri qarışılığında "Elman" MMC-nə 387.787 manat ödəməli olacaq.

Tərəflər arasında “növbəti müqavilə” ifadəsi təsadüf olmadı. Hansı səbəblədəndirsə Samuxun yolları həmişə "Elman" MMC-nə etibar edilir(?) Bu ilin əvəlində də tərəflər arasında bənzər müqavilə bağlanıb. Həmən müqaviləyə görə isə H. Əliyev prospekti, Kolayır prospekti, Kolayır prospekti döngə, Əsgər Zeynalov küçəsi, Mikayıl Müşfiq küçəsi və 28 may küçələrinin təmiri qarışılığında Nümayəndəlik "Elman" MMC-nə 298.901 manat ödəməli olub...

Samux rayonundakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da "Elman" MMC -nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi "Elman" MMC -nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır...

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…

DAHA BİR MÜƏMMA:Diqqət etdinizsə Samux şəhərindəki H. Əliyev prospekti bir ildə iki dəfə təmir edilir(?) Bu fakt da kifayət qədər suallar doğurur. Şübhəsiz ki, bu Samux rayon rəhbərliyinin prospektin adını daşıdığı ümummilli liderə olan xüsusi sayqısının göstəricisi ola bilməz. Tam əksinə, əgər belə bir sayqı, sevgi olsaydı bu prospekt bir dəfə, həm də yüksək səviyyədə təmir edilərdi. Bir ildə təmir adı ilə dövlətin pulunu iki dəfə xərcləmək yumşaq desək anlaşılan deyil.

Aidiyyatı hüquq-mühafizə orqanlarının araşdırmasından sonra anlaşılan ola bilər...Araşdırsınlar görək, eyni Lot üzrə tərəflərin bir ildə iki müqavilə bağlaması hansı zərurətdən doğub? Söhbət kiminsə dədəsinin pulunu xərcləməsindən deyil, dövlət babanın pulundan gedir.


Dövlətin pulunu xərcləyən tərəf kimi sabah Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatının bir ili tamam olacaq Firdovsi Əliyev də, onun Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Elşad Qasımov da kimə, niyə və necə güvəndiyini özləri bilər. Bizə isə onu xatırlatmaq düşər ki, dövlətin pulu heç kimə dədə-babasından qalmayıb: bizim vergilərimiz hesabına formalaşan büdcə vəsaitinin necə xərclənməsini bilmək hər bir Azərbaycan vətəndaşının hüququ və haqqıdır.

    ***

O ki, qaldı "Elman" MMC –nə, bu istiqamətdə də, maraqlı məlumatlar əldə etmişik. 10 manat nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi Qasımov Vaqif Dursunəli oğludur. Məlumata görə, vaxtı ilə Samux Yol İdarəsinə rəhbərlik edib. Görünür çəkdiyi yollar o qədər “yağlı olub” ki, yolun sonunda sahibkarlığa üstünlük verib...

Maraqlıdır ki, Qasımov Vaqif Dursunəli oğlu həm də, “Beta Constructıon” MMC-nin sahibi kimi tanınır. Hansı ki, bu şirkət də Samuxda büdcə təşkilatlarının “sevimlisidir”. Bu ilin əvvəlində “Beta Constructıon” MMC ilə Samux Rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Mənzil Kommunal Təsərrüfatı İB arasında 123.420 manatlıq əməkdaşlıq olub.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin yüksək məbləğdə pulunun etibar edildiyi belə bir şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Niyəsini buyusun Qasımov Vaqif Dursunəli oğlu cavablandırsın.

  ***

Biz toxunduğumuz bu və digər faktlarla bağlı Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, cənab Elşad Qasımova 7 sualdan ibarət online sorğu göndərdik... Nəhayətdə qarşı tərəfdən “cavab” ala bildik. (Əlbəttə buna cavab demək mümkünsə. Red)

Məlum qayda və prinsiplərə uyğun olaraq qarşı tərəfin “cavab”ını olduğu kimi dərc edirik:Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yazaraq bildirir ki, Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin illik satınalma planına əsasən nəzərdə tutulmuş işlərin görülməsi ilə əlaqədar Dövlət satınalmalarının portalı olan “etender.gov.az”  internet saytında “Samux şəhər H.Əliyev prospekti və girişlərində yolların əsaslı təmir işləri” adlı müsabiqə elan olunmuşdur. Müsabiqə Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq keçirilmişdir və “Elman MMC” adlı təchizatçı Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq qalib elan olunmuşdur.

Obrazlı desək, bu “cavab” bizim ünvanladığımız sorğunun “heç yanından keçən olmadı”. Qarşı tərəf bizim 7 sualımızdan heç birinə ya cavab vermək istəməyib, ya da cavab verə bilməyib. Səbəbini özləri bilər.

Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.../yenixeber.org/

Mövzunun davamı olacaq.   




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...

    İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - ...

    2-12-2020, 11:41

  • 
  • Baş prokuror Samux şəhərində vətəndaşları qəbul edib

    Baş prokuror Samux şəhərində vətəndaşları qəbul ...

    27-04-2018, 12:49

  • 
  • Samuxda toyda kütləvi dava: 3 nəfər ağır yaralandı

    Samuxda toyda kütləvi dava: 3 nəfər ağır yaralandı ...

    22-02-2014, 14:18

  • 
  • Samux məktəblilərinin avtoşluğu qəzaya səbəb oldu...

    Samux məktəblilərinin avtoşluğu qəzaya səbəb ...

    16-12-2014, 00:08

  • 
  • Orta məktəb müəllimi özünü asdı

    Orta məktəb müəllimi özünü asdı ...

    6-05-2015, 18:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu